Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-687/2025 24.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinə və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Sumqayıt Tibb Mərkəzi” X11 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə qarşı «ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: Ərizəçi maraqlı şəxslər 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinə və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Sumqayıt Tibb Mərkəzi” X11 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə qarşı «ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1942-ci il təvəllüdlü atası X2 xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhərində ölməsi fatktının müəyyən edilməsi barədə qətənamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1nə qarşı xx.xx.1942-ci il təvəllüdlü atası X2 xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhərində ölməsi fatktının müəyyən edilməsi barədə qətənamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası xx.xx.1942-ci il təvəllüdlü X6 xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Belə ki, xx.xx.1999-cu il tarixdə atasının halı qəfil pisləşmiş, X10 çağırılmış, lakin həkim briqadası gələnədək atası vəfat etmişdir. Atası vəfat etdikdən sonra o, Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. Hüquqi savadsızlıqdan atasına həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Atası qəfil vəfat etdiyindən ərazi poliklinikasından ölüm haqqında tibbi şədətnamə alınmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə almaq üçün aidiyyəti üzrə Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət etmiş, lakin orada atasının vəfatından uzun müddət keçdiyindən və onun xəstəliklə bağlı tibbi qeydiyyat sənədi təqdim edilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması bildirilmişdir. Daha sonra ölüm haqqında şəhadətnamə almaq üçün 2 saylı Sumqayıt Regional “Asan xidmər” mərkəzinə müraciət etmiş, oradan ona bildirmişlər ki, şəhadətnamə yalnız tibbi sənəd və ya məhkəmə qətnaməsi əsasında rəsmiləşdirilə bilər. Göründüyü kimi, ölüm faktının təsdiqi üçün bütün mövcud imkanlardan istifadə etmiş, nəticə əldə edə bilməmişdir. Mövcud vəziyyətdə həmin faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, atası ürək ağrılarından əziyyət çəkdiyi üçün xəstəxanada müalicə almışdır. Atası rəhmətə gedəndə X8 çağırmışlar. Atasını Sumqayıt qəbirstanlığında dəfn etmişlər. Sonda ərizəçi məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 1995-ci ildən ərizəçi ilə qonşu olmuşlar. Ərizəçinin rəhmətlik atası ürək ağrılarından əziyyət çəkdiyi üçün rəhmətə getmişdir. O, rəhmətliyin yas və dəfn mərasimində iştirak etmiş, rəhmətlik Abas Sumqayıtda qəbirsatnlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ərizəçi qonşusudur. Rəhmətlik Abas əmisi yaşlı insan olmuş, ürək xəstəliyindən əziyyət çəkmişdir. O, işdən gələndə Abas əmisinin rəhmətə getməsini bilmşdir. Abas əmisi 1999-cu ildə rəhmətə getmiş, onun yas və dəfn mərasimlərində iştirak etmiş və o, Sumqayıt qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə edilmiş mərhum X4 məxsus olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, o, 1942-ci ildə doğulmuşdur. -İş materiallarına əlavə edilmiş məzar daşının fotoşəkilindən görünür ki, mərhum X6 xx.xx.1942-ci ildə anadan olmuş, xx.xx.1999-cü ildə vəfat etmişdir. -İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli imtina məktubundan görünür ki, mərhum X4 ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və X2 ölmünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -İş materiallarına əlavə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubunun məzmunudan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1,8,4. və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi,ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alınır. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.Göstərilənlərə əsasən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 158.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o, cümlədən ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, mərhum X6 ərizəçinin doğma atası olmuş və mərhum uzun sürən xəstəlikdən sonra xx.xx.1999-cu ildə Sumqayıt şəhərində yaşadığı evdə vəfat etmişdir. Belə ki, həmin vaxt mərhumun vəziyyəti qəfil pisləşmiş, X10 çağrılmış, lakin həkimlər gələnə kimi ərizəçinin atası artıq rəhmə getmişdir. Mərhum ailə üzvləri tərəfindən Sumqayıt qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi mərhum atasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş, lakin lazım olan sənədləri təqdim edə bilmədiyi üçün qeydiyyat şöbəsi ərizəçinin mərhum atasına ölüm haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Araşdırma zamanı ərizəçi məhrum atasının ölüm haqqında şəhadətnaməsinin ona sənədləşdirmə işlərinin aparlıması üçün lazım olmasını bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, mərhum xx.xx.1942-ci il təvəllüdlü X2 xx.xx.1999-cu il tarixində Sumqayıt şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və bu faktı təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən həmin hüquqi fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1942-ci il təvəllüdlü X2 xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxs1nə həvalə edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-687/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-687/2025
24.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver