Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-383/2024 10.06.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi fiziki şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi fiziki şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair”ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00464 nömrəli Barışıq Sazişinin təsdiq olunması, onunla Cavabdeh arasında xx.xx.2017-ci ildə 3 saylı Bakı «Asan xidmət mərkəzi» qeydiyyat şöbəsində 108 nömrəli akt qeydi ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 anaların himayəsində qalmaları və uşaqların saxlanması üçün alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, aralarında olan nikah 3 saylı Bakı «Asan xidmət mərkəzi» qeydiyyat şöbəsində rəsmi qeydiyyata alınmışdır. Onların birgə nikahlarından xx.xx.2017ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki övladları doğulmuşlar. Ailə qurduqları ilk vaxtlardan onların xasiyyətləri bir-birinə uyğun gəlmir və cavabdehlə yola gedə bilmirlər. Aralarında ailə məişət zəminində tez-tez mübahisələr baş verir, bu vəziyyətdə uşaqlara öz mənfi təsirini göstərir. Onlar hər ikisi ailə münasibətlərinin bu formada davam etməsini istəmirlər. Bir ailə kimi bir yerdə artıq yaşaya bilmirlər. Boşanmaqda hər ikisi qəti olaraq qərarladırlar. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəflə ilkin olaraq mediasiya prosesindən keçmiş və Bakı 16 saylı Mediasiya Təşkilatında aralarında olan nikahın pozulması, birgə nikahdan olan uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair xx.xx.2024-cü il tarixli, MŞB/16/2024- 00464 nömrəli Barışıq Sazişi bağlamışlar. Aralarında bağlanmış Barışıq Sazişinin şərtlərinə əsasən hər ikisi nikahın pozulmasına, birgə nikahdan olan uşaqların ananın himayəsində qalmalarına, uşaqların saxlanması üçün hər ay 200 manat olmaqla, cəmi 400 manat alimenti ödəməyi öhdəsinə götürməsi barədə razılığa gəlmişlər. Hazırda cavabdehlə aralarında bağlanımş Barışıq Sazişinin məhkəmə qaydasında təsdiq olunması zəruriəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.2017-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar, bu nikahdan xx.xx.2017-ci ildə X5 və xx.xx.2019-cu ildə X4 anadan olmuşlar. Ailə qurduqları ilk vaxtlardan onların xasiyyətləri bir-birinə uyğun gəlmir ,cavabdehlə yola gedə bilmirlər.Maraqlı şəxslə bir ildən çoxdur ki, ayrı yaşayırlar. Maraqlı şəxslə xasiyyətləri tutmur. Mediasiyada 200 manat alimentlə bağlı maraqlı şəxslə razlığa gəlmişlər. Alimentdən başqa da övladlarına köməklik edir. Maraqlı şəxslə bir yerdə yaşamaqları mümkün deyildir. Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş fiziki şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlmuat verməmişdir. Məhkəmə işə fiziki şəxs Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişinin məzmunudan görünür ki, «Tərəflər Ərizəçi və Cavabdeh xx.xx.2017-ci il tarixində 3 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi 101 №-li nikah akt qeydinin pozulmasına razıdırlar və birinci tərəfin bu tələb üzrə məhkəməyə müraciət etməsi barədə razılığa gəldilər. Tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 analarının Cavabdeh himayəsində qalmasına 1-ci tərəf Ərizəçi razıdır.. Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər uşağa görə 200 manat (iki yüz manat) ümumilikdə 400 (dörd yüz manat alimenti ödəməyi öz öhtəsinə götürür. Alimentin ödənilməsi xx.xx.2024 tarixində başlayacaqdır.. Hər ayın 10-dan 27-nə kimi 2-ci tərəfin Cavabdeh kart hesabına ödəniləcəkdir” formasında barışıq sazişi tərtib edilmişdir. iş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış və bu barədə 3 saylı Bakı «Anan xidmət mərkəzi» qeydiyyat şöbəsində akt qeydəri kitabında 101 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 valideynləridirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 19.1 və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, habelə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onlarınxx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuşlar. Tərəflərin ailə münasibətləri əvvəllər normal olsa da, hazırda münasibətləri pozulmuş, boşanmaqda hər ikisi qəti olaraq qərarladırlar. Tərəflər məhkəməyə müraciət etməzdən əvvəl ilkin olaraq mediasiya prosesindən keçmiş və Bakı 16 saylı Mediasiya Təşkilatında aralarında olan nikahın pozulması, birgə nikahdan olan uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00464 nömrəli Barışıq Sazişi bağlamışlar. Hazırda həmin Barışıq Sazişinin məhkəmə qaydasında təsdiq olunması zəruriəti yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Cavabdeh arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00464 nömrəli Barışıq Sazişi təsdiq edilməli, Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 3 saylı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah pozulmalı və akt qeydləri kitabındakı 101 nömrəli nikah qeydi ləğv edilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4-anaları Cavabdeh himayəsində saxlanılmaları, Ərizəçi birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat alimenti xx.xx.2024-cü il tarixindən başlayaraq, hər ayın 10-dan 27nə kimi Cavabdeh kart hesabına ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00464 nömrəli Barışıq Sazişi təsdiq edilsin. Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 3 saylı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 101 nömrəli nikah qeydi ləğv edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019cu il təvəllüdlü X4-anaları Cavabdeh himayəsində saxlanılsınlar. Ərizəçi birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat alimenti xx.xx.2024-cü il tarixindən başlayaraq, hər ayın 10-dan 27-nə kimi Cavabdeh kart hesabına ödənilməsini öz öhdəsinə götürür. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apedlyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-383/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-383/2024
10.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver