Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-773/2025 11.02.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 35.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2015-ci il tarixindən sahibkarlıq işləri ilə əlaqədar tanış olmuşdur. 2016-cı ildə cavabdeh ondan obyektinin sənədləşmə işlərinə görə 18000 manat borc pul verməyi xahiş etmiş, o, da cavabdehin səmimiliyinə inanaraq 2016-cı ilin sentyabr-dekabr aylarında 18000 manat məbləğində borc pulu ona vermişdir. 2017-ci ilin yazında cavabdeh yenidən borc pulla bağlı ona müraciət edərəkondan əlavə olaraq 20000 manat istəmiş və bildirmişir ki, bəs Sabirabadda ferma alır, kredit götürmüş, may ayına qədər işləri düzələcək və borcunu qaytaracaqdır. 18 mart 2017-ci il tarixində o, qəbzə imza atdırmaqla cavabdehə 20000 manat pulu vermişdir. Cavabdeh həmin vaxtı qəbzdə ondan ümumilikdə 36000 manat borc almasını qeyd etmişdir. Cavabdeh pulu aldıqdan sonra uzun müddət keçməsinə baxmayaraq, o, borcu qaytarmamış, dəfələrlə cavabdehdən aldığı pulu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehin ona qarşı olan bu hərəkəti nəticəsində o, çox ağır maddi vəziyyətə düşmüş, nəticədə keçirdiyi stereslər sağlamlığına da öz ciddi təsirini göstərmiş və göstərməkdə də davam edir. Cavabdeh ondan aldığı 36.000 manat borc puldan bu günə kimi cəmi 1000 manat qaytarmış, qalan 35000 manat borc pulu isə qaytarmamışdır. Cavabdeh 1000 manatı 11 mart 2023-cü il tarixində qəbzə imza ataraq qaytarmış və faktiki olaraq ona borcu olmasını təsdiq etmişdir. Cavabdeh həmin 1000 manat pulu ortaq tanışları olan Könül Rüstəmov alaraq ona qaytarmışdır. Cavabdeh 2023-cü ildən başlayaraq, bu günə kimi qalan 35.000 manat borc puldan bir qəpikdə olsun belə qaytarmamışdır. Cavabdehin ona 35.000 manat pul borcunun olmasını yazılı olmaqla yanaşı, həm də onunla apardığı telefon danışıqları və whatsap yazışmaları zamanı özünün etirafı ilə tam sübut olunur. Hazırda cavabdeh 35000 manat məbləğində pul vəsaitini ondan alaraq və həmin pulu uzun müddət ərzində geri qaytarmamaqla ona külli miqdarda maddi və mənəvi ziyan vurmuş, buna görə həmin borcun məhkəmə qaydasında cavabdedən tutulmasını tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2015-ci il tarixindən sahibkarlıq işləri ilə əlaqədar tanış olmuş, 2016-cı ildə cavabdeh ondan obyektinin sənədləşmə işlərinə görə18000 manat borc pul verməyi xahiş etmiş, o, da cavabdehin səmimiliyinə inanaraq 2016-cı ilin sentyabr-dekabr aylarında 18000 manat məbləğində borc pulu cavabdehə vermişdir. 2017-ci ilin yazında cavabdeh ondan əlavə olaraq 20000 manat istəmişdir ki, Sabirabadda ferma alır, kredit götürüb may ayına qədər işləri düzələcək və borcunu qaytaracaqdır. 18 mart 2017-ci il tarixində o, qəbzə imza atdırmaqla cavabdehə 20000 manat pulu vermiş, həmin zaman cavabdeh qəbzdə ondan ümumilikdə 36000 manat borc almasını qeyd etmişdir. Həmin qəbzdə həmçinin iş yoldaşı Əhmədov Mirtalıbın da adı var. Faktiki olaraq pul onun olmuş, sadəcə cavabdehin məsuliyyəti çox olsun deyə ikisi də qeyd etmişlər. Lakin, uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən də ağır maddi vəziyyətə düşmüş, çünki, düşdüyü bu vəziyyət sağlamlığına da ciddi təsir etmişdir. Kirayədə yaşayır, artıq bir neçə aydır ki, kirayə pulunu da ödəyə bilmir. Əlavə olaraq qeyd edir ki, onun himayəsində mərhum qardaşının iki tələbə övladı və yeriyə bilməyən həyat yoldaşı da var. 11 mart 2023-cü il tarixində cavabdeh qəbzə imza ataraq ona olan 36000 manat borcun 1000 manatını qaytardığını qeyd edərək faktiki olaraq ona olan borcu olduğunu təsdiq etmişdir. Həmin vaxtı cavabdeh 1000 manatı ikisinində ortaq tanışları olan Rüstəmov Könüldən alaraq ona qaytarmışdı. Beləliklə cavabdeh 35000 manat məbləğində pul vəsaitini ondan alaraq uzun müddət ərzində qaytarmayaraq ona külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Hər dəfə onu müxtəlif bəhanlərlə aldadaraq pulu qaytaracağını bildirsə də indiyə kimi heç bir ödəniş etməmişdir. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş əl yazılarından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı 36.000 manat məbləğində pulu almasını, həmin puldan 1000 manatını xx.xx.2023-cü il tarixdə iddiaçıya qaytarmasını öz imzası ilə təsdiq etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 329.2.Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə 2015-ci ildə sahibkarlıq işləri ilə əlaqədar olaraq tanımışdır. Cavabdeh 2016-cı ildə obyektinin sənədləşmə işlərinə görə 18.000 manat pul lazım olmasını bildirərək iddiaçıdan qaytarmaq şərti ilə borc pul istəmiş, iddiaçı cavabdehin bu səmimiliyinə inaraq 2016-cı ilin sentyabr-dekabr aylarında cavabdehə 18.000 manat məbləğində borc pul vermişdir. Cavabdeh 2017-ci ildə Sabirabad rayonunda ferma almasını və bunun üçündə ona yenidən borc pul lazım olmasını bildirərək iddiaçıdan 20000 manat məbləğində borc pul almışdır. İddiaçı cavabdehə verdiyi pulları 2017-ci ildə ona qəbzə imza etməklə təqdim etmiş və cavabdeh həmin qəbzdə iddiaçıya 36.000 manat məbləğində borcu olmasını öz imzası ilə təsdiq etmişdir. Cavabdeh iddiaçıdan aldığı 36000 manat puldan 2023-cü ilin mart ayının 11də cəmi 1000 manat məbləğində ödəniş etmiş, qalan 35.000 manat vəsait isə bu günə kimi ödənilməmiş olaraq qalmaqdadır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə edilmiş müraciətlər nəticəsiz qalmış və cavabdeh iddiaçıya olan 35000 manat borcu qaytarmaqdan imtina etmişdir. Hazırda iddiaçı cavabdehdən 35000 manat pulun ödənilməsini tələb edir. Təqdim edilmiş əl yazılarından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı 36000 manat məbləğində pulu almasını, həmin puldan 1000 manatını xx.xx.2023-cü il tarixdə iddiaçıya qaytarmasını öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş diskdə olan səs yazmalarından da görünür ki, cavabdeh iddiaçı ilə telefon danışığında aldığı pulu qaytaracağını bildirmişdir. Bu da onu göstərir ki, cavabdehin iddiaçıya hazırda 35.000 manat borcunun olması sübuta yetir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 35.000 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 35.000 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-773/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-773/2025
11.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver