Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-731/2023 20.12.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi fiziki şəxs Cavabdeh qarşı qarşı “tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilmsi barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi fiziki şəxs Cavabdeh qarşı “tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilmsi barədə» ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-02399 nömrəli Barışıq Sazişinin təsdiq olunması, onunla Cavabdeh arasında xx.xx.2009-cu il tarixində Zəngilan rayon qeydiyyat şöbəsində bağlanmış 79 №-li nikah akt qeydinin pozulması, birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onun yanında qalmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2009-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, aralarında olan nikahı isə Zəngilan rayon qeydiyyat şöbəsində 79 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Onların cavabdehlə bu nikahdan xx.xx.2010-cu ildə X3 və xx.xx.2015-ci ildə isə X4 adlı iki övladları dünyaya gəlmişlər. Ailə qurduqları ilk vaxtlardan onların xasiyyətləri bir-birinə uyğun gəlməmiş və cavabdehlə yola gedə bilmirlər. Aralarında ailə məişət zəminində tez-tez mübahisələr baş verir, bu vəziyyət də uşaqlara öz mənfi təsirini göstərir. Onlar hər ikisi ailə münasibətlərinin bu formada davam etməsini istəmirlər. Bir ailə kimi bir yerdə artıq yaşaya bilmirlər. Dəfələrlə hər ikisi boşanmaq qərarına gəlmişlər. Lakin hər dəfə də uşaqlarının xətrinə ailə münasibətləri davam etsin deyə bir-birlərinə şans versələr də, bunun heç bir nəticəsi olmamışdır. Boşanmaqda hər ikisi də qəti olaraq qərarlıdırlar. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəflə ilkin olaraq mediasiya prosesindən keçmiş və Bakı 16 saylı Mediasiya Təşkilatında aralarında olan nikahın pozulması, birgə nikahdan olan uşaqların onun himayəsində qalmasına dair xx.xx.2023-cü il tarixli, MŞB/16-02399 nömrəli Barışıq Sazişi bağlamışlar.Barışıq Sazişinin şərtlərinə əsasən tərəflər (Ərizəçi və Cavabdeh) xx.xx.2009cu il tarixində Zəngilan rayon qeydiyyat şöbəsi 79 № li nikah akt qeydinin pozulması barədə razılığa gəldilər. 2-ci tərəf (Cavabdeh) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək 1-ci tərəfin (Ərizəçi) yanında qalmasına etiraz etmir” şərtləri ilə razılıq əldə etmişlər. Hazırda cavabdehlə aralarında bağlanımş Barışıq Sazişinin məhkəmə qaydasında təsdiq olunması zəruriəti yaranmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Cavabdehlə birgə nikahdan olan uşaqların saxlanması üçün aralarında razılıq əldə etmişlər, cavabdehə qarşı heç bir aliment tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2009-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan onların xx.xx.2010-cu ildə X3 və xx.xx.2015-ci ildə X4 anadan olmuşlar. Yoldaşı başqa xanımla yaşayır və ondan uşaqları var. Ailəsinin dağılmaması üçün çox çalışmış, amma bu mümkün olmamışdır. Yoldaşı onu evdə uşaqların gözü qarşısında təhqir edir, buda uşaqların psixologiyasına mənfi təsir edir. Mediasiyada hər iki tərəf iştirak etmiş və razılığa gəlmişlər. Məhkəmədən xahişi əlavə vaxt verilmədən nikahın pozulmasıdır. Yoldaşı uşaqlarına maddi baxımdan hər tərəfli köməklik göstərdiyi üçün aliment tələbi yoxdur. Sonda ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxıb barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən aydın olur ki, tərəflər arasında xx.xx.2009-cü il tarixdə nikah bağlanmış və bu barədə Zəngilan rayon qeydiyyat şöbəsində akt qeydəri kitabında 79 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2010-cu il təvəllüdlü X1 və 12.06.015ci il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarında olan və tərəflər arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-02399 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (Ərizəçi və Cavabdeh) xx.xx.2009-cu il tarixində Zəngilan rayon qeydiyyat şöbəsi 79 № li nikah akt qeydinin pozulması barədə razılığa gəldilər. 2-ci tərəf (Cavabdeh) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək 1-ci tərəfin (Ərizəçi) yanında qalmasına etiraz etmir” şərtləri ilə razılıq əldə etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin19.1 və 19.2-ci maddələrinə əsasən ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinin tələbinə görə arışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırmaıs zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişlər. Ailə qurduqları ilk vaxtlardan tərəflərin xasiyyətləri bir-birinə uyğun gəlməmiş, araların tez-tez mübahisələr vermiş, bu vəziyyətdə uşaqlara öz mənfi təsiri göstərmşdir. Tərəflər artıq ailə münasibətlirin bu formada darvam etdirilməsi istəmir. Dəfələrlə boşanmaq qərarına gəlmiş, lakin uşaqları üçün bir-birlərinə şans verməli olsalarda bunun heç bir nəticəsi olmaımşdır. Artıq hər iki tərəf aralarında olan nikahın pozulmasında qərarlıdırlar. Belə ki, tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan olan uşaqlarının ananın yanında qalmaları ilə bağlı Bakı 16 saylı Mediasiya Təşkilatında aralarında xx.xx.2023-cü il tarixli, MŞB/16-02399 nömrəli Barışıq Sazişi bağlamışlar. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixində Zəngilan rayon qeydiyyat şöbəsində bağlanmış 79 №-li nikah akt qeydi pozulması, birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anaları-Ərizəçi yanında qalmaları barədə xx.xx.2023-cü il tarixli, MŞB/16-02399 nömrəli Barışıq Sazişi təsdiq edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-02399 nömrəli Barışıq Sazişi təsdiq olunsun. Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2009-cu tarixdə Zəngilan rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 79 nömrəli nikah qeydi ləğv edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anaları-Ərizəçi himayəsində saxlanılsınlar. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-731/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-731/2023
20.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver