Məhkəmə qərarları › İş №2(034)-496/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-496/2023

04.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-496/2023 04.09.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023cü il tarixində aralarında bağlanılmış MŞB/13/2023-00585 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsi, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(034)-164/2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş birgə nikahdan dünyaya gələn 13 iyul 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün müəyyən olunan 30 (otuz) manat məbləğinin dəyişdirilərək 222 (iki yüz iyirmi iki) manat müəyyən edilməsi, alimentin ödənilməsi 2023-cü ilin iyun ayından başlayaraq hər ayın 1-5 aralığında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(034)-164/2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanılmış nikah pozulmuş, birgə nikahlarından dünyaya gələn 13 iyul 2015-ci il təvəllüdlü X4 nikah pozulduqdan sonra onun yanında saxlanılması və birgə nikahlaırndan dünyaya gələn övladnının saxlanılması üçün aylıq sabit olaraq 30 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Yetkinlik yaşına çatmamış övladı böyüdükcə onun təlabatı və müvafiq olaraq xərcləri də artır, həmin xərcləri də o, təkbaşına qarşılaya bilmir. Cavabdeh isə övladına ödənilməli olan alimentin könüllü şəkildə artırılmasına razılaşmır. O, övladını vətənə, millətə, dövlətə layiqli bir vətəndaş kimi, gələcəyi sağlam bir gənc kimi yetişdirmək istəyir. Bunun üçün isə xanım olsa da, həm özünü ata kimi, həm də ana kimi aparır. Məlumdur ki, bu gün övladının inkişaf etməsi üçün maddi imkan mütləqdir. Maddi imkan kifayət qədər olduğu təqdirdə o, övladını müxtəlif növ məşğələlərə yazdıra, digər növ məşğuliyyətlərlə təmin edərək inkişaf etməsinə səbəb olmuş olur. Cavabdehin verdiyi aliment məbləği isə minimumu haqqında qanununa əsasən təyin edilən məbləğdən qat-qat azdır. Qanunvericiliyin tələblərinə əsasən məhkəməyə müraciət etməzdən öncə mediasiya qaydasında təkliflə cavabdehə müraciət etmişdir. Müraciətinə 14 gün müddətində cavab verilmədiyindən aidiyyəti üzrə Mediasiya Təşkilatına mediasiya müraciəti edərək köməklik göstərilməsini xahiş etmiş, 13 saylı Mediasiya Təşkilatında müvafiq iclas keçirilmiş və aralarında barışıq sazişi imzalanmışdır. Hal-hazırda hesab edir ki, barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. İlk öncə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin qərardadı ilə ona qeydiyyat yeri üzrə Zəngilan Rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəblə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sazişin şərtlərinə əsasən 10 günlük müddət çərçivəsində icra edilməli idi. Lakin üzürsüz səbəblərdən icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, maraqlı şəxslə ailə qurandan yola getməmişlər. Maraqlı şəxs məhkəmə iclasında hal-hazırda içkili oturmuşdur. Ərizəsini müdafiə edir. Bir uşağı var. Bu insandan aliment tələb etməmiş, çünki işləyib uşağına özü baxmışdır. Zəngilan Rayon Məhkəməsində boşananda 30 manat aliment kəsilmişdir. Uşağı məktəbə gedəndən uşağın ehtiyacları artmışdır. 30 manat aliment borcundan borcunu ödəmişdir. Mediasiyada hər ikisi iştirak etmiş, 222 manat alimentlə razlığa gəlmişlər. Səkkiz ildir ki, uşağını tək başına böyüdür. Birinci ayı maraqlı şəxs ona 200 manat pul vermiş, ondan sonrakı ayları pul verməmişdir. Sonda ərizəçi məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirakm edən Maraqlı şəxs izahatında bildirmişdir ki, o, işləmir. Medaiasiyada aralarında razılığa gəlmişlər. Uşaqdan imtina edir. Alimenti ödəmək borcudur. İşləmədiyinə görə alimenti ödəyə bilməmişdir. Sonda maraqlı şəxs məhkəmədən ona vaxt verilməsini və işə girən kimi alimenti ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2015-ci il təvəllüdlü X4 valideynləridirlər. İş materiallarında olan 05 may 2023-cü il tarixli barışıq sazişinin məzmunudan görünür ki, “Tərəflər razılaşır ki, 2(034)-164/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnamə ilə müəyyən edilmiş birgə nikahdan 13 iyul 2015-ci il tarixində doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən olunan 30 (otuz) manat aliment məbləği dəyişdirilərək 222 (iki yüz iyirmi iki) manat müəyyən edilsin. Alimentin ödənilməsi 2023-cü ilin iyun ayından başlanılaraq hər ayın 1-5 aralığında ödənilsin” şərti ilə tərəflər arasında barışıq sazişi bağlanmışdır. İş materiallaırnda olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-164/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə X6 arasında 26 mart 2015-ci il tarixdə bağlanmış və həmin tarixdə Zəngilan rayon Qeydiyya şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 673 № ilə qeyd alınmış nikah qeydiyyatının pozulması,13 iyul 2015-ci il tarixdə doğulan X7 adlı uşaq ana X3 yanında saxlanılması, cavabdeh Maraqlı şəxs 13 iyul 2015-ci il tarixdə doğulan X1 üçün yetkinlik yaşına çatanadək 08 fevral 2016-cı il tarixdən etibarən hər ay uşağa 30 (otuz) manat məbləğində pul sabit aliment qismində tutularaq, iddiaçı X5 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah məhkəmə qətnaməsi ilə ləğv edilmiş, tərəflərin birgə nikahlarından olan 13 iyul 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay uşağa 30 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Ərizəçi bildirir ki, birgə nikahdan olan uşağın saxlanması üçün cəmi ödənilən 30 manat məbləğində aliment uşağın heç bir təlabatını ödəmir, uşaq böyüdükcə onun maddi təlabatları günü-gündən artır, cavabdeh ona heç bir əlavə maddi yardım etmir. Hazırki iqtisadi vəziyyətdə cavabdeh tərəfindən ödənilən aliment uşağın ehtiyaclarını qarşılamaq üçün yetərli deyildir. Tək qadın olaraq uşağın təlabatını ödəməkdə çətinlik çəkir. Ərizəçi alimentin artırılması üçün ilk olaraq mediasiyaya müraciət etmiş, mediasiya prosesi zamanı tərəflər arasında birgə nikahdan olan uşağın saxlanması üçün barışıq sazişi bağlanmış, lakin qarşı tərəf könüllü olaraq barışıq sazişini icra etməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, ərizəçi barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış 05 may 2023-cü il tarxli MŞB/13/2023-00585 nömrəli barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-164/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnamə ilə müəyyən edilmiş 30 manat aliment miqdarı dəyişdirilərək, cavabdeh Maraqlı şəxs tərəflərin birgə nikahından 13 iyul 2015-ci il tarixində doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 222 (iki yüz iyirmi iki) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi xeyrinə ödənilməli, alimentin ödənilməsi 2023-cü ilin iyun ayından başlayaraq, hər ayın 1-5 günləri aralığında ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023- 00585 nömrəli barışıq sazişi təsdiq edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-164/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnamə ilə müəyyən edilmiş 30 manat aliment miqdarı dəyişdirilərək, cavabdeh Maraqlı şəxs tərəflərin birgə nikahından 13 iyul 2015-ci il tarixində doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 222 (iki yüz iyirmi iki) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi xeyrinə ödənilsin. Alimentin ödənilməsi 2023-cü ilin iyun ayından başlanılaraq hər ayın 1-5 günləri aralığında ödənilsin” Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar