Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-896/2025 23.02.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X2 xx.xx.1994-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətənamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X5 onun doğma bacısı olmuş, bacısı xx.xx.1984-cü ildə Zəngilan rayonunda anadan olmuş, o, isə burda doğulmuşdur. Məlum hadisələrlə əlaqədar olaraq ailəsi 1993-cü ildə yaşadıqları yeri tərk edərək məcburi köçkün kimi Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyatzadə 14 ünvanında məskunlaşmışlar. Ailə üzvlərinin dediyinə görə məcburi köçkün kimi bura gəldikləri vaxt onların vəziyyətləri çox pis olmuşdur. Bildiyinə görə bacısı Aliyə uşaqlıqdan şəkər xəstəliyindən əziyyət çəkmiş və o, bu xəstəlik nəticəsində xx.xx.1994-cü ildə vəfat etmişdi. Bacısını Sabunçu rayonu, Ramana qəbirstanlığında dəfn etmişlər. Ailə üzvlərinin dediyinə görə həmin vaxtı başları yas mərasiminə qarışıq olduğundan indiyə qədər bacısına ölüm haqqında şəhadətnamə alınmamışlar. Bacısına ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, şöbə tərəfindən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və bacısının ölüm akt qeydi aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, bacısı X5 xx.xx.1984-cü ildə Zəngilan rayonunda anadan olmuş, xx.xx.1994-ci ildə vəfat etmişdir. Bacısını Sabunçu rayonu, Ramana qəbirstanlığında dəfn etmişlər. Ailə üzvlərinin dediyinə görə həmin vaxtı başları yas mərasiminə qarışıq olduğundan indiyə qədər bacısına ölüm haqqında şəhadətnamə alınmamışlar. Bacısının ölüm haqqında akt qeydinin olubolmaması barədə məlumat əldə etmək üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınması mümkün olmamaşdır. Bu səbəbdən məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Valideyinləri 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhərinə gəlmişlər. Sonda ərizəçi məkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, iddianın təmin olunmasına etiraz etmədiklərini, eyni zamanda iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ərizəçi bacısının oğludur. Bacısı Gülnarın qızı 1984-cü ildə Zəngilanda anadan olmuşdur. Onlar 1993-cü ildə məcburi köçkün kimi Bakıya gəlmişlər. Bacısının qızı 1994-cü ildə Bakı şəhərində rəhmətə getmişdir. Aliyə rəhmətə gedəndə 6 nömrəli xəstəxanaya aparmış, lakin həkimlər artıq gec olmasını bildirmişlər. Uşağın heç bir xəstəliyi olmamışdır. Uşağı Sabunçu rayonu Ramana qəbirstanlığında dəfn etmişlər. Bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi qohumdur. Aliyə 1984-cü ildə Zəngilanda anadan olmuş, 1994-cü ildə Bakı şəhərində rəhmətə getmişdir. Uşağın nədən rəhmətə getdiyini bilmir. Uşağı Sabunçu rayonu Ramana qəbirstanlığında dəfn etmişlər. Bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1984-cü ildə Zəngilan rayonunda anadan olmuşdur. -İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən X4 ünvanlanmış xx.xx.2016-cı tarixli, 3-16-5/8-01/15/26 nömrəli imtina məktubunun məzmunudan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1,8,4. və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi,ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alınır. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.Göstərilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -İş materiallarında olan qəbirüstü fotoşəkildən görünür ki, X5 xx.xx.1994-cü ildə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 158.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o, cümlədən ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, mərhum X5 ərizəçinin doğma bacısı olmuş və o, xx.xx.1984-cü ildə Zəngilan rayonunda anadan olmuş, xx.xx.1994-cü ildə isə Bakı şəhərində vəfat etmişdir. Mərhum yaxınların və qohumlarının iştirakı ilə Sabunçu qəbirstanlığında dəfn edilmişdir. Ərizəçinin bildirdiyinə görə həmin vaxtı valideynlərinin başı yas mərasiminə qarışıq olduğundan vaxtında bacısınak ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Ərizəçi mərhum bacısına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin lazım olan sənədləri təqdim edə bilmədiyi üçün qeydiyyat şöbəsi ərizəçinin mərhum bacısına ölüm haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Araşdırma zamanı ərizəçi məhrum bacısının ölüm haqqında şəhadətnaməsinin ona sənədləşdirmə işlərinin aparlıması üçün lazım olmasını bildirmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, mərhum xx.xx.1984-cü il təvəllüdlü X2 xx.xx.1994-cü il tarixində Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və bu faktı təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən həmin hüquqi fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220 və 311-ci maddəlatasıni rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1984-cü il təvəllüdlü X2 xx.xx.1994-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-896/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-896/2025
23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver