Məhkəmə qərarları › İş №2(034)-774/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-774/2021

21.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-774/2021 21.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “olüm faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X1 23.01.2012-ci il tarixdə ünvan 2-də ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, həyat yoldaşı X4 22.06.1961-ci il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. Onlar 17 may 1996-cı il tarixdə nikaha daxil olmuşlar. Həyat yoldaşı X4 23 yanvar 2012-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C Məmmədquluzadə küçəsi, ev 225-də vəfat etmişdir. Belə ki, mərhum həyat yoldaşı qara ciyər serrozundan əziyyət çəkmişdir. O, yoldaşı X2 ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona əlində əsaslı sənəd olmadığı üçün şöbədə imkanı xaricində olmasını bildirmişlər. Həyat yoldaşının vəfat etməsini şahidlər təsdiq edə bilərlər. Belə ki, həmin şahidlər yas mərasimində iştirak etmişlər. Mərhum həyat yoldaşı Köhnə Günəşli qəbirstanlığında dəfn olunmuşdur. Sonda ərizəçi həyat yoldaşının 23.01.2012-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 225-də ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmədə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, vəfat etmiş şəxs onun atasıdır. Atası qaraciyər serrozu xəstəliyindən əziyyət çəkmişdir. Həmin günü atasının vəziyyəti ağırlaşdığı üçün təcili tibbi yardım çağırmışlar, lakin təcili tibbi yardım gələnə kimi artıq atası vəfat etmişdir. X8 qəbirstanlığında dəfn etmişlər. Məhkəmə, ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və Maraqlı şəxs tərəfindən verilmiş 08.08.2018-ci il tarixli nikahın bağlanması haqqında arayışdan görünür ki, X4 ilə Ərizəçi arasında 43 nömrəli akt qeydi ilə 17 may 1996-cı il tarxli nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.03.2019-cu il tarixli arayışdan görünür ki, X4 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə 16.03.2019-cu ilədək yoxlama aparılmış və ölüm haqqında akt qeydt aşkar edilməmişdir. İş materitallarında olan məzarüstü abidənin fotoşəkilindən görünür ki, X4 22.06.1961-ci ildə anadan olmuş, 23.01.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs ərizəçiyə ünvanlanmış 05Q-95 nömrəli 30.09.2021-ci il tarixli imtina məktubundan görünür ki, ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı təqdim edilmədiyindən şöbə ölüm haqqında müvafiq qeydiyyat aparılmasından imtina etmiş və ölüm faktının müəyyən edilməsi ilə bağlı ərizəçiyə yaşadığı yerin məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və içtimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ünvan 2 ünvanında yaşamış X3 23.01.2012-ci ildə həmin ünvanda vəfat etdiyindən onun həmin ünvanda ölməsinin qeyd edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstatasılənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. X1 23.01.2012-ci il tarixdə ünvan 2 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar