Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-40/2025 23.01.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü mərhum atasının xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi və qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Zəngila rayonu, Rəzdərə kəndində doğulan və daimi Abşeron rayonu, Xırdalan şəhəri, Mexkalonda qeydiyyatda olan atası xx.xx.1969-cu il təvəllüdlü X1, Mevkalon qəsəbəsi 23-də rəhmətə getmişdir. Atasının vəziyyəti xx.xx.2024cü il tarixdə qəfildən pisləşmiş və onlar tez təcili yardım çağırmışlar.Təcili yardım çatanda atası artıq rəhmətə getmişdir. Atası rəhmətə getdikdən sonra onlar atasını Abşeron rayon Hökməli qəsəbəsi, Yeni massiv qəbirstanlığında dəfn etmişlər. Atasının xx.xx.2024-cü il tarixdə rəhmətə getməsi anasına, qohumlarına çox pis təsir göstərmişdir. Atasına ölüm haqqında şəhadətnamə almaq üçün Abşeron rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün imtina edilmişdir. Bir sözlə, ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Qeydiyyat şöbəsinin təcili yardımın sənədini əsas götürməməsi və imtina etməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənini məzmununa uyğun izahat verərək bildirmişdir ki, atası onkoloji xəstəlikdən əziyyət çəkmiş, onkoloji xəstə kimi qeydiyyata düşmədiyi üçün Abşeron rayon Mərkəzi Xəstəxanası onlara ölüm haqqında şəhadətnamə verməmiş və sənədi almaq üçün məhkəməyə müraciət etməklərini bildirmişlər. Atası yataq xəstəsi olmamışdır. Atası ev şəraitində rəhmətə gedəndə yanında anası və anasının xalası oğlu olmuşdur. Atası 55 yaşında rəhmətə getmişdir. Atasını Abşeron rayonunda, Atyalı qəsəbəsində dəfn etmişlər. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun oğludur. Rəhmətə gedən X10 isə həyat yoldaşıdır. X14 məcburi köçkün olmuş, 7 il Zəngilan rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Yoldaşı İİ qrup Qarabağ əlili olmuş, böyük travma almış və əmək qabiliyyətini itirmişdir. Yoldaşı onkoloji xəstə olmuş və xx.xx.2024-cü ildə rəhmətə getmişdir.Yoldaşı Abşeron rayonunda Atyalı qəsəbəsində qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi xalası oğludur. Rəhmətə gedən isə xalasının yoldaşıdır. Eldar yataq xəstəsi olmamış və onkoloji xəstəlikdən əziyyət çəkmişdir. O, işdə olanda Eldarın vəziyyətinin pis olması ilə bağlı ona zəng gəlmiş və o, evə çatanda Eldar artıq rəhmət getmişdir. Eldar təxminən yay adlarında rəhmətə getmişdir. Yas mərasimində iştirak etmiş, Eldar Abşeron rayonunda Atyalı qəsəbəsində qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə, ərizəçininin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayonu Hökməli qəsəbəsi X12 Cümə məscidi dini icmasının xx.xx.2024-cü il tarixli 09№-li arayışdan görünür ki, mərhum X10 xx.xx.2024cü ildə vəfat etmiş və Abşeron rayon Hökməli qəsəbə yeni massiv qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Hüsüyev X9 rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi” X18 Abşeron Rayon Mərkəzi X6 Şəxs tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 18-1- 20/2-H-944-42-540/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər əsasında 4.4-cü və 4.5ci bəndlər istisna olmaqla, vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Eldar Hüsüyevin ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-165/8-15- 2286/24 nömrəli imtina məktubunun məzmunudan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın və 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnməni təqdim edilə bilmədiyi üçün ölümün qeydə alınması imkanı xaricindədir.Abşeron rayon qeydiyyat şöbəsi aidiyyatı üzrə məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, mərhum X7 ərizəçinin doğma atası olmuş, mərhum onkoloji xəstəlikdən əziyyət çəkmiş, xx.xx.2024-cü il tarixdə qəfildən vəziyyətinin pisləşməsi nəticəsində yaşadığı Abşeron rayonu, Mevkalon qəsəbəsi 23-də rəhmətə getmiş və mərhum Abşeron rayon Hökməli qəsəbə Yeni massiv qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi mərhum atasına ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin lazım olan sənədləri təqdim edə bilmədiyi üçün qeydiyyat şöbəsi ərizəçinin mərhum atasına ölüm haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Araşdırma zamanı ərizəçi məhrum atasının ölüm haqqında şəhadətnaməsinin ona sənədləşdirmə işlərinin aparlıması üçün lazım olmasını bildirmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1969-cu il təvəllüdlü mərhum X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və bu faktı təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən həmin hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1969-cu il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-40/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-40/2025
23.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver