Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-430/2022 29.06.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1957-i il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin Azərbaycan Respublkası MPM-nin tələblərinə riayət olunmaqla verilibverilməməsi məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, hüquqi faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət edən ərizəçi həmin faktları başqa qaydada ala bilməməsi barədə məhkəməyə sübut təqdim etmədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanununvericiliyin yuxarıda qeyd olunan müddəasına əsaslanaraq məhkəmə hesab edir ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılmasıbarədə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-430/2022
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-430/2022
29.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver