Məhkəmə qərarları › İş №2(034)-607/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-607/2024

23.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-607/2024 23.09.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi, onunla Cavabdeh arasında xx.xx.2007-ci il tarixində Zəngilan rayon VVADQ şöbəsində bağlanmış 237 №-li nikah akt qeydinin məhkəmədə 3 ay vaxt verilmədən pozulması, Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 atanın yanında qalmasına etiraz etməməsi, birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X6-anaları Cavabdeh yanında qalmasına etiraz etməməsi, birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 100 (yüz) manat aliment ödəməyi öz öhdəsinə götürməsi, birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün anaları-Cavabdeh 200 (iki yüz) manat aliment ödəməyi öz öhdəsinə götürməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan onların xx.xx.2008-ci ildə X9, xx.xx.2009-cu ildə X11 və xx.xx.2024-cü ildə isə X7 adlı üç övladları doğulmuşlar. Boşanmaqlarının əsas səbəbi xasiyyətlərinin bir-birinə uyğun gəlməməsidir. Xanımla ailədə yola gedə bilmirlər, bir-birlərini başa düşə bilmirlər. Bu da aralarında tez-tez mübahisələrə, dava-dalaşa səbəb olur. Xanımla dəfələrlə aralarında olan problemi həll etməyə, uşaqlarının xətri üçün bir-birlərinə şans verməyə çalışsalar da, bunun heç bir nəticəsi olmamışdır. Artıq xeyli müddətdir ki, onlar ayrı yaşayırlar. Aralarında olan ər-arvad münasibətləri tamamilə kəsilmişdir. Ailələrinin bərpası qeyri-mümkündür. Bir ailə kimi bir yerdə artıq yaşaya bilmirlər. Boşanmaqda hər ikisinin fikri qətidir. Aralarında olan məsələnin həlli ilə bağlı ilk olaraq Mediasiya Təşkilatına müraciət etmiş, hər ikisi mediasiya prosesində iştirak etmiş və yekun olaraq xanmla aralarında nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və uşaqların saxlanması ilə bağlı Bakı 16 saylı X8 Sazişi bağlamışlar. Aralarında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin şərtlərinə görə tərəflər (Ərizəçi və Cavabdeh) xx.xx.2007-ci il tarixində Zəngilan rayon VVADQ şöbəsində bağlanmış 237 №-li nikah akt qeydinin məhkəmədə 3 ay vaxt verilmədən pozulması barədə razılığa gəlmələri, 2-ci tərəf (Cavabdeh) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 1-ci tərəfin yəni atanın (X5) yanında qalmasına etiraz etmir, 1-ci tərəf (X5) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X6 2-ci tərəfin yəni ananın (X10) yanında qalmasına etiraz etmir, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Cavabdeh) 1-ci tərəfə (Ərizəçi) hər ay 100 ( yüz ) manat aliment ödəməyi öz öhdəsinə götürürməsi, 1-ci tərəf isə Ərizəçi tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün 2-ci tərəfə (Cavabdeh) 200 (iki yüz) manat aliment ödəməyi öz öhdəsinə götürməsi şərtləri ilə razılığa gəlmişlər. Bağlanmış Saziş öz aralarında könüllü şəkildə icra olunmalı olsa da, Cavabdeh sazişin icra olunmasından boyun qaşırır. Buna görə də xanımla aralaırnda bağlanımş Barışıq Sazişinin məhkəmə qaydasında təsdiq olunması zəruriəti yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinin tələbinə görə məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, işləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, cavabdehlə faktiki olaraq ayrılmalarını, nikahlarının formal xarakter daşımasını, barışmaqlarının mümkün olmamasını, mediasiyada aralarında barışıq sazişi imzalayıb razıdığa gəlmələrini və işə onun iştirakı olmadan baxıb aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin maraqlı şəxs Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsədə o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişinin məzmunudan görünür ki, tərəflər (Ərizəçi və Cavabdeh) xx.xx.2007-ciil tarixində Zəngilan rayon VVADQ şöbəsində bağlanmış 237 №-li nikah akt qeydinin məhkəmədə 3 ay vaxt verilmədən pozulması barədə razılığa gəlmələri, 2-ci tərəf (Cavabdeh) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 1-ci tərəfin yəni atanın (X5 ) yanında qalmasına etiraz etmir, 1-ci tərəf (X5) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X6 2-ci tərəfin yəni ananın (X10) yanında qalmasına etiraz etmir, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Cavabdeh) 1-ci tərəfə (Ərizəçi) hər ay 100 ( yüz ) manat aliment ödəməyi öz öhdəsinə götürürməsi, 1-ci tərəf isə Ərizəçi tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün 2-ci tərəfə (Cavabdeh) 200 (iki yüz) manat aliment ödəməyi öz öhdəsinə götürməsi şərtləri ilə razılığa gəlmişlər. İş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur ki, tərəflər arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış və bu barədə Zəngilan rayon VVADQ şöbəsində akt qeydəri kitabında 237 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X2 valideynləridirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 19.1 və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, habelə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2024-cü il təvəllüdlü X7 adlı üç övladları doğulmuşlar. Tərəflərin boşanmaqlarının əsas səbəbi xasiyyətlərinin bir-birinə uyğun gəlməməsi, ailədə yola gedə bilməmələridir. Bu vəziyyətdə tərəflər arasında tez-tez mübahisələrə, dava-dalaşa səbəb olmuş, tərəflər birgə nikahdan olan uşaqları üçün ailədə bir-birlərinə şans versələr də, bunun heç bir nəticəsi olmamışdır. Tərəflər xeyli müddətdir ki, ayrı yaşayır və ər-arvad münasibətləri kəsilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, hər iki tərəf mediasiya prosesi zamanı aralarında olan nikahın prozulmasına, birgə nikahdan olan uşaqların yaşayış yerinin müəyyən edilməsi və uşaqların saxlanması ilə bağlı qarşılıqlı olaraq razılığa gələrək Bakı 16 saylı X8 Sazişi bağlamışlar. Lakin, Cavabdeh sazişin icra olunmasından boyun qaçırdığından, həmin Barışıq Sazişinin məhkəmə qaydasında təsdiq olunması zəruriəti yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, tərəflər arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli, Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixində Zəngilan rayon VVADQ şöbəsində bağlanmış 237 №-li nikah akt qeydi pozulmalı, X4 birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 atanın yanında qalmasına etiraz etməməli, Ərizəçi birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X6anaları Cavabdeh yanında qalmasına etiraz etməməli, birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Ərizəçi xeyrinə hər ay 100 (yüz) manat aliment ödəməyi öz öhdəsinə götürməli, Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün anaları-Cavabdeh 200 (iki yüz) manat aliment ödəməyi öz öhdəsinə götürməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01152 nömrəli Barışıq Sazişi təsdiq edilsin. Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Zəngilan rayon VVADQ şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 237 nömrəli nikah qeydi ləğv edilsin. Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2-atası Ərizəçi yanında qalmasına etiraz etmir. Ərizəçi birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X6-anaları Cavabdeh yanında qalmalarına etiraz etmir. Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi xeyrinə hər ay 100 (yüz) manat aliment ödəməyi öz öhdəsinə götürür. Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün anaları-Cavabdeh 200 (iki yüz) manat aliment ödəməyi öz öhdəsinə götürür. Alimentin ödənilməsi xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apedlyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar