Məhkəmə qərarları › İş №2(034)-50/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-50/2023

17.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-50/2023 17.03.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşın ölmüş hesab edilməsi" tələbinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşın ölmüş hesab edilməsi" tələbinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü X9 və xx.xx.1989-cu il təvəllüdlü X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X6 valideynlərin razılığı olmadan vəhabiliyi qəbul etmiş X17 ilə 2010-cu ildə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X18 adlı uşaqları anadan olmuşdur. Ailə qurandan bir müddət sonra valideyn-övlad arasında olan münasibətlər bərpa olunmuş və onlar normal münasibət saxlamışlar. Lakin, 2014-cü ilin yay aylarında Könül Fətəliyeva ailə üzvləri ilə birlikdə istirahət adı ilə Türkiyə dövlətinə getmiş, 2014-cü ilin avqust ayında onlarla bütün əlaqə kəsilmişdir. Bir müddət keçdikdən sonra məlum olmuşdur ki, onlar övladları ilə birlikdə Azərbaycan Respublikası ərazisini tərk edərək Suriya dövlətinə getmiş və orada yaşamışlar. Hərdən-bir Suriyadan onlar barədə xəbərlər əldə etmiş, nadir hallarda isə telefon əlaqəsi saxlamışlar. Telefon danışıqlarından məlum olmuşdur ki, Suriya Respublikasında Faiq Fətəliyevin ikinci həyat yoldaşı - ailəsi olmuş və onlar müharibə şəraitində yaşayırlar. Axırıncı telefon danışığı Könül Fətəliyeva ilə 2015-ci ildə olmuş, o vaxtdan sonra heç bir əlaqələri olmamışdır. Sonradan, hardasa 2016-cı ilin əvvəllərində Faiq Fətəliyevin ikinci həyat yoldaşı onlarla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, X6 və X4 Respublikasında baş verən müharibə nəticəsində həlak olmuşlar və onların orda qalmış uşaqlarının taleyinin həll edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Hadisəni biləndən sonra müəyyən təşkilatlara müraciət etmiş və bundan sonra xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X2 Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti vasitəsi ilə Azərbaycan Respublikasının ərazisinə gətirilərək onlara təhvil verilmişdir. Qəyyumluq və Himayə Komissiyasının rəyi əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının 17 sentyabr 2020-ci il tarixli 210 №-li sərəncamı ilə xx.xx.2011ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X10 üzərində qəyyum təyin edilmişdir. Halhazırda uşaqlar onun himayəsində olmaqla X13 Bakı şəhəri General M.Əsədov adına 29 №-li tam orta məktəbin 5-ci sinfində, X18 isə həmin məktəbin 2-ci sinfində təhsil alırlar. Artıq uzun müddətdir ki, qızı X6 və onun əri X4 dövləti ərazisində müharibə nəticəsində həlak olmuşlar. Bu səbəbdən də onların ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Halhazırda ölüm haqqında şəhadətnamənin olmaması uşaqların vərəsəliklə bağlı hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Bu səbəbdən vəfat etmiş şəxslər barəsində ölüm haqqında şəhadətnamənin verilməsi üçün zəruriət yaranmışdır. Ərizə ilə Maraqlı şəxsnə müraciət edərək müəyyən sənədləri təqdim etsə də, həmim inzibati orqan tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən də onların ölmüş elan edilmələri barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Könül onun qızıdır. Könül universitetdə oxuyan vaxt ailə qurmaq istədiyini bildirmişdir. Onlar razılıq vermədikləri üçün Faiqlə qoşulub qaçıb, ailə qurmuş, lakin toyları olmamışdır. Qızı Faiqlə ailə qurduqdan sonra onların qızları dünyaya gəlmişdir. Onlar ilk öncə Faiqin vahabi olduğunu bilməmiş, bu barədə sonradan məlumatları olmuşdur. Kürükəninin ailəsi ilə əlaqə saxladıqdan sonra onun dünyasını dəyişməsini bilmişdir. 2014cü ildə qızı gəlib onlarla görüşmüş, on gün onlarla qalmış, qızını təbliğatlandırmaqlarının isə nəticəsi olmamışdır. Qızının Faiqlə olan nikahından iki övladı var. 2014-cü ilin iyun ayında qızından xəbər çıxmamış və ona ailənin yoxa çıxmasını demişlər. Oğlanın valideynləri də onları 4 ay axtarmışlar. Avqust ayında onların İraqda olmaları barədə zəng gəlmişdir. Onlarla arada əlaqə saxlamışlar. Lakin 6 aydan sonra xəbər gəlmişdir ki, kürəkəni yoxdur. Qızı ilə 2016-cı ilə kimi əlaqə saxlamışdır. 2016-cı ildə İraqda vəziyyət gərginləşəndə Könülün ölməsi barədə kürəkəninin valdeyinlərinə məlumat vermişlər. Qızı Könül rəhmətə gedəndən sonra uşaqları səfirliyə yerləşdirmişlər. İki ildən sonra X31 Cəmiyyətinin vasitəsilə uşaqlar bura gətirilmişlər. Qızının və kürəkəninin ölməsi barədə qızının qaynatası məlumat vermişdir. X31 Cəmiyyəti ilə əlaqə saxlamışlar və kürəkəninin 2014-cü ilin dekabr ayında rəhmətə getməsi məlum olmuşdur. Kürəkəninin valdeyinləri də rəhmətə getmişdir. Kürəkəninin anası nəvələrini görmədən rəhmətə getmişdir. Uşaqları kürəkəninin xalası təhvil almışdır. Uşaqlar onun yanında qalırlar. Nəvəsinin hazırda yeddi yaşı var və hər şeyə şahid olmuşdur. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Könül ata-ananın icazəsi olmadan ailə qurmuşdur. Oğlan vahabi olduğu üçün Könülün ata-anası ailə qurmasına razı olmamışlar. Sonradan mərhum Könül xanım valdeyinləri ilə barışmışdır. 2015-ci ildən isə mərhumdan xəbər olmamışdır. Sonradan onun Suriyadan ölüm xəbəri gəlmişdir. X29 Aypara Cəmiyyətinin iştirakı ilə gətirilmişlər. Mərhum Könülün həyat yoldaşının orda başqa yoldaşıda olmuşdur. Mərhumun Sumqayıtda evi var və evi uşaqların adına keçirilməsini istəyirlər. Könül xanım 2016-cı ildə rəhmətə getmiş, onun həyat yoldaşı isə ondan əvvəl rəhmətə getmiş, uşaqlar isə Suriyadan 2019-cu ildə gətirilmişlər. Könülün və Faiqin ataları da rəhmətə getmişlər. Uşaqlar birinci artyomda saxlanılmış, daha sonra isə Faiqin xalasına təhvil verilmişlər. Faiqin xalası da uşaqları Könülün anasına vermişdir. Ərizəçi Xalidə xanım uşaqların qəyyumudur. Sonda ərizəçinin nümayəndəsi-vəkili məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında mərhum X9 və xx.xx.1989-cu il təvəllüdlü X3 faktiki nikahlarından olan və psixoloq X8 iştirakı ilə dindirilmiş xx.xx.2011-ci il təvəllüdlü X13 bildirmişdir ki, o, 29 nömrəli məktəbdə oxuyur və qardaşı X19 ilə nənəsi ilə qalırlar. Könül və Faiq onun valdeyinləri olmuşlar. İraqda, ya da Suriyada olmalarını isə tam xatırlamır. Atası İraqda həlak olmuşdur. Atasından sonra anası da rəhmətə getmişdir. Onları təyyarəyə mindirib Bakıya yola salmışlar. Özündən başqa 8 yaşında bir qardaşı da var. Bakıya haçan gəlmələrini isə xatırlamır. İraqda sığınacaqda qalmışlar. Orda olan adamlar onlara valideynlərinin rəhmətə getmələrini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, ərizəçi onun anasıdır. X30 ilə ailə qurduqdan sonra Sumqayıt şəhərində yaşamışlar. 2014-cü ildə Faiq bacısını və uşaqları da götürüb gizlin olaraq ölkəni tərk etmişlər. Bacısını və onun ailəsini axtardıqdan sonra onların ölkə xaricində olmalarını bilmişlər. Faiqin ikinci həyat yoldaşı bacısının rəhmətə getməsi barədə məlumat vermişdir. Faiq bacısından əvvəl rəhmətə getmişdir. Faiqin xalasının müraciətindən sonra uşaqlar ölkəyə gətirilmişlər. Ailələri tərəfindən uşaqları himayəyə götürmüşlər. Yəhya 2020-ci ildə ölkəyə gətirilmişdir. Bacısı və onun ailəsi İraqa 2014-cü ilin avqustunda getmişlər. Qohum toyları vardı, lakin toydan iki həftə əvvəl bacısıgilin yoxa çıxmaları barədə xəbər çıxmışdır. Sonradan onların Suriyada olmaları məlum olmuşdur. 2015-ci ildə bacısı ilə whatsapla danışan zaman ondan qayıdıb gəlməsini xahiş etsə də, bacısını fikrindən daşındıra bilməmişdir. Bacısı qayıtsalar onları tutucaqlarını bildirmişdir. 2016-cı ilin mart-aprel aylarında bacısının rəhmətə getməsini bilmişlər. Bacısı ilə ayda bir dəfə telefon danışıqları olmuşdur. Faiqin ata və anası rəhmətə getmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və məktubla məhkəməyə müaciət edərək işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsi-vəkilinin izahatlarını və şahidin ifadəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X13-xx.xx.2011-ci ildə, X18 isə-xx.xx.2015-ci ildə anadan olmuş, ataları X17, anaları isə X5r. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 210 nömrəli 17 sentyabr 2020-ci il tarixli sərəncamından görünür ki, Səfərova Ərkinaz ismayıl qızının bacısı nəvələri, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X10 üzərində qəyyumluğu ləğv edilmiş, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi nəvələri-xx.xx.2011-ci ıl təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X10 üzərində qəyyum təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 05Q-124/15 nömrəli imtina məktubunun məzmunudan aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.4. və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alınır. Qeydiyyat şöbəsi Azərbyacan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Göstərilənlərə əsasən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Zəngilan rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13- 119/2-136/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X9 və xx.xx.1989-cu il təvəllüdlü X3 itkin düşməsi barəsində Zəngilan rayon Polis şöbəsinə heç bir müraciət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 33/414 nömrəli məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X9 və xx.xx.1989-cu il təvəllüdlü X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-cü il tarixdə çıxış qeyd edilsə də, giriş barədə heç bir məlumat qeyd edilməmişdir. İş materiallarında olan X27 Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan aydın olur ki, BQXK silahlı münaqişə və digər zorakılıq halları qurbanlarının kimlikləri və onlarla rəftara dair iddialar barəsində ixtiyarında ola biləcək bütün məlumatları konfidensial hesab etdiyi üçün məhkəmənin müraciətini cavablandırmaq iqtidarında olmadığını bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X12-xx.xx.1989-cu ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Zəngilan rayonu, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev 12-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X17-xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 71, mənzil 74-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-20-15/2-4-10903/2023 nömrəli məktubun məzmunudan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X18 Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə əsasən müvafiq olaraq 2018 və 2019-cu illərdə İraq Respublikasından ölkəyə repatriasiya olunmuşlar. X17 və X3 ölkə hüdudlarını sonuncu dəfə hansı istiqamətdə tərk etmələri, hazırda həyatda olubolmamaları, habelə repatriantların qəyyumları və onlar haqqında daha ətraflı məlumatın əldə olunması məqsədilə aidiyyəti dövlət qurumlarına sorğunun göndərilməsinə dair müvafiq göstəriş verməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zəngilan rayon İcra Hakimiyyəti tərəifndən verilmiş 139 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X6 1993-cü ildə Zəngilan rayonu Mincivan qəsəbəsindən məcburi köçkün düşmüş, 2015-ci ildə ailə həyatı quraraq rayon qeydiyyatından çıxmış, X17 isə Zəngilan qeydiyyatdında olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü malddəsinin tələbinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən, Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, X6 2010-cu ildə X17 ailə qurmuş, onların faktiki nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X18 adlı iki uşaqları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra onlar bir müddət Sümqayıt şəhərində yaşamışlar. Sonradan, yəni , 2014-cü ilin yay aylarında Könül Fətəliyeva ailə üzvləri ilə birlikdə istirahət adı ilə Türkiyyə getmiş və 2014-cü ilin avqust ayından onlarla bütün əlaqə kəsilmişdir. Aradan bir müddət keçdikdən sonra məlum olumşdur ki, Könül Fətəliyeva ailə üzvləri ilə birlikdə Suriya Respublikaısna getmiş və orada yaşamağa başlamışlar. Tərəflərin ailə üzvləri haradan-bir onlardan xəbərlər almış, nadir hallarda isə aralarında telefon danışıqları olmuşdur. Sonradan məlum olumşdur ki, X16 ikinci ailəsi olmuşdur və onlar müharibə şəraitində yaşayırlar. Könül fətəliyevanın ailə üzvləri ilə axırıncı telefon danışığı 2015-ci ilə olmuş, bundan sonra bütün əlaqələr tamamilə kəsilmişdir. 2016-cı ilin hardasa əvvəllərində Faiq Fətəliyevin ikinci həyat yoldaşı onlarla telefon əlaqəsi saxlamış, X3 və X4 Respublikasında baş verən müharibə nəticəsində həlak olmalarını bildirmiş, onların orda qalmış uşaqlarının taleyinin həll olunması üçün köməklik edilməsini xahiş etmişdir. Bu xəbərdən sonra Faiqin xalasının bəzi təşkilatlara müraciətlərindən sonra mərhumların faktik nikahlarından olan uşaqlar X27 və Qızıl Aypara Cəmiyyəti vasitəsi ilə Azərbaycan Respublikasının ərazisinə gətirilərək onlara təhvil verilmişdir. Uşaqlar vətənə gətirildikdən sonra onların nənələri, yəni Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının 17 sentyabr 2020-ci il tarixli 210 №-li sərəncamı ilə xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X10 üzərində qəyyum təyin edilmişdir. Uşaqlar hazırda nənələrinin yanında yaşamaqla onun himayəsindədirlər. Ərizəçi X3 və kürəkəni X9 ölüm haqqında şəhadətnamələrinin olmaması onların faktiki nikahdan olan uşaqlarının vərəsəliklə bağlı hüquqlarının həyata keçirilməsinə maneəçilik törədir. X3 və kürəkəni X9 2016-cı ildə Suriya Respublikasında vəfat etmələri, ərizəçinin özü izahatı, şahid ifadəsi, həmçinin tərəflərin faktiki nikahlarından olan və məhkəmə iclasında dindirilmiş xx.xx.2011-ci il təvəllüdlü X13 bildirmişdir ki, Könül və Faiq onun valdeynləri olmuş, onlar ya Suriyada, yada İraqda olmuş, atası İraqda həlak olmuş, anası isə atasından sonqra vəfat etmişdir. Göründüyü kimi ərizəçi qızı X3 və nəvələrinin atası X9 ölmüş elan edilməsinə əsas verən kifayət qədər sübutları məhkəməyə təqdim etmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Ərizəçi vətəndaşların ölmüş hesab edilməsi barədə ərizəsi əsaslıdır və xx.xx.1988-ci il təvəllüdlü X17 və xx.xx.1989-cu il təvəllüdlü X6 məhkəmə tərəfindən ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 308, 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.1988-ci il təvəllüdlü X17 və xx.xx.1989-cu il təvəllüdlü X6 ölmüş elan edilsin. xx.xx.1988-ci il təvəllüdlü X9 və xx.xx.1989-cu il təvəllüdlü X3 ölmüş elan edilməsi Maraqlı şəxs tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar