Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-54/2022 28.03.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, mərhum X1 1993-cü ildə Bakı şəhəri, Zabrat qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum X2 14 dekabr 1993-cü ildə Bakı şəhəri Zabrat qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, babası X3 14 dekabr 1993-cü il tarixdə Zabrat qəsəbəsində vəfat etmişdir. Onlar 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşmüşlər. Babası, nənəsi, anası və uşaqlar Zabratda məskunlaşmışlar. Babasının ölüm haqqında akt qeydinin olubolmaması barədə məlumat əldə etmək üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Zəngilan Qeydiyyat Şöbəsinin 05/Q 143/15 nömrəli, 26 noyabr 2021-ci il tarixli məktubuna əsasən tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınması mümkün olmamışdır. Bu səbəbdən həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Zəngilan rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı oğludur. X11 tanıyır, belə ki, o, bacısı oğlunun babası olmuşdur. Fikrət Niftəliyev isə ərizəçinin atasıdır. Bacısı oğlunun babası olan X9 rayonu işğal olandan sonra rəhmətə getmişdir. Təzə qaçqın düşəndən 1-2 ay sonra Misirxan soyuğa düşdüyü üçün yataq xəstəsi olmuşdur. Misirxan Niftəliyev 30 ildir ki, rəhmətə getmişdir. Qohum kimi onun dəfnində iştirak etmiş, mərhumu Balaxanıda dəfn etmişlər. Başları qarışıq olduğundan şəhadətnamə almaq üçün vaxtında Qeydiyyat şöbəsinə müraciət edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, ərizəçi qonşusudur. Neçə illərdir ki, qonşu kimi yaşayırlar. Ərizəçinin babası Misirxan kişini tanıyır. Belə ki, onu 1993-cü ildən tanımış və həmin ildə də vəfat etmişdir. Mərhumu Balaxanıda dəfn etmişlər. Misirxan kişini yaşadıqları məhlədə bir neçə dəfə görmüşdur, rəhmətə gedəndə də xəbərləri olmuşdur. Mərhumu qonşularda tanıyırdılar. Mərhumun dəfnində və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun doğma oğludur. X12 isə həyat yoldaşının atası olmuşdur. Mərhum Zəngilan rayonundan qaçqın düşdükdən sonra xəstələnmiş və 14 dekabr 1993-cü ildə rəhmətə getmişdir. Mərhumu Balaxanıda dəfn etmişlər. O, vaxtlar başları qarışıq olduğu üçün vaxtında ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs ərizəçiyə ünvanlanmış 05Q-143/15 nömrəli 26.11.2021-ci il tarixli imtina məktubundan görünür ki, ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı təqdim edilmədiyindən şöbə ölüm haqqında müvafiq qeydiyyat aparılmasından imtina etmiş və ölüm faktının müəyyən edilməsi ilə bağlı ərizəçiyə yaşadığı yerin məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materitallarında olan məzarüstü abidənin fotoşəkilindən görünür ki, X4 1910-cu ildə anadan olmuş, 1993-cü ildə isə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və içtimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Zabrat qəsəbəsində yaşamış X3 14 dekabr 1993-cü ildə həmin ünvanda vəfat etdiyindən onun həmin ünvanda ölməsinin qeyd edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstatasılənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. X2 14.12.1993-cü il tarixdə Bakı şəhəri, Zabrat qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-54/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-54/2022
28.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver