Məhkəmə qərarları › İş №2(034)-50/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-50/2025

16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-50/2025 16.01.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1927-ci il tarixdə doğulan anası X3 xx.xx.2024cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi və qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qafan rayonunda doğulan ünvan 1 ünvanda yaşayan anası xx.xx.1927-ci il təvəllüdlü X5 Bakı şəhəri, Suraxanı rayonu, Y/G V 14, mənzil 1-də rəhmətə getmişdir. Anasının vəziyyəti xx.xx.2024-cü il tarixdə qəfildən pisləşmiş və onlar tez təcili yardım çağırmışlar. Təcili yardım çatanda anası artıq ölmüşdür. Anası rəhmətə getdikdən sonra onlar anasını Binəqədi rayonu 1 saylı Binəqədi qəbirstanlığında dəfn edilmiş, lakin hələ qəbirüstü abidəsini götürməmişlər. Anasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmişdir. Bir sözlə, ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazımdır. Görünür ki, qeydiyyat şöbəsinin təcili yardımının sənədini əsas götürməməsi və imtina etməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənini məzmununa uyğun izahat verərək bildirmişdir ki, Xamışova Tamaşa onun anasıdır, Anası xx.xx.2024-cü ildə halı pisləşib və uzanan yerində rəhmətə getmişdir. Anasının 97 yaşı olduğundan tez-tez təziqi qalxmış,anasının başqa bir xəstəliyi olmamış,həmin gün də təyziqi qalxdığı üçün rəhmətə getmişdir. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun qaynanasıdır. O, işdə olan zaman yoldaşı Gülşən ona zəng edərək nənəsinin vəziyyətinin pisləşdiyini bildirmişdir. O, artıq evə çatanda Tamaşa xanım rəhmətə getmişdir.Tamaşa xanım qızının evində təyziqi qalxdığı üçün rəhmətə getmişdir. Rəhmətliyin 97 yaşı var idi.Mərhumun dəfinində və bütün yas mərasimlərində iştirak etmişdir.Mərhum Binəqədi qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Anası bacısı ilə onlara gəlmiş, anasının qəfildən halı pisləşmiş və təcili yardım çağırılmışdır. Anasını Binəqədi qəbirstanlığında dəfn etmişlər.Anası təyziqi qalxdığı üçün dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun anasıdır. Nənəsi Tamaşa xx.xx.2024-cü ildə xalasının evində olan zaman dünyasını dəyişmişdir. Nənəsinin təyziqi olduğu üçün qəfildən halı pisləşmiş və təcili yardım çağırmışlar. Nənəsi Binəqədi qəbirstanlığında dəfn olunmuşdur. Nənəsinin 97 yaşı olmuşdur. Məhkəmə, ərizəçininin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.1927-ci ildə Ermənistan, Qafan rayonunda anadan olmuş, yaşayış yeri isə Zəngilan rayonu, Ağkənd kəndi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi” X16 Bakı Baş Səhiyyə X14 Şəxs 5№-li Şəhər Poliklinikası tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 694 nömrəli məktubdan görünür ki, xx.xx.1927-ci il təvəllüdlü ünvan 1 ünvanda yaşayan, X6 xx.xx.2024-cü il tarixdə rəhmətə getmiş, uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə Forma N106 almaq üçün məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-Z-117/24 nömrəli imtina məktubunun məzmunudan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.1, 8.4 və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alınır.Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Göstərilənlərə əsasən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, X1 ərizəçinin doğma anasıdır. X1 xx.xx.2024-cü il tarxdə qızı X2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V14, mənzil 1-də olarkən təyziqinin yüksəlməsi səbəbindən 97 yaşında rəhmətə getmişdir. Mərhumun vəziyyəti pisləşən zaman təcili tibbi yardım çağırlmış, lakin təcili tibbi yardım gələnə kimi Tamaşa Xamışova artıq rəhmətə getmişdir. Mərhum Binəqədi rayonu, 1 saylı Binəqədi qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi mərhum anasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin lazım olan sənədləri təqdim edə bilmədiyi üçün qeydiyyat şöbəsi ərizəçinin mərhum anasına ölüm haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Araşdırma zamanı ərizəçi məhrum anasının ölüm haqqında şəhadətnaməsi ona sənədləşdirmə işlərinin aparlıması üçün lazım olmasını bildirmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, mərhum xx.xx.1927-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və bu faktı təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən həmin hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1927-ci il təvəllüldlü X3 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar