Məhkəmə qərarları › İş №2(035)-147/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-147/2025

19.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-147/2025 19.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi üzrə mülki işə 19 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan 3400 manat dəyərində olan qızıl-zinət əşyalarını, 3000 manat dəyərində olan inək, danalar və ya onların dəyəri, Zərdab rayon Məmmədqasımlı kəndində yerləşən cavabdehə məxsus iki mərtəbəli, altı otaqlı fərdi yaşayış evində istifadə hüququnun tanıdılmasına, iki qızları -xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 evə köçürülməsinə və mərhum həyat yoldaşı X3 məxsus çöl pay və həyətyanı torpaq sahəsini cavabdehdən alnaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesinin gedişində müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə işin icraatına xitam verilir. Həmin məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh vəfat etdiyindən İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 261.0.7, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi üzrə 2(035)-147/2025 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar