Məhkəmə qərarları › İş №2(035)-118/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-118/2024

30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-118/2024 30.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ölüm faktının müəyyən olunması tələbi) X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1993-cü ildə anadan olmuş X4 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri X9 özünə məxsus QAZEL markalı yük maşınla Rusiya Federasiyasının Zaparoji vilayətinin Poloqovski rayonunda hərbi maşın olan BMP ilə toqquşaraq, avtoqəza nəticəsində 2023-cü ildə ölmüşdür. Mərhum ərinin cənazəsi Azərbaycana gətirilərək xx.xx.2023-cü il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kənd qəbirstanlığında dəfn edilmişdir. X11 ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda vərəsəlik hüququnun həyata keçirə bilməsi üçün ərinin ölümü haqqında şəhadətnaməyə zərurət yaranmışdır. Mərhum ərinin ölümü haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, şəhadətnamənin alınması mümkün olmamış, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2013-cü il tarixdə X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. X2 məxsus QAZEL markalı yük mşınla Rusiya Federasiyasının Zaparoji vilayətinin Poloqovski rayonunda hərbi maşın olan BMP ilə toqquşaraq, avtoqəza nəticəsində əri Orxan Əzizli ölmüşdür. X11 cənazəsi Azərbaycan Respublikasına gətirilərək xx.xx.2023-cü il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kənd qəbirstanlığında dəfn edilmişdir. Bu günədək X11 ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda vərəsəlik hüququnun həyata keçirilməsi üçün X11 ölümü haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Ərinin ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də hazıkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, ərizəçi doğma bacısıdır. Ərizəçinin əri X12 Federasiyasında xx.xx.2023-cü il tarixdə avtoqəza zamanı ölmüşdür. Orxan Əzizlinin cənazəsi Azərbaycan Respublikasına gətirilərək xx.xx.2023-cü il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kənd qəbirstanlığında dəfn edilmişdir. Özü də Orxan Əzizlinin dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, ərizəçi baldızıdır. Ərizəçinin əri X12 Federasiyasında xx.xx.2023-cü il tarixdə avtoqəza zamanı ölmüşdür. Orxan Əzizlinin cənazəsi Azərbaycan Respublikasına gətirilərək xx.xx.2023-cü il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kənd qəbirstanlığında dəfn edilmişdir. Özü də Orxan Əzizlinin dəfn və yas mərasimində iştirak etmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon İHB-nin Məmmədqasımlı kənd inzibati ərazi nümayəndəliyi tərəfindən xx.xx.2016-cı il tarixdə təkrar verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X1 arasında Zərdb rayon İHB-nin Məmmədqasımlı kənd inzibati ərazi nümayəndəliyində xx.xx.2013-cü il tarixdə nikah akt qeydləri kitabında 04 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Əzizli, arvada Əzizli soyadı verilmişdir. İşdə olan Zərdab rayon İHB-nin Məmmədqasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 288 saylı arayışdan görünür ki, Zərdab rayonunun Məmmədqasımlı kəndində qeydiyyatda olmuş mərhum X9 xx.xx.2023cü il tarixdə Rusiya Federasiyasının Zaparoji vilayətinin Poloqovski rayonunda vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə Zərdab rayon Məmmədqasımlı kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 554 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün tibb müəssisəsinin sənədi olmadığından ölüm faktının müəyyən edilməsi haqqında məhkəmyə müraciət edilməsi bildirilmişdir. İşdə olan X4 qəbr daşınının foto şəkilindən görünür ki, qəbr daşında “xx.xx.1993xx.xx.2023”... sözləri yazılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Aərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 307.1.maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi faktları müəyyən edir. 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi xx.xx.2013-cü il tarixdə X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ərizəçinin əri X9 özünə məxsus QAZEL markalı yük maşınla Rusiya Federasiyasının Zaparoji vilayətinin Poloqovski rayonunda hərbi maşın olan BMP ilə toqquşaraq, avtoqəza nəticəsində ölmüşdür. X11 cənazəsi Azərbaycan Respublikasına gətirilərək xx.xx.2023-cü il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kənd qəbirstanlığında dəfn edilmişdir. Bu günədək Orxan Əzizlinin ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda ərizəçi vərəsəlik hüququnun həyata keçirilməsi üçün X11 ölümü haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Ərizəçi ərinin ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin əri xx.xx.1993-cü il təvəllüdlü X4 ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmadığından onun xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Zaparoji vilayətinin Poloqovski rayonunda ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Zaparoji vilayətinin Poloqovski rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar