Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-451/2022 18.10.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktın müəyyən edilməsi" tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü X4 xx.xx.2021ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək maraqlı şəxsin Maraqlı şəxs deyil, Zəngilan rayon Qeydiyyat şöbəsi yazılmaqla qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, əri xx.xx.1957-ci il təvəllüdlü X10 20 avqust 2021-ci il tarixdə evdə vəfat etmiş, həmin vaxt tərəflərindən təcili tibbi yardım çağırılmış, lakin təcili tibbi yardım gəlməmişdir. Bu səbəbdən də təcili tibbi yardımın xəbərdarlıq vərəqəsinin alınması mümkün olmamışdır. Mərhum X1 qəbirstanlığında dəfn edilmişdir. Bu barədə Xocəsən Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixdə arayış verilmişdir. Mərhum vərəm xəstəliyindən əziyyət çəkmiş və bu barədə Binəqədi rayonu 10 saylı şəhər poliklinikası tərəfindən arayış verilmişdir. Həmçinin 15 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş cavabda X4 poliklinikaya müraciəti olmadığından, adına ambulator karta açılmadığından ölüm haqqında həkimin tibbi şəhadətnaməsinin verilməsinin mümkün olmadığı göstərilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət edilmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. O, hüquqlarını bilmədiyindən vaxtında poliklinikaya müraciət etməmiş və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. Sonda ərizəçi məhkəmədən xx.xx.1957-ci il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Zəngilan rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmədə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun anasıdır. Yoldaşı da, övladı da qüsurludur. Atası bir ildir ki, rəhmətə getmişdir. Atası yay aylarında rəhmətə getmişdir. Atası 2-3 ay xəstə yatmışdır. Atası boğazından şikayət etmiş, analizin cavabı çıxandan sonra bilmişlər ki, atası xərçəng xəstəsidir. Təcili yardım çağırsalar da, təcili yardım gəlməmişdir. Atasının bütün yas mərasimində iştirak etmişdir. Atasını Sulutəpə qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, X2 qardaşının qaynatası olmuşdur. Bir qohum kimi mərhumun yas mərasimində iştirak etmişdir. Mərhum ilk vaxtlar boğazında tikə qalmasını desə də, həkimə getdikdən sonra xərçəng xəstəsi olmasını bilmişlər. Mərhumun yas mərasimində bütün qohumlar iştirak etmişlər. X10 rəhmətə gedəndə o da orada olmuşdur. Təcili yardıma zəng etsələr də, təcili yardım isə gəlməmişdir. Polisə zəng etsələr də, polis də gəlməmişdir. Hətta sonradan onlara mərhumu dəfn etməyə icazə də verilməmişdir. Mərhumu Sulutəpə qəbiristanlığında dəfn etmişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 xx.xx.1980-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zəngilan rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05Q-108/15 nömrəli imtina məktubundan aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.1., 8.4. və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alınır. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Göstərilənlərə əsasən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikaı Zəngilan rayon İHB-nin Mincivan qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyinin 188 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Mincivan qəsəbə sakini xx.xx.1957-ciil təvəllüdlü X10 xx.xx.2021-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Binəqədi rayonu Xocasən Bələdiyyəsi tərəfindən verilmiş 1591/01 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.2021-ci il tarixində Xocəsən Bələdiyyəsinin inzibati ərazisində yerləşən Sulutəpə qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqələrinin surətlərindən görünür ki, X10 və Yusifova X8 rayonundan məcburi köçkündürlər. İş materiallarına əlavə edilmiş 15 nömrəli Şəhər Poliklinkasının 141 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan aydın olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi döngə 1 ünvanda yaşamış və xx.xx.2021-ci ildə rəhmətə getmiş (xx.xx.1957-ci il təvəllüdlü) X6 15 saylı Şəhər Poliklinkasına heç bir müraciəti qeydə alınmamış, adına ambulator karta açılmamış və bu səbəbdən ölüm haqqında şəhadətnamənin verilməsi imkanları xaricində olması qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı və şahid ifadələri ilə müəyyən edilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü X10 xəstəlikdən əziyyət çəkmiş və 20 avqust 2021ci il tarixdə evdə vəfat etmiş, ailə üzvləri tərəflərindən təcili tibbi yardım çağırılmış, lakin təcili tibbi yardım gəlməmiş, bu səbəbdən də təcili tibbi yardımın xəbərdarlıq vərəqəsinin alınması mümkün olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilməmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, xx.xx.1957-ci il təvəllüdlü X4 xx.xx.2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstatasılənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.1957-ci il təvəllüdlü X4 xx.xx.2021-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-451/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-451/2022
18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver