Məhkəmə qərarları › İş №2(034)-482/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-482/2023

23.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-482/2023 23.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “olüm faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “olüm faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1958-ci ildə doğulan atası X5 xx.xx.1984-cü il tarixdə Zəngilan rayonu Tatar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il tarixdə doğulan atası X8 xx.xx.1984-ci il tarixdə Zəngilan rayonu, Tatar kəndində avtoqəza nəticəsində rəhmətə getmiş və Tatar kənd qəbiristanlığında dəfn olunmuşdur. Atası rəhmətə gedəndə o, bir yaşlı körpə olmuşdur. Atası cox cavan rəhmətə qetdiyi üçün anasına və qohumlarına cox pis təsir etdiyindən ona ölüm haqqında şəhadətnamə almamışlar. Atasının xx.xx.1984-cü ildə rəhmətə getməsini dəfində və yas mərasimində iştirak eden şahiddlər bacısı X10 və X11 məhkəmədə şahid qismində təsdiq edə bilərlər. Atasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmişdir. Atasının ölüm haqqında şəhadətnaməsi ona evlə bağlı sənədləşmə aparmaq və digər sənədləşmələri etmək üçün vacibdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, ərizəçinin atası xx.xx.1958-ci il təvəllüdlü X8 xx.xx.1984cü ildə Zəngilan rayonu, Tatar kəndində avtoqəza nəticəsində rəhmətə getmiş və mərhum Tatar kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçinin atası rəhmətə gedəndə ərizəçi bir yaşında olmuşdur. Ərizəçinin atası cavan rəhmətə getdiyindən anası və qohumlarına çox pis təsir etmiş, ona ölüm haqqında şəhadətnamə götürməmişlər. Ərizəçi atasına ölüm haqqında şəhadətnamə almaq üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında lazımı sənədləri təqdim edə bilmədiyi üçün Maraqlı şəxs ərizəçinin müraciətindən imtina etmişdir. Mərhumun rayonda məzar yeri tapılsa da, baş daşı dağılmış vəziyyətdə olmuşdur. Sonda ərizəçinin nümayəndəsi (vəkili) məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Maraqlı şəxs rəisi vəzifəsini icra edən Əmir Bağırlı məktubla məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq, işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı qızıdır. Bacısının yoldaşı X8 xx.xx.1984-cü ildə Zəngilan rayonu, Tatar kəndində avtoqəza nəticəsində rəhmətə getmişdir və mərhum Tatar kənd qəbirstanlığında dəfn olmuşdur. Onun o, zaman 21 yaşı vardır. Bacısının yoldaşının idarə etdiyi maşın başqa bir maşınla toqquşmuş və həmin avtoqəza nəticəsində rəhmətə getmişdir. Dəfn və yas mərasimində qohum kimi iştirak etmişdir.Məhrum X2 rayonu Tatar kəndinin qəbrictanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşı qızıdır. X3 xx.xx.1984-cü ildə Zəngilan rayonu Tatar kəndində baş vermiş avtoqəza nəticəsində rəhmətə getmiş və qardaşı Tatar kənd qəbiristanlığında dəfn olmuşdur. Həmin vaxtı onun 21 yaşı olmuşdur. Qardaşına ölüm kağızı almaları yadında deyil, köçkünlük dövrü olduğu üçün dəqiq bilmir, ola bilər ki, ölüm şəhadətnaməsi almışlar, lakin köçkünlük düşdüyü üçün gətirə bilməmişlər. Qardaşının dəfn mərasimində iştirak etmişlər. Qardaşının ölümünə səbəb olmuş şəxs həbs olunmuşdur. Məhkəmə, ərizəçininin nümayəndəsi-vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-c il tarixli, 3-16-5-8/66/2023 nömrəli imtina məktubundan aydın olur ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nm 8.1., 8.4. və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alınır. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Göstərilənlərə əsasən ərizəçiyə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Zəngilan rayon İHB-nin Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə namayəndəliyinin 764 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Quliyeva X7 şəhərində daimi qeydiyyatda olmaqla məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» Publik Hüquqi şəxs «Zəngilan rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6-80/2-134/2023 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1958-ci il təvəllüdlü X5 “Zəngilan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə xx.xx.1984-cü il tarixinə qədər olan müraciətləri və ölümü barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı və şahid ifadələri ilə müəyyən edilmişdir ki, Ərizəçi atası xx.xx.1958-ci təvəllüdlü X8 xx.xx.1984-cü il tarixdə Zəngilan rayonu, Tatar kəndində baş vermiş avtoqəza nəticəsində vəfat etmiş və məhrum Zəngilan ryaonu Tatar kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi atasına ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müracəit etmiş, lakin şöbədə ərizəçinin atası X5 ölümün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən Zəngilan rayon Qeydiyyat X1 ölümünün qeydə almasından imtina etmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X5 15 noyabr 1984-cü ildə Zəngilan rayonu, Tatar kəndində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və bu faktı təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən həmin hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstatasılənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 20 may 1958-ci il təvəllüdlü X5 15 noyabr 1984-cü ildə Zəngilan rayonu, Tatar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar