Məhkəmə qərarları › İş №2(034)-685/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-685/2024

24.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-685/2024 24.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “fiziki şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “fiziki şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il təvəllüdlü X20 2016-cı il mart ayında İraq Respublikasında ölmüş elan edilməsi və 2016-cı ilin mart ayı onun ölüm tarixi sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X15 onun doğma qızıdır. Qızı xx.xx.1990-cı ildə Zəngilan rayonunda anadan olmuşdur. X6 onların razılığı olmadan X30 ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuş və bu nikahdan onların xx.xx.2014-cü ildə X26 və xx.xx.2016-cı ildə isə X27 adlı iki uşaqları olmuşdur. Qızı Aysel 2015-ci ildə əri X30 ilə birlikdə Türkiyə Respublikasına, ordan isə İraq Respublikasına getmişdir. Qızının ailəsi ilə birlikdə İraqa getməsini onlar sonradan bilmişdir. Hətta xx.xx.2016-cı il təvəllüdlü nəvəsi X8 Mosul şəhərində anadan olmuşdur. Qızının həyat yoldaşı X12 aparılan döyüş əməliyyatlarında həlak olmuşdur. Uzun müddət qızını və onun ailəsini axtarmış, sonradan aldığı məlumata görə bilmişdir ki, qızı uşaqları ilə birlikdə İraqda həbsxanasındadır. Müraciətindən sonra dövlət tərəfindən nəvələri Azərbaycan Respublikasına gətirilmiş, qızı isə İraqda qalmış və hazırda İraq həbsxanasında cəza çəkir. Uşaqlar bura gətirildikdən sonra ata nənələri X21 tərəfindən Quba şəhərinə aparılmış və Quba rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 50 nömrəli sərəncamı ilə X21 uşaqlar üzərində qəyyum təyin edilmişdir. Sonradan İraq Respublikasının Bağdad şəhərində yerləşən Rusafa qadın həbsxanasında cəza çəkən qızı X39 yerləşən Azərbaycan səfirliyinə ərizə ilə müraciət edərək övladları-X16 və X17 onun himayəsinə verilməsini xahiş etmişdir. Uşaqların ata nənəsi olan X21 uşaqları başsız qoyaraq Türkiyə Respublikasına çıxıb getmişdir. Uşaqlar bir müddət sahibsiz qalmışlar. Uşaqlar himayəsiz qaldıqları üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli sərəncamı ilə o, nəvələrinin üzərində qəyyum təyin edilmişdir. Qızı ilə ayda bir dəfə imkan olan kimi telefon vasitəsi ilə əlaqə saxlayır. Yeznəsinin həlak olmasını qızı ona demişdir. Belə ki, həmin döyüş əməliyyatlarında baş vermiş partlayış nəticəsində qızı və uşaqları xəsarət almış, qızının əri olan Nasən isə həlak olmuşdur. Qızının dediyinə əsasən o, Nasənin həlak olmasını görmüşdür. Bütün bu hallara baxmayaraq, o, yeznəsinin axtarışı ilə əlaqədar olaraq polis orqanına müraciət etmiş, ərizəsinə cavab olaraq, Bakı şəhəri Nizami rayon Polis İdarəsi bildirmişdir ki, faktla əlaqədar olaraq müvafiq araşdırma aparılmış və yeznəsi X3 dəfə xx.xx.2015-ci il tarixdə Türkiyə Respublikasından çıxdığı müəyyən edilmişdir. Həmçinin o, himayəsində olan nəvələrinin atası X20 ölmünün qeydə alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsi imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda dövlət qeydiyyatına alınır. X20 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəmə müraciət etmək ona tövsiyyə olunmuşdur. Bundan başqa, son sərhədkeçmə haqqında məlumatdan görünür ki, X30 xx.xx.2015-ci ildə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində ölkədən çıxmış və qayıtması ilə bağlı heç bir məlumat yoxdur. X20 məhkəmə qaydasında ölmüş elan edilməsi ona üzərlərində qəyyum təyin olunduğu nəvələrinə sosial yardım almaq üçün lazımdır. Hesab edir ki, yeznəsi X30 məhkəmə qaydasında ölmüş elan edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ölmüş şəxs onun yeznəsidir. Qızının yoldaşı tərəfi ilə heç bir əlaqəsi yoxdur. Qızının ailə qurmasına narazı olduğu üçün qızı qoşulub qaçmışdır. Qızı Bağdad həbsxanasındadır. Uşaqları 2019-cu ildə gətirmişlər. Uşaqlardan biri Azərbaycanda, biri isə İraqda doğulmuşdur. Hər iki uşaq gətirildiyi vaxtdan ona verilmişdir. Qızının yoldaşı isə İraqda rəhmətə getmişdir. Qızı ilə ayda bir dəfə telefon vasitəsi ilə əlaqə saxlayır.Yeznəsinin həlak olmasını qızı özü ona demişdir. Bazarda partlayış nəticəsində yeznəsi Nasən həlak olmuşdur. Yeznəsi X3 dəfə xx.xx.2015-ci ildə Türkiyə Respublikasından çıxdığı müəyyən edilmişdir. X30 xx.xx.2015-ci ildə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində ölkədən çıxmış və qayıtması ilə bağlı heç bir məlumat yoxdur. Qızı Ayselə edam cəzası verilmiş və o, müəyyən yerlərə müraciət etdikdən sonra onun cəzası ömürlük cəza ilə əvəz edilmişdir.Sonda ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin qızı Aysel 2014-cü ildə Nasən adlı şəxslə ailəsi vermədiyi üçün qoşulub qaçmışdır. Ərizəçidən qızının 2015-ci ildə ailəsi ilə birlikdə İraqa getməsini eşitmişdir. Ərizəçinin yeznəsi Nasən 2016-cı ildə İraqda bazarda partlayış nəticəsində həlak olmuşdur. Aysel İraqa gedəndə bir qızı vardı, o biri qızı isə İraqda anadan olmuşdur. Aysel hal-hazırda həbsxanadadır.2019-cu ildən uşaqlara nənəsi Ərizəçi baxır. Nasənin ailəsini isə tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, ərizəçi gəlinləridir, həmçinin qonşudurlar. 2015-ci ildə Aysel yoldaşı Nasən və qızı Xədicə ilə birlikdə İraqa getmişlər. 2016-cı ildə İraqda bazarda partlayış nəticəsində Nasən rəhmətə getmişdir. Ayselin ikinci qızı olan Məryəmi atası görməmişdir. Aysel hal-hazırda İraqda həbsxanadadır. 2019-cu ildə uşaqlar Azərbaycana gətiriləndən bəri onlara nənələri Göyçək baxır. Aysel Nasən ilə el-adəti əsasında ailə qurmamışdır. Aysel bir müddət Qubada yaşadıqdan sonra 2015-ci ildə İraqa getmişdir. Aysel İraqda ömürlük azadlıqdan məhrum edilmişdir. Məhkəmə, ərizəçininin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə Ərizəçi xx.xx.1990-cı il təvəllüdlü X11 valideynləridir. İş materiallarında olan doğum haqqında şəhadətnaməmələrn surətindən görünür ki, X30 və X15-xx.xx.2014-cü il təvəllüdlü X16 və xx.xx.2016-cı il təvəllüdlü X17 valideynləridir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi və X1 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli sərəncamından görünür ki, Ərizəçi yetkinlik yaşına çatmayan nəvələri-xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2016-cı il təvəllüdlü X38 üzərində qəyyum təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami Rayon Polis İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-52-1\2-B-1065 nömrəli məktubdan görünür ki, X4 dəfə xx.xx.2015-ci il tarixdə Türkiyə Respublikasından çıxdığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/7-21xx-xx/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda dövlət qeydiyyatına alınır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsib və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir.Bu qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisənin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir.Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.X20 ölüm faktını təsdiq edən sənədi təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilmək tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X43 Nəzarəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-33/2-4177/24 nömrəli məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X9 dəfə xx.xx.2015-ci il tarixdə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 91/2-29185 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci il tarixdə Quba rayonunda anadan olmu, Quba rayonu Amsar kəndində qeydiyyatda olan X20 itkin düşməsi ilə bağlı Quba RPŞ-də hazırda axtarış işi yoxdur, şəxsin itkin düşməsi barədə Quba rayon Polis şöbəsində hər hansı müraciət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-61/2-2399/2024 nömrəli məktubuna əlavə edilmiş Quba rayon İcra Hakimiyyəti Başçısının Amsar kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 5-61/2-77/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məlumatına əsasən Quba rayonunun Amsar kəndində qeydiyyatda olan xx.xx.1995-ci il təvəllüdlü X30 10 ildən artıqdır ki, nümayəndəliyin ərazisində yaşamır və vətəndaşın harada yaşaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü malddəsinin tələbinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, ərizəçinin qızı olan X15 xx.xx.1990-cı ildə Zəngilan rayonunda anadan olmuşdur. X15 valideynlərinin razılığı olmadan X30 ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuş və bu nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2016-cı il təvəllüdlü isə X27 adlı iki uşaqları doğulmuşdur. Ərizəçinin qızı Aysel Bayramova 2015-ci ildə əri X30 ilə birlikdə Türkiyə Respublikasına, ordan isə İraq Respublikasına getmişdir. Qızının ailəsi ilə birlikdə İraqa getməsini sonradan bilmişdir. Nəvəsi xx.xx.2016-cı il təvəllüdlü X8 Mosul şəhərində anadan olmuşdur. Ərizəçi uzun müddət qızını və nəvələrini axtarmış, axtarış nəticəsində qızının nəvələri ilə birlikdə İraq həbsxanasında olmasını öyrənmişdir. Ərizəçinin müraciətindən sonra nəvələri dövlət tərəfindən Azərbaycan Respublikasına gətirilmiş, qızı isə İraqda qalmışdır. Qızının İraqda qalmasının səbəbi ona ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsi və hal-hazırda İraq həbsxanasında çəza çəkməsi olmuşdur. Ərizəçinin nəvələri Azəbaycana gətirildikdən sonra uşaqları ilk olaraq ata nənələri olan X10 şəhərinə aparılmış və Quba rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 50 nömrəli sərəncamı ilə X21 uşaqlar üzərində qəyyum təyin edilmiş, lakin X21 uşaqları başsız qoyaraq Türkiyə Respublikasına çıxıb getmiş, uşaqlar bir müddət Quba rayonunda sahibsiz qalmışlar. Sonradan İraq Respublikasının Bağdad şəhərində yerləşən Rusafa qadın həbsxanasında cəza çəkən ərizəçinin qızı X39 yerləşən Azərbaycan səfirliyinə ərizə ilə müraciət edərək övladları X16 və X17 anasının, yəni ərizəçinin himayəsinə verilməsini xahiş etmiş, ərizəçi qızının həbsxanada olmasını, yeznəsinin həlak olmasını, nəvələrinin isə himayəsiz qalmalarını nəzərə alıb, nəvələrinin üzərində qəyyum təyin ounması ilə bağlı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə müraciət etmiş və onun müraciəti əsasında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli sərəncamı ilə o, yəni Ərizəçi nəvələri X16 və X17 üzərində qəyyum təyin edilmişdir. Ərizəçinin qızı Aysel X2 ilə qeyri-rəsmi nikah münasibətlərində olmasını, bu münasibətdən onların iki uşaqlarının olmasını, ərizəçinin yeznəsinin İraq Respublikasında həlak olmasını məhkəmə iclasında iştirak edən şahidlərdə verdikləri ifadələrlə təsdiq etmişlər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçi yeznəsi olan X23 axtarışı ilə bağlı Bakı şəhər Nizami Rayon Polis İdarəsinə müraciət etmiş, verilmiş məlumata əsasən X4 dəfə, yəni xx.xx.2015-ci il tarixdə Türkiyə Respublikasından çıxması müəyyən edilmiş, həmçinin məhkəmənin sorğuları əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış məlumatda xx.xx.1995-ci il təvəllüdlü X3 dəfə xx.xx.2015-ci il tarixində dövlət sərhədindən çıxışının qeydə alınması, Quba rayon Polis X7 itkin düşməsi ilə bağlı Quba RPŞ-də hazırda axtarış işinin olmaması, şəxsin itkin düşməsi barədə Quba rayon Polis şöbəsində hər hansı müraciət daxil olmaması, Quba rayon İcra Hakimiyyəti Başçısının Amsar kənd inzibati ərazi dairəsi nümayəndəliyi isə X20 10 ildən artıqdır ki, nümayəndəliyin ərazisində yaşamamasını və vətəndaşın harada yaşaması barədə nümayəndəlikdə heç bir məlumatın olmamasını bildirmişlər. Araşdırma zamanı ərizəçi yeznəsi olan X20 məhkəmə qaydasında ölmüş elan edilməsinin ona üzərlərinə qəyyum təyin olunduğu nəvələrinə sosial yardım almaq üçün lazım olmasını bildimişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Ərizəçi fiziki şəxsin ölmüş elan edilməsi barədə ərizəsi əsaslıdır, xx.xx.1995-ci il təvəllüdlü X45 məhkəmə tərəfindən ölmüş elan edilməli və 2016-cı il mart ayı onun ölüm günü sayılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 308, 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1995-ci il təvəllüdlü X14 Respublikasında ölmüş elan edilsin və 2016-cı il mart ayı onun ölüm günü sayılsın. xx.xx.1995-ci il təvəllüdlü X20 ölmüş elan edilməsi Maraqlı şəxs tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar