Məhkəmə qərarları › İş №2(034)-651/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-651/2025

03.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-651/2025 03.10.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında Sumqayıt şəhərində bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-01895 saylı Barışıq Sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, həmin sazişdə qeyd olunmuşdur ki, “ Hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2013-cü il tarixli 897 saylı nikah qeydinin pozulmasına razıdırlar, ailə qanunvericiliyinin tələbinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2015-ci İl təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi anası İddiaçı yanında yaşamasına razıdırlar. Maraqlı şəxs mediasiya prosesi zamanı birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X6 və 09.1.2.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər birinə ayrı-ayrılıqda 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində alimenti İddiaçı ödəməsi barədə öhdəlik götürmüş, İddiaçı Maraqlı şəxs hər hansı məhdudiyyət qoyulmadan birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə istədiyi zaman yanında saxlamaq şərtilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürdü” şərtləri ilə razılaşmışlar. Maraqlı şəxs pretenziya məktubunu xx.xx.2025-ci il tarixində almasına baxmayaraq, bu günə kimi həmin sazişi könüllü icra etməmiş, ona görə də barışıq sazisinin məhkəmə qaydasında təsdiq olunması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi İddiaçı dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/MT030/2023-01895 saylı barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə ərizəçinin və maraqlı şəxsin işirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Sumqayıt 1 saylı Mediasiya Təşkilatı bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/MT030/2023-01895 saylı barışıq sazişinin məzmumundan görünür ki, 1. Hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındaki xx.xx.2013-cü il tarixli 897 saylı nikah qeydinin pozulmasına razıdırlar. 2. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi anası Qassımova Qızqayıt məhəmməd qızınn yanına yaşamasına razıdırlar. 3. X11 mediasya prosesi zamanı birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat məbləğində alimenti İddiaçı ödənilməsi barədə öhdəlik götürmüdür. 4. İddiaçı Maraqlı şəxs hər hansı məhdudiyyət qoyulmadan birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə istədiyi zaman yanında saxlamaq şərti ilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürmüşdür”. -İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin e-2(034)-36/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən görünüir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikah pozulmuş və birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X10-anaları İddiaçı himayəsində saxlanmışlar. -İş materiallarında olan İddiaçı tərəfindən Maraqlı şəxs ünvanlanmış pretenziya məktubdan gorünür ki, tərəflər arasında bağlanılmış barışıq sazişində qeyd olunmuş aliment öhdəliyi Maraqlı şəxs tərəfindən 2 il keçməsinə baxmayraq ödənilməmiş, qeyd edilən aliment öhdəliyi 10 gün müddətində pretenziya məktubuna cavab verilənədək ödənilmədiyi təqdirdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. -İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflər xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X5 valideynləridirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2013-cü tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2015ci İl təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı iki övladları doğulmuşlar. Tərəflərin ailə münasibətləri alınmadığından ərizəçi boşanmaq qərarına gəlmiş, ilk olaraq mediasiya təşkilatına müraciət olunmuş, mediasiya prosesi zamanı tərəflər arasında xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-01895 saylı Barışıq Sazişi bağlanmış, barışıq sazişinin şərtlərinə görə hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2013-cü il tarixli 897 saylı nikah qeydinin pozulmasına, ailə qanunvericiliyinin tələbinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəyinə, hər iki tərəf birgə nikahdan olan xx.xx.2015-ci İl təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi anası İddiaçı yanında yaşamaları, Maraqlı şəxs mediasiya prosesi zamanı birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X6 və 09.1.2.2016cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər birinə ayrı-ayrılıqda 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində alimenti İddiaçı ödəməsi barədə öhdəlik götürməsi, İddiaçı Maraqlı şəxs hər hansı məhdudiyyət qoyulmadan birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə istədiyi zaman yanında saxlamaq şərtilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürməsi” ilə razılaşmışlar. Tərəflər arasında olan nikah Zəngilan Rayon Məhkəməsinin e-2(034)- 36/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X10-anaları İddiaçı himayəsində saxlanmışlar. Tərəflər arasında bağlanmış Barışıq Sazişinin şərtlərinə görə Maraqlı şəxs İddiaçı ilə birgə nikahan olan uşaqların saxlanmaları üçün hər ay 440 manat məbləğində aliment ödənilməsi barədə üzərinə öhdəlik götürsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında bağlanmış Barışıq Sazişinin alimentlə bağlı hissəsi artıq iki ildir ki, icra olunmur. Alimentin Maraqlı şəxs tərəfindən bu günə kimi icra olunmaması ərizəçiyə birgə nikahdan olan uşaqların saxlanmasında ona maddi çətinliklər yaratmasına səbəb olduğundan ərizəçi həmin Barışıq Sazişinin alimentlə bağlı hissəsinin təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. -“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. -Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. -BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, İddiaçı ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT/030/2023-01895 nömrəli Barışıq Sazişinin alimentlə bağlı hissəsi, yəni «Maraqlı şəxs mediasya prosesi zamanı birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər birinə ayrı-ayrılıqda 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırıx) manat məbləğində alimenti İddiaçı ödəməsi barədə götürdüyü öhdəlik təsdiq edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Qət etdi: Ərizə təmin edilsin. İddiaçı ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT/030/2023-01895 nömrəli Barışıq Sazişinin alimentlə bağlı hissəsi təsdiq edilsin. Maraqlı şəxs mediasya prosesi zamanı birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər birinə ayrı-ayrılıqda 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırıx) manat məbləğində alimenti İddiaçı ödəməsi barədə öhdəlik götürsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar