Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-830/2025 08.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Abşeron 1 saylı Mediasiya Təşkilatında keçmiş həyat yoldaşı Maraqlı şəxs ilə aralarında bağlanmış MŞAB/MT041/2025-00414 saylı xx.xx.2025-ci il tarixli “Barışıq Sazişi”-nin alimentin ödənilməsi hissəsində təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan onların xx.xx.2018-ci təvəllüdlü X5 adlı bir uşaqları var. Ailə münasibətləri alınmadığı üçün aralarında olan nikahın pozulması, uşağın kimin yanında qalması və aliment tələbi iilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl ilk olaraq mediasiya təşkilatına müraciət etmiş, Abşeron 1 saylı Mediasiya Təşkilatında keçmiş həyat yoldaşı ilə aralarında barışıq sazişi bağlamışlar. Belə ki, aralarında bağlanmış MŞAB/MT041/2025-00414 saylı xx.xx.2025-ci il tarixli “Barışıq Sazişi” nə əsasən Ərizəçi bu sazişi imzaladıqdan sonra ikinci tərəf (həyat yoldaşı) Maraqlı şəxs ilə 1 saylı Bakı "Asan xidmət» mərkəzi qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə № 2059 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2018-ci təvəllüdlü X2 onun yanında (himayəsində) qalmasına, xx.xx.2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il-ci il tarixdən etibarən cavabdeh ona hər ayın 20-dən 30-dək 246 (iki yez qırx altı) manat sabit pul məbləğində alment ödəyəcəyinə, xx.xx.2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına razlaşmışlar. Bağlanmış barışıq sazişinin nikahın pozulması hissəsində məhkəməyə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan rəsmi nikah ləğv edilmişdir. Göründüyü kimi birgə nikahdan olan xx.xx.2018-ci təvəllüdlü X1 ilə bağlı aralarında olan mübahisənin barışıq sazişi imzalamaqla həll edərək, razılığa gəlsələr də, cavabdeh şəxs alimentlə bağlı üzərinə götürüdüyü öhdəliyini yerinə yetirməkdən boyun qaçırır, könüllü olaraq alimenti ödəməkdən imtina edir. Hər ay alimentin ödənilməsi ilə bağlı etdiyi müraciəti cavabsız qalır. Cavabdeh alimenti bu gün sabah ödəyəcəyini deyərək artıq 7 aya yaxındır ki, alimentlə bağlı heç bir hərəkət etmir. O, da tək qadın olaraq uşağın bütün təlabalarını ödəməkdə çətinlik çəkir. Artıq məhkəməyə müraciət etmək qərarına gəlmiş və hesab edir ki, barışıq sazişinin alimentlə bağlı hisssəsi məhkəmə qaydasında təsdiq olunmalıdır. Ərizəçi vəsatətlə məhkəməyə müraciət edərək, hazırda işi ilə bağlı Naxçıvan Muxtar Respublikasında olduğundan Bakıya gəlib getmək ona maddi cəhətdən böyük çətinlik yaradır. Ona görə də məhkəmədən həm yolun uzaq olmasını, həm də himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq, bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmə ərizəçinin vəsatətini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etməyərək, izahatında bildirmişdir ki, o, Ərizəçi ilə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2018-ci ildə X5 anadan olmuşdur. Onların nikahları xx.xx.2025-ci ildə Zəngilan Rayon Məhkəməsində ləğv edilmişdir. Ərizəçi ilə mediasiyada aralarında barışıq sazişi bağlamışlar. Xəstə olduğu üçün alimenti ödəyə bilmir. Ərizəçi işləri ilə əlaqədar hal-hazırda Naxçıvan Muxtar Respublikasındadır. Sonda maraqlı şəxs məhkəmədən ərizənin təmin olunmaması ilə bağlı qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Abşeron 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞAB/MT041/2025-00414 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişinin məzmunundan görünür ki, birinci tərəf Ərizəçi Bu Saziş imzalandıqdan sonra ikinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Sumqayıt “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə № 2059 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır, birinci tərəf Ərizəçi İkinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladı xx.xx.2018-ci il təvəllüdlü X2 (ananın) yanında (saxlanılmasına) qalmasına razıdır, birinci tərəf Ərizəçi Ürman qızı ikinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərində dünyaya gələn övladı xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona xx.xx.2025-ci il tarixdən etibarən ona hər növbəti ayın 10-dan 20-dək (ikinci tərəfə təqdim edəcəyi bank hesabına) hər ay 246 (iki yüz qırx altı) AZN aliment ödəcəyi ilə bağlı İkinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır, birinci tərəf Ərizəçi Bu Sazişi imzalandıqdan sonra ikinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır, birinci tərəf Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı adiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür” şərtləri ilə bağlamışlar. -İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətinlən görünür ki, tərəflər xx.xx.2018-ci il təvəllüdlü X2 valideyinləridirlər. -İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-408/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünüir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabındakı 2059 nömrəli nikah qeydi ləğv edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2018ci il təvəllüdlü X5 adlı bir övladları doğulmuşdur. Tərəflərin ailə münasibətləri alınmadığından ərizəçi boşanmaq qərarına gəlmiş, ilk olaraq mediasiya təşkilatına müraciət olunmuş, Abşeron 1 saylı Mediasiya Təşkilatında tərəflər arasında MŞAB/MT041/2025-00414 saylı xx.xx.2025-ci il tarixli Barışıq Sazişi bağlanmış, barışıq sazişinin şərtlərinə görə hər iki tərəf aralarında olan nikahın pozulması, birgə nikahdan olan uşağın ananın himayəsində qalması və uşağın saxlanması üçün alimentin ödənilməsi şərtləri ilə razılaşmılar. Tərəflər arasında olan nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-408/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Tərəflər arasında bağlanmış Barışıq Sazişinin şərtlərinə görə Maraqlı şəxs Ərizəçi ilə birgə nikahan olan uşağın saxlanması üçün hər ay 246 manat məbləğində aliment ödənilməsi barədə üzərinə öhdəlik götürsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında bağlanmış barışıq sazişinin alimentlə bağlı hissəsi icra olunmur və ərizəçi barışıq sazişinin məhz alimentlə bağlı hissəsinin məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etməmiş, xəstə olduğu üçün alimenti ödəyə bilməməsini əsas göstərərək, məhkəmədən ərizənin təmin olunmamasını xahiş etmişdir. -“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. -Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. -BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Abşeron 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞAB/MT041/2025- 00414 saylı xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin alimentlə bağlı hissəsi “Birinci tərəf: Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladı xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona xx.xx.2025-ci il tarixdən etibarən ona hər növbəti ayın 10-dan 20-dək (ikinci tərəfə təqdim edəcəyi bank hesabına) hər ay 246 (iki yüz qırx altı) AZN aliment ödəcəyi ilə bağlı ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır, birinci tərəf Ərizəçi Bu Sazişi imzalandıqdan sonra ikinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır”. “İkinci tərəf: Maraqlı şəxs birinci tərəf Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladı xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşıns çatanadək saxlanılması üçün ona xx.xx.2025-ci il tarixdən etibarən birinci tərəfə hər növbəti ayın 10-dan 20-dək (birinci tərəfin ona təqdim edəcəyi bank hesabına) hər ay 246 (iki yüz qırx altı) AZN aliment ödəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf:Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra birinci tərəf həyat yoldaşı Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə birinci tərəfə ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair öz üzərinə öhdəlik götürür” təsdiq edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Abşeron 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞAB/MT041/2025-00414 saylı xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin alimentlə bağlı hissəsi təsdiq edilsin. “Birinci tərəf: Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladı xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona xx.xx.2025-ci il tarixdən etibarən ona hər növbəti ayın 10-dan 20-dək (ikinci tərəfə təqdim edəcəyi bank hesabına) hər ay 246 (iki yüz qırx altı) AZN aliment ödəcəyi ilə bağlı ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf Ərizəçi Bu Sazişi imzalandıqdan sonra ikinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır”. “İkinci tərəf: Maraqlı şəxs birinci tərəf Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladı xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşıns çatanadək saxlanılması üçün ona xx.xx.2025-ci il tarixdən etibarən birinci tərəfə hər növbəti ayın 10-dan 20-dək (birinci tərəfin ona təqdim edəcəyi bank hesabına) hər ay 246 (iki yüz qırx altı) AZN aliment ödəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf:Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra birinci tərəf həyat yoldaşı Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə birinci tərəfə ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair öz üzərinə öhdəlik götürür”. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-830/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-830/2025
08.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver