Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-163/2024 20.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ölüm faktının müəyyən olunması tələbi) X7 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək əri xx.xx.1983-cü il təvəllüdlü X1 Zərdab rayonunun Gəlmə kəndində xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri xx.xx.1983-cü il təvəllüdlü Nurali İslamovun vəziyyəti pisləşdiyindən Bakı şəhərinə həkim müayinəsindən keçirilməsi üçün aparılmış, 05.012024-cü il tarixdə rayona qayıdarkən Nuralı vəfat etmiş və Zərdab rayonunun Gəlmə kənd qəbristanlığında dəfn olunmuşdur. Ərinin ölməsinə dair həkim arayışı olmadığından onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Hazırda bu şəhadətnaməyə zərurət yaranmışdır. Belə ki, mərhum əri ilə birgə nikahlarından üç övladları var və onların saxlanılması üçün “ailə başçısını itirməyə görə pensiya” üçün müraciət etmək istəyir. Bununla əlaqədar X11 ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ərizədən imtina edilmiş və məhkəməyə müracət etməsi məsləhət görülmüşdür. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, 03..01.2004-cü il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından üç uşaqları doğulmuşdur. X11 vəziyyəti pisləşdiyindən Bakı şəhərinə həkim müayinəsindən keçirilməsi üçün aparılmış, 05.012024-cü il tarixdə rayona qayıdarkən Nuralı vəfat etmiş və Zərdab rayonunun Gəlmə kənd qəbristanlığında dəfn olunmuşdur. Ərinin ölməsinə dair həkim arayışı olmadığından onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Hazırda bu şəhadətnaməyə zərurət yaranmışdır. Belə ki, mərhum əri ilə birgə nikahlarından üç övladları var və onların saxlanılması üçün “ailə başçısını itirməyə görə pensiya” üçün müraciət etmək istəyir. Bununla əlaqədar X11 ölümü haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs rəisi (nümayəndəsi) X3 izahatında göstərmişdir ki, İslamova X4 şöbəsinə əri X5 barəsində ölüm haqqında qeyd yazılmasına görə ərizə ilə müraciət etmiş, Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün tibb müəssisəsinin sənədi olmadığından ərizəçiyə ölüm faktının müəyyən edilməsi haqqında məhkəməyə müraciət etməsini izah etmişdir. Hesab edir ki, məsələ məhkəmə qaydasında həll edilməlidir. Ona görə də ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qohum olmaqla, qonşudurlar. Ərizəçinin əri Nurlan İslamov xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Zərdab rayonu Gəlmə kənd qəbristanlığında dəfn edilmişdir. Nurlan İslamovun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi eltisidir. Ərizəçinin əri Nurlan İsmayılov onun qaynı olmuş, Nurlan xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Gəlmə kənd qəbristanlığında dəfn edilmişdir. Özü də ərizəçinin X11 dəfn və yas mərasimində iştirak etmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Glmə kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X6 arasında xx.xx.2003-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə İslamov, arvada İslamova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün tibb müəssisəsinin sənədi olmadığından ölüm faktının müəyyən edilməsi haqqında məhkəməyə müraciət edilməsi bildirilmişdir. İşdə olan Zərdab rayon İHB-nin Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Zərdab rayon Gəlmə kənd sakini X5 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Gəlmə kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan X2 qəbr daşınının foto şəkilindən görünür ki, qəbr daşında “xx.xx.1983xx.xx.2024”...Ailə üzvlərindən xatirə” sözləri yazılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Aərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 307.1.maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi faktları müəyyən edir. 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi xx.xx.1983-cü il təvəllüdlü əri X5 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Zərdab rayonunun Gəlmə kənd qəbristanlığında dəfn edilmişdir. Bu günədək Nurlan İslamovun ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda ərizəçi mərhum əri Nurlan İslamovla birgə nikahlarından doğulan üç uşaq üçün ailə başçısını itirdiyinə görə pensiya qalmaq istəyir, buna görə X11 ölümü haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Ərizəçi X11 ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin əri xx.xx.1983-cü il təvəllüdlü X2 ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmadığından onun xx.xx.2024-cü il tarixdə Zərdab rayonunun Gəlmə kəndində ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Zərdab rayonunun Gəlmə kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-163/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-163/2024
20.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver