Məhkəmə qərarları › İş №2(034)-7/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-7/2023

13.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-7/2023 13.04.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı «yol nəqliyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı «yol nəqliyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 29.246 manat məbləğində maddi ziyan və ödənilmiş 178 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 15 aprel 2022-ci il tarixdə təxminən saat 18:20 radələrində iddiaçı özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “BMW” markalı **- SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu Mirəli Qaşqay küçəsi ilə üzü Mirqasımov küçəsi istiqamətində hərəkətdə olarkən H.Ələsgərov küçəsinin kəsişməsində quraşdırılan svetaforun yaşıl işığında yolayrıcını keçərkən sağ tərəfdən H.Ələsgərova küçəsi ilə svetaforun qadağan edici qırmızı işığında yolayrıcıya daxil olan sonradan ona məlum olan «Kia Rio» markalı **-FB-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh gözləmədən gəldiyi sürətlə avtomaşının ön hissəsi ilə onun avtomaşının ön sağ hissəsindən toqquşmuş və o, idarəetməni itirib yolun sağ kənarında səkinin üzərində dəmir boruya toqquşaraq dayanmışdır. Hadisə nəticəsində bərk həyəcan keçirmiş və yüngül xəsarət almışdır. Baş vermiş qəza nəticəsində iddiaçıya məxsus “BMW” markalı **- SL-*** dövlət nömrə nişanlı avtomaşına xeyli miqdarda ziyan dəymişdir. 23 aprel 2022-ci il tarixdə Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" MMC-nin avtomobillərə texniki xidmət mərkəzi tərəfindən 16 aprel 2022-ci il tarixli, avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısında yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “BMW” markalı ** SL *** dövlət nömrə nişanlı avtomaşının ehtiyat hissələri (xərclər siyahısında göstərilmişdir) yararsız hala düşmüşdür. Həmin zərər aktı ilə avtomobilin yararsız hala düşmüş hissələrinin təmiri və göstərilən xidmətlər üçün 34046.09 (otuz dörd min qırx altı manat doqquz qəpik) manat məbləğində pul vəsaitinin tələb olunduğu göstərilmişdir. Sığorta şirkəti tərəfindən iddiaçıya 4800 manat dəymiş ziyan ödənilmişdir. Lakin qalan məbləğ olan 29.246 manat pul ödənilməmişdir. Avtomobili iddiaçı 3 həftə idi ki, almış, buraxılış ili isə 2022-ci ildir. Cavabdehdən dəymiş ziyanı istəsə də, Cavabdeh iddiaçıya müxtəlif bəhanələr gətirərək dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Bəhanə gətirərək işləmədiyini guya maddi imkanının olmadığını bildirmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh diş həkimi fəaliyyəti göstərir, işlədiyi yer isə 28 may Mixail Kaveroçkin 58, Amerika səfirliyi ilə üzbəüz binanın arxasında yerləşən “X6 Vip” klinikasında fəaliyyət göstərir. Yəni maddi imkanı var sadəcə zərəri ödəməkdən boyun qaçırır. Səhv etmirəmsə avtomobilin qiyməti 110.0000 ABŞ dollarıdır. Avtomobil tam təmir olunmamış, çünki ehtiyyat hisələri baha olduğu üçün ödəyə bilmirlər. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 3-4 dəfə cavabdehlə razılığa gəlmək üçün iddiaçı çalışmış, amma cavabdeh bildirmişdir ki, onun pulu yoxdur, işləmir. Sonra cavabdehin həkim işləməsini öyrənmişdir. Cavabdehin adına dövlət qeydiyyatından keçmiş şirkət var. Aldadıldığına görə cavabdehin bu hərəkəti iddiaçıda çox pis təsir oyatmışdır. Bundan sonra iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Onlara dəymiş ziyanın məbləği 29.246 manatdır. 2022-ci ilin “BMW” markalı avtomobilidir. Avtomobil vurulmamışdan iki həftə əvvəl idarə etmişdir. Qüsur aktı tərtib olunan da cavabdehə deyilmiş, amma özü imtina etmişdir.Səhv etmirəmsə avtomobilin qiyməti 110.000 dollardır. Avtomobil tam təmir olunmamış, çünki ehtiyyat hissələri bahadır ödəyə bilmirlər. Özləri çox pis vəziyyətə düşlər ki, niyə belə olubdur. 110.000 dollar pul ödəmişlər. Bəlkə də günah özlərində olsaydı təsəlli tapardılar. Qırmızı işıq yanırsa dayanmaq lazımdır nə məcburdur keçirsən. Cavabdeh ucuz variatla maşını təmin etdirmək istəmiş, lakin onlara məsləhət görmüşlər ki, BMV markalı maşını hər ustaya vermək olmaz .Onlarda qiymətdə aldanmasınlar deyə şirkətlə işlərini görməyi məsləhət bilmişlər. Ekspertin rəyində dəymiş ziyanla burda göstərilən ziyan arasında qiymət fərqi çoxdu, ona görə də ekspertizanın rəyi ilə razı deyillər. İddianın təmin olunmasını istəyirlər. 29.246 manat məbləğində dəymiş maddi ziyan və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edirlər. Maşın 2022-ci ilin maşınıdır. İdiaçı cavabdehə məsələnin öz aralarında həll edilməsini demiş, çünki iddiaçı işin məhkəməyə gəlməsini istəməmişdir. Maşını sığotalamışlar və sığortaya 3000 manata yaxın pul çıxmışdır. İddiaçı dirəyi vurduğu üçün dirəyin pulunu çıxmışlar. İddiaçıya 4800 manat pul ödənilmiş, amma yerdə qalan pul ödənilməmişdir. Normalda dəymiş ziyanın qiyməti 34000.46 manat olmuşdur. 34.000 manatdan 4800 manan çıxılmış və yerdə 29.426 manat qalmışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi . Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o maşını vuranda maşın bardura dəyib dayanmışdır. Şəkilləri təqdim etmiş, səkiyə çıxmış, qarşı tərəf isə yolun kənarında qalmışdır. Onun maşını dəmirə dəyib dayanmışdır. Qarşı tərəflə danışıb izah etməyə çalışmışdır ki, onun imkanı yoxdur. Müəyyən qədər ödəməsini, qalanınıda ayba-ay hissə-hissə ödəməsini demiş, lakin onlar razılaşmamışlar. Şəkildən göründüyü kimi orda 34000 manat olan məbləğ həddindən artıq şişirdilmiş məbləğdir. O, qarşı tərəfə pulun bir hissəsini ödəməsini, qalan hissəsini isə verməsini demiş, lakin iddiaçı razı olmamışdır. Onlar 5-6 dəfə görüşüb söhbət etmişdir. Qüsur aktı ilə razı deyil, ona qüsur aktına gedək bir yerdə baxılması deyilməmişdir. Rəydə göstərilən məbləği bir dəfəlik ödəməyə gücü çatmır. Maşını vurduğu xanımın yoldaşı ilə görüşmüş, müəyyən məbləğ təklif etmiş, amma razılığa gələ bilməmişlər. 48.000 manat pul ödəmişdir. Sonda cavabdeh məhkəmədən iddia məbləğinin həddindən artıq çox olmasını və ekspertizanın rəyinə əsasən qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Şirkəti tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli 118 nömrəli Qüsur aktından görünür ki, “BMW” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 34.046.09 manat təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyevin 23 aprel 2022-ci il tarixil qərarı cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətdiq edilmişdir. İş materiallarında olan və Zəngilan Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(034)-414/2022 saylı qərardadı əsasında "xxxx" Hüqüq və Qiymətləndirmə Şirkəti tərəfinən verilmiş LF-08 nömrəli, 13 mart 2023-cü il tarixli “Avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə” mütəxəssis rəyindən görünür ki, “BMW” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 21.779,0 manat təşkil etmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin notarial təsdiq edilmiş surətindən görünür ki, Şirvanov X2 rayonundan məcburi köçkündür. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən əərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə isə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsaən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcələnin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs iülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə isə mülki hüqqu pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tətəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı 15 aprel 2022-ci il tarixdə təxminən saat 18:20 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “BMW” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu Mirəli Qaşqay küçəsi ilə üzü Mirqasımov küçəsi istiqamətində hərəkətdə olarkən H.Ələsgərov küçəsinin kəsişməsində quraşdırılan svetaforun yaşıl işığında yolayrıcını keçərkən sağ tərəfdən H.Ələsgərova küçəsi ilə svetaforun qadağan edici qırmızı işığında yolayrıcıya daxil olan sonradan ona məlum olan «Kia Rio» markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh gözləmədən gəldiyi sürətlə avtomaşının ön hissəsi ilə onun avtomaşının ön sağ hissəsindən toqquşmuş və o, idarəetməni itirib yolun sağ kənarında səkinin üzərində dəmir boruya toqquşaraq dayanmışdır. Hadisə nəticəsində iddiaçı bərk həyəcan keçirmiş və yüngül xəsarət almışdır. Baş vermiş qəza nəticəsində iddiaçıya məxsus “BMW” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomaşına xeyli miqdarda ziyan dəymişdir. 23 aprel 2022-ci il tarixdə Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" MMC-nin avtomobillərə texniki xidmət mərkəzi tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli qüsur aktında yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “BMW” markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomaşının ehtiyat hissələri yararsız hala düşmüş və nəticədə avtomobilə 34046.09 maddi ziyan dəymiş, lakin sığorta şirkəti tərəfindən iddiaçıya 4800 manat məbləğində dəymiş ziyan ödənilmişdir. Cavabdeh isə yerdə qalan 29.246 manat pul ödənilməmişdir. İddiaçı tərəfindən həmin məbləğin ödənilməsi cavabdehdən tələb olunsa da, cavabdeh maddi imkanının olmamasını və dəymiş ziyanın məbləğini həddindən artıq çox hesablanmasını əsas gətirərək həmin məbləği ödəməkdən imtna etmişdir. İş üzrə Məhkəməin qərardadı əsasında "xxxx" Hüqüq və Qiymətləndirmə Şirkəti tərəfinən verilmiş 13 mart 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus “BMW” markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkiləcək xərcin dəyəri 18.759,0 manat (ehtiyyat hissələri)+3020,0 manat təmir xərci olmaqla, cəmi 21779,0 manat təşkil etmişdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh ödənilmiş sığorta ödənişi (21779-4800) çıxılmaqla yerdə qalan 16979 manat məbləğində dəymiş zərər tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 178 manat dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə –şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh Şirvanov X2 rayonundan məcburi köşkündür. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 178 manat dövlət rüsumu iddiaçınını özünə aid edilməlidir. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, ekspertiza xərci olan cəmi 200 manatın 100 manatı Cavabdeh, 100 manatı isə İddiaçı tutularaq "xxxx" MMC-nin bank hesabına köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16.979 (on altı min doqquz yüz yetmiş doqquz) manat dəymiş maddi zərər İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 178 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza xərci olan cəmi 200 manatın 100 manatı Cavabdeh, 100 manatı isə İddiaçı tutularaq "xxxx" MMC-nin bank hesabına (AZ42PAHA40060AZNHC**********, "xxxx" ASC, 505141, VÖEN: **********, S.W.İ.F.T.: PAHAAZ22, AZ82NABZ********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar