Məhkəmə qərarları › İş №2(035)-150/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-150/2024

23.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-150/2024 23.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi X2 Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ölüm faktının müəyyən olunması tələbi) X12 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək atası xx.xx.1934cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Zərdab rayonunun Məlikumudlu kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası 1934-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə intihar edərək ölmüşdür. X11 Zərdab rayonunun Məlikumudlu kəndində dəfn edilmişdir. Atasının ölməsinə dair həkim arayışı olmadığından onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Hazırda bu şəhadətnaməyə zərurət yaranmışdır. X10 ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ərizədən imtina edilmiş və məhkəməyə müracət etməsi məsləhət görülmüşdür. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, atası xx.xx.1934-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə intihar edərək özünü öldürmüş və xx.xx.2023-cü il tarixdə Zərdab rayonunun Məlikumudlu kənd qəbirstanlığında dəfn edilmişdir. X7 ölümü ilə bağlı Zərddab Rayon Prokurorluğunda araşdırma aparılmış və cinayət işinin rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin vaxt başı qarışdığı üçün atasının ölməsinə dair ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda vərəsəlik hüququnun həyata keçirə bilməsi üçün atasının ölümü haqqında şəhadətnaməsinin əldə edilməsinə zərurət yaranmışdır. Atasının ölümü haqqında şəhadətnamə alması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də hazıkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs rəisi (nümayəndəsi) X9 izahatında göstərmişdir ki, Ərizəçi Qeydiyyat şöbəsinə atası X3 barəsində ölüm haqqında qeyd yazılmasına görə ərizə ilə müraciət etmiş, Ərizəçi hüquqları izah edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün tibb müəssisəsinin sənədi olmadığından ərizəçiyə ölüm faktının müəyyən edilməsi haqqında məhkəməyə müraciət etməsini izah etmişdir. Hesab edir ki, məsələ məhkəmə qaydasında həll edilməlidir. Ona görə də ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin X11 xx.xx.2023-cü il tarixdə özünü asaraq intihar etmiş və xx.xx.2023-cü il tarixdə Zərdab rayonu Məlikumudlu kənd qəbristanlığında dəfn edilmişdir. Cəbrayıl Cəbrayılovun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin atası xx.xx.2023-cü il tarixdə intihar edərək özünü ödürmüş və xx.xx.2023-cü il tarixdə Məlikumudlu kənd qəbristanlığında dəfn edilmişdir. Özü də ərizəçinin atasıının dəfn və yas mərasimində iştirak etmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon İHB-nin Məlikumudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 182 saylı arayışdan görünür ki, Ərizəçi atası X3 xx.xx.2023-cü il tarixdə yaşadığı evdə özünü intihar etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Ərizəçi ünvanlanmış 575 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün tibb müəssisəsinin sənədi olmadığından ölüm faktının müəyyən edilməsi haqqında məhkəməyə müraciət edilməsi bildirilmişdir. İşdə olan Zərdab rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşunası Qasım Məmmədli tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Zərdab rayonu Məlikumudlu kənd sakini, X1 xx.xx.2023-cü il tarixdə özünü asaraq intihar etməsi faktına görə Zərdab rayon prokuroluğunda araşdırma aparılmış və bu faktda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan X1 qəbr daşınının foto şəkilindən görünür ki, qəbr daşında “xx.xx.1934xx.xx.2023 ”övladlarından xatirə” sözləri yazılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 307.1.maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi faktları müəyyən edir. 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi atası xx.xx.1934-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə özünü asaraq intihar etmiş və xx.xx.2023-cü il tarixdə Zərdab rayonunun Məlikumudlu kənd qəbristanlığında dəfn edilmişdir. Cəbrayıl Cəbrayılovun ölümünü təsdiq edən həkim arayışı olmadığı üçün Maraqlı şəxsndən ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Ərizəçinin vərəsəlik hüququnun həyata keçirə bilməsi üçün həmin ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Cəbrayıl Cəbrayılovun ölümü haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin atası xx.xx.1934-cü il təvəllüdlü X1 ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmadığından onun xx.xx.2023-cü il tarixdə Zərdab rayonunun Məlikumudlu kəndində ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1934-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Zərdab rayonunun Məlikumudlu kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar