Məhkəmə qərarları › İş №2(034)-672/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-672/2024

16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-672/2024 16.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1984-cü il tarixdə doğulan oğlu X6 xx.xx.1985-ci il tarixində Zəngilan rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi və qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Zəngilan rayonunda doğulan, Zəngilan rayonu, Zərnəli ərazi dairəsi, Zərnəli kəndində qeydiyyatda olan oğlu xx.xx.1984-cü il təvəllüdlü X1 rayonu, Zərnəli kənddə rəhmətə getmişdir. Oğlunun vəziyyəti xx.xx.1985-ci il tarixdə qəfildən pisləşmişdir. Oğlu rəhmətə getdikdən sonra onlar onu Zəngilan rayonu, Zərnəli kənd qəbirstanlığında dəfn etmişlər. Lakin 1993-cü il müharibə dövrünə düşdüyündən, Zəngilan rayonu işğal altında olduğundan və Zərnəli kənd qəbirstanlığı dağıdılğından oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, əlində əsaslı sənədlər olmadığı üçün qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Oğluna ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərinin aparılması üçün lazımdır. Lakin qeydiyyat şöbəsi təcili yardımın sənədini əsas götürməməsi və imtina etməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, oğlu X13 xx.xx.1984-cü il tarixdə Zəngilan rayonunda anadan olmuşdur.xx.xx.1985-ci il tarixdə qəfildən oğlunun vəziyyəti pisləşmiş və rəhmətə getmişdir. Oğlu rəhmətə getdikdən sonra onu Zəngilanda qəbistanlıqda dəfn edilmişlər. 1993-cü il müharibə dövrünə düşdüyündən və Zəngilan rayonu işğal altında olduğundan Zərnəli kənd qəbirstanlığı dağıdılmışdır. Oğlu anadan olanda doğuş zamanı travma almışdır. Oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, əlində əsaslı sənədlər olmadığı üçün qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Oğlu qeydiyyat sistemində indiyədək sağ kimi göstərilir. Oğlunun ölüm haqqında şəhadətnaməsi ona bir çox sənədləşmə işlərinin aparılması üçün lazımdır. Sonda ərizəçi məhkəmədən ərzəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi bacısıdır. Bacısının oğlu 1 yaş 2 aylığında rəhmətə getmişdir. Uşağın dəfn olunmasını xatırlayır. Bacısının oğlu 1985-ci ildə rəhmətə getmiş, uşaq Zəngilanda qəbirstanlıqda dəfn olunmuşdur. Bacısının oğlu rəhmətə gedəndə onun 18 yaşı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi baldızıdır. Baldızının oğlu Əzizağa 1984-cü ildə Zəngilan rayonunda anadan olmuş və 1985-ci ildə rəhmətə getmişdir. Uşaq 1 yaş 2 aylığında rəhmətə getmişdir. Baldızının oğlu Zəngilanda qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi bacısıdır. Bacısının oğlu Əzizağa 1984-cü ildə Zəngilan rayonunda anadan olmuş və 1985-ci ildə rəhmətə getmişdir. Bacısının oğlu 1 yaş 2 aylığında rəhmətə getmişdir. Bacısının oğlu xəstə olduğu üçün rəhmətə getmişdir. Məhkəmə, ərizəçininin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X5 arasında xx.xx.1983-cü il tarixdə Maraqlı şəxsndə nikah bağlanmış və nikah akt qeydlər kitabında 12 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X17 və X5-xx.xx.1985-ci il təvəllüdlü X7, xx.xx.1987-ci il təvəllüdlü X10,xx.xx.1988-ci il təvəllüdlü X11 valideynləridir. İş materiallarına əlavə edilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2024-cü il tarixində ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbilə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Zəngilan rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-T-137/24 nömrəli imtina məktubunun məzmunudan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.1, 8.4 və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alınır.Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Göstərilənlərə əsasən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-43-169/24 nömrəli məktuba əlavə edilmiş 28 nömrəli doğum haqqında akt qeydindən görünür ki, mərhum X21 xx.xx.1984-cü ildə Zəngilan rayounda anadan olmuş, atası X17, anası isə X2r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Ərizəçi X17 ilə rəsmi nikahlarından xx.xx.1984-cü il tarixdə X13 anadan olmuş, uşaq xx.xx.1985-ci ildə vəziyyəti pisləşdiyi üçün qəflətən rəhmətə getmiş və o, Zəngilan rayonu, Zərnəli kənd qəbirstanlığında dəfn olunmuşdur.Ərizəçi oğluna ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ərizəçi tərəfindən lazım olan sənədlər təqdim edilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş materiallarında olan və Maraqlı şəxsm tərəfindən təqdim edilmiş 28 nömrəli doğum haqqında akt qeydində mərhum X6 xx.xx.1984-cü ildə Zəngilan rayounda anadan olması, atasının X17, anasının isə X5 olması öz təsdiqini tapmışdır. Araşdırma zamanı ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsinin ona bəzi sənədləşdirmə işlərinin aparılması üçün lazım olmasını bildirmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, mərhum X6 xx.xx.1985-ci il tarixində Zəngilan rayonunda ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və bu faktı təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən həmin hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstatasılənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1984-cü il təvəllüdlü X6 xx.xx.1985-ci il tarixində Zəngilan rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar