Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-519/2024 21.10.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “olüm faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “olüm faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1938-ci ildə doğulmuş, Zəngilan rayonu, Bartaz ərazi dayanacağı, Bartaz kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlinov 2, 363 nömrəli fərdi yaşayış evində müvəqqəti qeydiyyatda olmuş X1nun ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 11 iyul 2024-cü il tarixində ev şəraitində vəfat etmiş, atasının dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün bu günə kimi ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X1 11 iyul 2024-cü il tarixində Qaradağ rayonu, Müşfıqabad qəbirstanlığında dəfn olunmuşdur. Bundan başqa. Müşfiqabad bələdiyyəsi tərəfindən atasının həmin qəbirstanlıqda dəfn olunması barədə arayış təqdim edilmişdir. Atasının ölməsi barədə tibbi arayış olmadığından bu günə kimi ona ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Vərəsəliklə bağlı gələcəkdə atasının ölüm haqqında şəhadətnaməsinin olması məcburiyyəti yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ölüm haqqında şəhadətnamə alınması üçün atasının qeydiyyatda olduğu Bİnəqədi rayon qeydiyyat şöbəsinə müraciət etmiş, həmin qurumdan ona bildirmişlər ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edimiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyatı»qaydalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir və X1nun adına ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə həmin fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, X1 11 iyul 2024-cü il tarixində ev şəraitində vəfat etmiş, atasının dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün bu günə kimi ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Atasını Qaradağ rayonu Müşfiqabad qəbirstanlığında dəfn etmişlər. Atasının həmin qəbirstanlıqda dəfn olunması ilə bağlı Müşfiqabad bələdiyyəsi tərəfindən arayış verilmişdir. Atasının həmin ünvanda yerləşən qəbirstanlıqda dəfn olunması barədə tibbi arayış olmadığından bu günə kimi atasına ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Atasının ölüm haqqında şəhadətnaməsi ona gələcəkdə vərəsəlik işi bağlı lazımdır. Atasının dəfn mərasimində bacı-qardaşı, kənd əhalisi olmuşdur. Təcili tibbi yardımı çağırmışlar, amma ölüm səbəbi göstərilməmişdir. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq, işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. X1 ilə birlikdə qardaşıgildə nahar edən zaman atalarının halı pisləşmişdir. Atası həmin vaxtı stolda oturmuşdur. Təcili yardım çağırılanda artıq atası rəhmətə getmişdir. O, atasının dəfn və yas mərasimlərində iştirak etmişdir. Atası Qaradağ rayonu Müşfiqabad qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun qaynıdır. Nahar vaxtı Ziyatxan kişinın rəhmətə getməsi barədə zəng gəlmişdir. Ziyatxan kişinın 80-dən yuxarı yaşı vardı və o, xəstə olmuşdur. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Qaynatası Ziyatxan kişi Qaradağ rayonu Müşfiqabad qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun atasıdır. Rəhmətə gedən şəxs isə babasıdır Babasının qəfil halı pisləşmiş, evdə rəhmətə getmişdir. Babası onlarla bir evdə yaşamışdır. Babasının 86 yaşı var idi. Babası rəhmətə gedəndə təcili tibbi yardım çağırmışlar. Babasının dəfn və yas mərasimlərində iştirak etmişdir. Babası Qaradağ rayonu Müşfiqabad qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə, ərizəçininin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Təcili və X12 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlinov 2, 363 nömrəli fərdi yaşayış evində X2 ölmünün ilkin səbəbi həkiməqədər ölüm kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarə etmə Birliyi» X16 «Bakı Baş Səhiyyə Mərkəzi» X16 13 nömrəli Şəhər Poliklinkası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 18-1-1-80/3-105/2024 nömrəli məktubun məzmunundan aydın olur ki, Binəqədi rayonu, 28 May qəsəbəsi İzlivnoy-2, fərdi ev 363 yaşayan 1938-ci il təvəllüdlü mərhum (xx.xx.2024-cü il tarixdə vəfat etmiş) X3, 13 nömrəli Şəhər Poliklinikası tərəfindən “Ölüm haqqında Tibbi Şəhadətnamə” (Forma AZS-106 saylı) verilməsinə imtina edilmişdir. İş materiallarında olan və Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5-8-98/24 nömrəli imtina məktubundan aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü i! 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1., 8.4. və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alınır. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Göstərilənlərə əsasən ərizəçiyə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan və Qaradağ rayon Müşfiqabad Bələdiyyəsi tərəfindən verilmiş 110 nömrəli, 22.072024-cü il tarixli arayışından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə rəhmətə getmiş və Müşfiqabad qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Zəngilan rayonunda anadan olmuş, X1, anası isə X4r. İş materiallarına əlavə edilmiş qəbirüstü fotoşəkildən aydın olur ki, mərhum X5 xx.xx.1938-ci ildə anadan olmuş, xx.xx.2024-cü ildə isə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı və şahid ifadələri ilə müəyyən edilmişdir ki, ərizəçinin X1 xx.xx.2024-cü ildə müvəqqəti məskunlaşdıqları Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlinov-2, 363 nömrəli fərdi yaşayış evində nahar vaxtı yemək yedikləri zaman qəflətən rəhmətə getmiş, təcili tibbi yardım çağrılmasına baxmayaraq, həkim gələnə kimi artıq ərzəçinin atası rəhmətə getmişdir. Mərhum xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Müşfıqabad qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi atasının dəfn və yas mərasiminə başı qarışdığı üçün atasına vaxtında ölüm haqqında şəhadətnamə ala bilməmiş və atasına ölüm haqqında şəhalətnamə almaq üçün qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ərizəçinin atasının ölüm haqqında tibbi şəhadətnaməsini təqdim edə bilməməsi səbəbində ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi atasına ölüm haqqında şəhadətnamənin verilməsinin ona gələcəkdə vərəsəlik işinin açılması üçün lazım olmasını bildirmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, mərhum X2 11 iyul 2024-cü ildə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və bu faktı təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən həmin hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstatasılənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 1938-ci il təvəllüdlü X2 11 iyul 2024-cü ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-519/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-519/2024
21.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver