Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-417/2024 01.07.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi fiziki şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi fiziki şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi, Cavabdeh ilə aramızda olan xx.xx.2016-cı il tarixdə Sabirabad regional «Asan xidmət mərkəzi» qeydiyyat şöbəsində 128 akt qeydi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 analarının himayəsində saxlanmaları, birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər uşağa 235 manat, ümumilikdə 470 manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürməsi və 2024-cü ilin iyul ayından başlayaraq hər ay ayın 05-dən,10-dək 470 manat məbləğində alimenti Cavabdeh kart hesabına ödəyəcəyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Aralarında olan nikahı isə Sabirabad regional «Asan xidmət mərkəzi» qeydiyyat şöbəsində 128 akt qeydi ilə rəsmiləşdirmişlər. Onların bu nikahlarından iki övladları var: xx.xx.22015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8. Boşanmaqlarının əsas səbəbi xasiyyətlərinin bir-birinə uyğun gəlməməsidir. Xanımla ailədə yola gedə bilmirlər, bir-birlərini başa düşə bilmirlər. Bu da aralarında tez-tez mübahisələrə, dava-dalaşa səbəb olur. Xanımla dəfələrlə aralarında olan problemi həll etməyə, uşaqlarının xətri üçün bir-birlərinə şans verməyə çalışsalar da, bunun heç bir nəticəsi olmamışdır. Artıq xeyli müddətdir ki, onlar ayrı yaşayırlar. Aralarında olan ər-arvad münasibətləri tamamilə kəsilmişdi. Ailələrinin bərpası qeyri-mümkündür. Bir ailə kimi bir yerdə artıq yaşaya bilmirlər. Boşanmaqda hər ikisinin fikri qətidir. Aralarında olan məsələnin həlli ilə bağlı ilk olaraq Mediasiya Təşkilatına müraciət etmiş, hər ikisi mediasyia prosesində iştirak etmiş və yekun olaraq xanmla aralarında nikahın pozuliması, uşaqlarının yaşayış yerinin müəyyən edilməsi və uşaqların saxlanmaları ilə bağlı Bakı 16 saylı X2 Sazişi bağlamışlar. Aralarında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin şərtlərinə görə «1-ci tərəf Ərizəçi və İsayeva X3 regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixli 128 №-li akt qeydi ilə qeydə alınmış nikah məhkəmədə üç ay əlavə vaxt verilmədən pozulmasına, 2.1-ci tərəf (Ərizəçi) birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı övladları 2-ci tərəf ( Cavabdeh) yəni anasının yanında qalmasına etiraz etmir.3.1-ci tərəf Ərizəçi birgə nikahlarında doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı övladlarına İ hər uşaqa görə hər ay 235 (iki yüz otuz beş) manat ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində aliment tələbini öz öhdəsinə götürür, 4.1-ci tərəf Ərizəçi 2024cü ilin iyul ayından başlayaraq hər ay ayın 05-dən,10-dək 470 manat məbləğində alimenti 2-ci tərəf Cavabdeh kart hesabına ödəyəcəkdir”. Hazırda xanımla aralarında bağlanımş Barışıq Sazişinin məhkəmə qaydasında təsdiq olunması zəruriəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.2016-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2015-ci ildə X7 və xx.xx.2020-ci ildə X8 anadan olmuşlar. Ailə qurduqları ilk vaxtlardan onların xasiyyətləri bir-birinə uyğun gəlməmiş, cavabdehlə yola gedə bilmirlər. Cavabdehlə ayrı yaşayırlar. Cavabdehlə xasiyyətləri tutmur. Mediasiyada hər uşağa 235 manat alimentlə bağlı maraqlı şəxslə razılığa gəlmişlər. Alimentdən başqa da övladlarına köməklik edir. Cavabdehlə bir yerdə yaşamaqları mümkün deyildir. Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş fiziki şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişinin məzmunudan görünür ki, «1-ci tərəf Ərizəçi və İsayeva X3 regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixli 128 №-li akt qeydi ilə qeydə alınmış nikahın məhkəmədə üç ay əlavə vaxt verilmədən pozulmasına, 2.1-ci tərəf (Ərizəçi) birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı övladları 2-ci tərəf (Cavabdeh) yəni anasının yanında qalmasına etiraz etmir.3.1-ci tərəf Ərizəçi birgə nikahlarında doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı övladlarına hər uşaqa görə hər ay 235 (iki yüz otuz beş) manat,ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində aliment tələbini öz öhdəsinə götürür. 4.1-ci tərəf Ərizəçi 2024cü ilin iyul ayından başlayaraq hər ay ayın 05-dən,10-dək 470 manat məbləğində alimenti 2-ci tərəf Cavabdeh kart hesabına ödəyəcəkdir”formasında barışıq sazişi tərtib edilmişdir. iş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış və bu barədə Sabirabad regional «Asan xidmət mərkəzi» qeydiyyat şöbəsində akt qeydəri kitabında 128 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 valideynləridirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 19.1 və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, habelə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı iki uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətləri əvvəllər normal olsa da, hazırda münasibətləri pozulmuş, boşanmaqda hər iki tərəf qəti olaraq qərarlıdırlar. Tərəflər məhkəməyə müraciət etməzdən əvvəl ilkin olaraq mediasiya prosesindən keçmiş və Bakı 16 saylı Mediasiya Təşkilatında aralarında olan nikahın pozulması, birgə nikahdan olan uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00891 nömrəli Barışıq Sazişi bağlamışlar. Hazırda həmin Barışıq Sazişinin məhkəmə qaydasında təsdiq olunması zəruriəti yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Cavabdeh arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00891 nömrəli Barışıq Sazişi təsdiq edilməli, Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Sabirabad regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah pozulmalı və akt qeydləri kitabındakı 128 nömrəli nikah qeydi ləğv edilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8-anaları Cavabdeh himayəsində saxlanılmalı, Ərizəçi birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat alimenti 2024-cü ilin iyul ayından başlayaraq, hər ayın 05-dən 10dək Cavabdeh kart hesabına ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00891 nömrəli Barışıq Sazişi təsdiq edilsin. Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Sabirabad regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 128 nömrəli nikah qeydi ləğv edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020ci il təvəllüdlü X8-anaları Cavabdeh himayəsində saxlanılsınlar. Ərizəçi birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat alimenti 2024-cü ilin iyul ayından başlayaraq, hər ayın 05dən 10-dək Cavabdeh kart hesabına ödəsin. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apedlyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-417/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-417/2024
01.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver