Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-66/2025 28.01.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1938-ci il tarixdə doğulan anasının xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi və qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Zəngilan rayonunda doğulan Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə 36-da müvəqqəti qeydiyyatda olan anası xx.xx.1938-ci il təvəllüdlü X3 Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə 36, mənzil 28-də rəhmətə getmişdir. Anasının vəziyyəti xx.xx.2024-cü il tarixdə qəfildən pisləşmiş və onlar tez təcili yardım çağırmışlar. Təcili yardım çatanda anası artıq ölmüşdür. Anası rəhmətə getdikdən sonra onlar onu Suraxanı rayonu Dədə Qorqud qəbirstanlığında dəfn etmişlər. Lakin, hələ qəbirüstü abidəsini götürməmişlər. O, isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Görünür ki, qeydiyyat şöbəsinin təcili yardımın sənədini əsas götürməməsi və imtina etməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Anasının ölüm faktını şahidlər, qəbirüstünün fotoşəkli də təsdiq edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatənda bildirmişdir ki, anası onkoloji xəstə olmuş, anasının bir gözü tamamilə tutulmuş, üzünün bir hissəsinin əti tamamilə yeyilmişdir. Anasının vəziyyəti xx.xx.2024-cü ildə qəfildən pisləşmiş və onlar tez təcili yardım çağırmışlar. Təcili yardım çatanda anası artıq rəhmətə getmişdir. Zəngilan rayonunda doğulan Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə 36-da müvəqqəti qeydiyyatda olan anası xx.xx.1938-ci il təvəllüdlü X3 Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə 36, mənzil 28-də rəhmətə getmişdir. Anası evində, ev şəraitində rəhmətə getmişdir. Anası rəhmətə getdikdən sonra onlar onu Suraxanı rayonu, Dədə Qorqud qəbirstanlığında dəfn etmişlər. Qeydiyyat şöbəsinə ölüm haqqında şəhadətnamə almağa getmiş, ona məhkəməyə müraciət etməsini bildirmişlər. Sonda ərizəçi məhkəmədən iddia tələbinin təmin olmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi baldızıdır. Rəhmətə gedən X3 isə qaynanasıdır. Qaynanası onkoloji xəstə olmuşdur. Qaynanasına baldızı Sara ilə birlikdə baxmışdır. Qaynanası 13 oktyabrda rəhmətə getmişdir. Qaynanasının bütün yas mərasimlərində iştirak etmiş və qaynanasını Hövsan qəsəbəsi Dədə Qorqud qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi qonşusudur. Rəhmətə gedəndə yaxın qonşusu olmuşdur. Rəhmətə gedən Qurbanova Mülayim onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Ona verilən məlumata görə 2024-cü ilin oktyabr ayında səhər saat 10 yarısı Mülayim xanım rəhmətə getmişdir. Mülayim Hövsan qəsəbəsi Dədə Qorqud qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəçininin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2024-cü il tarixli, 206 nömrəli arayışdan görünür ki, mərhum anası X5 xx.xx.2024-cü il tarixində vəfat etmiş, Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi” X13 Bakı Baş Səhiyyə X11 Şəxs 5№-li Şəhər Poliklinikası tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3099 nömrəli məktubdan görünür ki, xx.xx.1938-ci il təvəllüdlü Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə 36 ünvanında yaşayan, X5 xx.xx.2024-cü il tarixdə rəhmətə getmiş, uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə Forma N106 almaq üçün məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-Z-190/2024 nömrəli imtina məktubunun məzmunudan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.1, 8.4 və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alınır.Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Göstərilənlərə əsasən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, X1 ərizəçinin doğma anasıdır. X1 onkoloji xəstə olmuşdur. Mərhumun qızı Ərizəçi evində halı qəfildən pisləşmiş və evdəkilər təcili tibbi yardım çağırmışlar. Təcili yardım çatanda ərizəçinin anası artıq rəhmətə getmişdir. Ərizəçinin anası rəhmətə getdikdən sonra Suraxanı rayonu Dədə Qorqud qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi mərhum anasına ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin lazım olan sənədləri təqdim edə bilmədiyi üçün qeydiyyat şöbəsi ərizəçinin mərhum anasına ölüm haqqında şəhadətnamə verməkdən imtina edərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Araşdırma zamanı ərizəçi məhrum anasının ölüm haqqında şəhadətnaməsi ona sənədləşdirmə işlərinin aparlıması üçün lazım olmasını bildirmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, mərhum xx.xx.1938-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və bu faktı təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən həmin hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Mərhum xx.xx.1938-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-66/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-66/2025
28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver