Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-161/2024 27.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması və onların torpaq sahəsinin girişinə qadağa qoyulması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair) Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması və cavabdehlərin həmin torpaq sahəsinə girişlərinə qadağa qoyulması tələbi”nə dair iddiası üzrə mülki işə 27 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Bıçaqçı kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.20232-cü il qeydiyyat tarixli Çıxarışa əsasən ona və onun digər ailə üzvülərinə verilmiş 4.12 ha çöl pay torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və cavabdehlərin həmin torpaq sahəsinə girişlərinə qadağa qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Bıçaqçı kəndi ərazisindən 4.12 ha çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Torpağın Mülkiyyət Hüququna dair JN-244 KOD 90504018 nömrəli Dövlət Aktı verilmişdir. Torpaq sahəsi verildiyi vaxtdan onlar bir ailə olaraq daima verilən torpaqdan səmərəli şəkildə istifadə etməklə qonşularla mehriban yaşamışlar. Lakin, son zamanlar cavabdehlər tərəfindən ona qarşı maneələr törədilərək çöl pay torpaq sahəsində işləməsinə imkan vermirlər. O, hesab edir ki, Dövlət Aktına əsasən ona və onun digər ailə üzvülərinə aid olan torpaq sahəsi qonşuları tərəfindən zəbt edilmişdir. Cavabdehlərdən torpaq sahəsinin boşaldılmasını xahiş etsədə cavabdehlər buna məhəl qoymayaraq çıxmayacaqlarını bildirmişlər. Onların yaranmış vəziyyətlə əlaqədar aidiyyəti qurumlara müraciətləri hazırki vaxta kimi nəticəsiz olaraq qalmışdır. Ona görə də, hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlər onun həmkəndlisidir. Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Bıçaqçı kəndi ərazisindən 4.12 ha çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Torpağın Mülkiyyət Hüququna dair JN-244 KOD 90504018 nömrəli Dövlət Aktı verilmişdir. Sonra isə onların müraciəti əsasında Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.20232-cü il qeydiyyat tarixli Çıxarış almışlar. Torpaq sahəsi verildiyi vaxtdan onlar bir ailə olaraq daima səmərəli şəkildə torpaqdan istifadə etməklə qonşularla mehriban yaşamışlar. Lakin, son zamanlar cavabdehlər tərəfindən ona qarşı maneələr törədilərək verilən çöl pay torpaq sahəsində işləməsinə imkan verməmişlər. O, hesab edir ki, Dövlət Aktına əsasən ona və onun digər ailə üzvülərinə aid olan torpaq sahəsi qonşuları tərəfindən zəbt edilmişdir. Cavabdehlərdən torpaq sahəsinin boşaldılmasını xahiş etsədə cavabdehlər buna məhəl qoymayaraq çıxmayacaqlarını bildirmişlər. Onların yaranmış vəziyyətlə əlaqədar aidiyyəti qurumlara müraciətləri hazırki vaxta kimi nəticəsiz olaraq qalmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Bıçaqçı kəndi ərazisindən nə qədər çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Torpağın Mülkiyyət Hüququna dair olan Dövlət Aktı verilmişdir. Hesab edir ki, sözü gedən mübahisəli torpaq sahəsi onlara məxsusdur. Çünki, hazırda iddiaçının tələb etdiy torpaq sahəsi vaxtilə yararsız torpaq sahəsi olduğu üçün iddiaçının xahişinə əsasən başqa massivdə bələdiyyə torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Bıçaqçı kəndi ərazisindən çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Hesab edir ki, sözü gedən mübahisəli torpaq sahəsi onlara məxsusdur. Çünki, hazırda iddiaçının tələb etdiy torpaq sahəsi vaxtilə yararsız torpaq sahəsi olduğu üçün iddiaçının xahişinə əsasən başqa massivdə bələdiyyə torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında mütəxəssis qismində dəvət edilmiş X1 izahatında bildirmişdir ki, **********79 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-244 KOD 90504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə verilmiş torpaq sahəsinin (sənəd üzrə 4.12 ha, faktiki 1.09 ha) kordinatları müəyyən edilmişdir. Aparılan arşdırma zamanı məlum olmuşdur ki, Torpaqların elektron kadastrı uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) və AzCAD məlumatlar əsasında tərtib edilmiş elektron kadastr xəritəsində göstərilən JN-244 nömrəli dövlət aktı ilə iddiaçı və ailə üzvülərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 1.97 ha hissəsindən Cavabdeh2 tərəfindən zəbt (istifadə) olunduğu, 1.04 ha hissəsindən isə Cavabdeh1 tərəfindən zəbt (istifadə) olunduğu müəyyən edilmişdir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** Qeydiyyat nömrəli və xx.xx.2023-cü Çıxarışın surətindən görünür ki, hazırkı İddiaçı və onun digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Bıçaqçı kənd ərazisindən 4.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/6147 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 4.12 ha torpaq sahəsinin 1.97 ha hissəsindən Cavabdeh2 tərəfindən zəbt (istifadə) olunduğu, 1.04 ha hissəsindən isə Cavabdeh1 tərəfindən zəbt (istifadə) olunduğu müəyyən edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə iddiaçı və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Bıçaqçı kəndi ərazisindən 4.12 ha çöl pay torpaq sahəsi verilmişdir. Cavabdehlər tərəfindən həmin torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. İddiaçı dəfələrlə cavabdehlərin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından, məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyət Hüququna dair JN-244 KOD 90504018 nömrəli Dövlət Aktından və məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/6147 saylı, xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olundu ki, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Zərdab rayonu Bıçaqçı kəndi ərazisində yerləşən 4.12 ha torpaq sahəsinin 1.97 ha hissəsi və 1.04 ha hissəsi iddiaçının və ailə üzvlərinin (mülkiyyətçilərin) iradəsinə zidd olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən naturada istifadə olunur. Nəticədə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək, İddiaçı (və ailə üzvlərinə) məxsus olan hər hansı bir torpaq sahəsini zəbt etmədiyini bildirsə də, öz etirazını əsaslandıra bilməmiş və iddianın rədd edilə bilməsi üçün məhkəməyə hansı bir sübut təqdim etməmişdir. Cavabdehlər Cavabdeh1 və ƏliyevYusif Musa oğlunun iddiaya qarşı vermiş olduğu izahatı iddiaçının izahatı ilə yanaşı, məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2- 10/6147 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə tam şəkildə təkzib edilmişdir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan maddi və prosesual qanunvericilik normalarının müdəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı (və onun ailə üzvlərinin) mülkiyyətində olan sözügedən torpaq sahəsinin 4.12 ha hissəsinin iddiaçının (və onun ailə üzvlərinin) iradəsinə zidd olaraq cavabdehlər Cavabdeh1 və ƏliyevYusif Musa oğlu tərəfindən istifadə olunmasının heç bir hüquqi əsası yoxdur. Bu iddiaçının mülkiyyət hüququnun pozuntusudur. Məhkəmə hesab edir ki, iddia həm faktiki, həm də hüquqi əsasa malikdir. Ona görə də iddiaçının (və onun ailə üzvlərinin) mülkiyyət hüququnun pozuntusu aradan qaldırılmalı və bu məqsədlə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 100 manat pul cavabdehlər Cavabdeh1 və ƏliyevYusif Musa oğlundan müştərək qaydada tutularaq iddiaçıya, həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehlərdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Əliyev X2 Mülkiyyət Hüququna dair JN-244 KOD 90504018 nömrəli Dövlət Aktında göstərilən İddiaçı (və onun ailə üzvlərinə) məxsus Zərdab rayonu Bıçaqçı kəndində yerləşən 4.12 ha torpaq sahəsinin zəbt etdikləri hissəsindən çıxarılsınlar və cavabdehlərin həmin torpaq sahəsinə girişlərinə qadağa qoyulsun. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişəəsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-161/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-161/2024
27.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver