Məhkəmə qərarları › İş №2(035)-184/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-184/2024

06.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-184/2024 06.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs oğluna qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi tələbi) X11 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək MŞŞ/1/MT018/2023-02397 saylı xx.xx.2023-cü il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Nikahlarının pozulması haqqında Zərdab Rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda qızı Rüqəyyə anasının (maraqlı şəxsin) himayəsindədir. Maraqlı şəxs ilə uşaqla görüş və ünsiyyətdə olmaq tələbinə dair mediasiya prosesindən keçmiş, bu barədə mediator X4 iştirakı ilə MŞŞ/1/MT018/2023-02397 saylı, xx.xx.2023-cü il tarixli “Barişiq sazişi” imzalamışlar. Maraqlı şəxs uşaqla görüşünə problem yaradır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Maraqlı şəxs ilə xx.xx.2021-ci il il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından bir uşaqları xx.xx.2021-ci il təvəllüdlü X5 doğulmuşdur. Məryəmlə hazırda ayrı yaşayırlar, qızı Rüqəyyə anasının (Məryəm Xanəliyevanın) yanında qalır. Hazırda Zərdab Rayon Məhkəməsinin icraatında Maraqlı şəxs ilə aralarındakı nikahın pozulmasına dair mülki iş var. Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan qızı Rüqəyyanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat məbləğində aliment, Rüqəyyanın 3 yaşına çatanadək (ananın) Maraqlı şəxs özünə görə 30 (otuz) manat, cəmi 180 manat aliment tutulması qət edilmişdir. Onlar mediasiya prosesindən keçərək aralarında mediator X7 tərəfindən təsdiq edilməklə xx.xx.2023-cü il tarixdə MŞŞ/1/MT018/2023-02397 saylı Barışıq sazişi imzalanmış, Barışıq sazişinin 1.3 bəndinə əsasən birinci tərəf (burada Ərizəçi) övladları xx.xx.2021-ci il təvəllüdlü X6 ilə həftənin istənilən günü, gecəni qalmamaq şərti il görüş və ünsiyyətə mane olmayacağı barədə ikinci tərəflə (burda Maraqlı şəxs) razılığa gəlmiş, ikinci tərəf Maraqlı şəxs övladları xx.xx.2021-ci il təvəllüdlü X6 ilə həftənin istənilən günü, gecəni qalmamaq şərti ilə birinci tərəf Ərizəçi ilə görüş və ünsiyyətinə mane olmayacağı barədə öhdəlik götürmüşdür. Həmçinin barışıq sazişinin 6-cı bəndində göstərilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin 8-ci bəndində göstərilmişdir ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən Maraqlı şəxs ilə aralarında bağlanmış MŞŞ/1/MT018/2023-02397 saylı, xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi”nin görüş və ünsiyyətlə bağlı hissədə təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul edərək izahatında göstərmişdir ki, ərizəçi ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən birgə nikahlarından olan xx.xx.2021-ci il təvəllüdlü X6 ilə həftənin istənilən günü, gecəni qalmamaq şərti ilə birinci tərəf Ərizəçi ilə görüş və ünsiyyətinə mane olmayacağı barədə öhdəlik götürmüş, hazırda da uşağın atası Ərizəçilə gecəni onunla qalmamaq şərti ilə həftənin istənilən günü görüşməsinə heç bir etirazı yoxdur. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X6 doğulmuşdur. İşdə olan hazırki Ərizəçi ilə hazırki Maraqlı şəxs arasında bağlanmış və mediator X7 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/1/MT018/2023-02397 saylı barışıq sazişindən görünür ki, sazişinin 1.3 bəndinə əsasən birinci tərəf (burada Ərizəçi) övladları xx.xx.2021-ci il təvəllüdlü X6 ilə həftənin istənilən günü, gecəni qalmamaq şərti il görüş və ünsiyyətə mane olmayacağı barədə ikinci tərəflə (burda Maraqlı şəxs) razılığa gəlmiş, ikinci tərəf Maraqlı şəxs övladları xx.xx.2021-ci il təvəllüdlü X6 ilə həftənin istənilən günü, gecəni qalmamaq şərti ilə birinci tərəf Ərizəçi ilə görüş və ünsiyyətinə mane olmayacağı barədə öhdəlik götürmüşdür. Həmin barışıq sazişinin 6-cı bəndində göstərilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin barışıq sazişinin 8-ci bəndində göstərilmişdir ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.3-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə görə valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 61.1-ci maddəsinə görə uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna və uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2-ci maddəsinə görə uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamamlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görəbu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından bir uşaqlarıxx.xx.2021-ci il təvəllüdlü X6 doğulmuşdur. Hazırda Zərdab Rayon Məhkəməsinin icraatında tərəflərin aralarındakı nikahın pozulmasına dair mülki iş var. Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən hazırki ərizəçidən xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat məbləğində aliment, Rüqəyyanın 3 yaşına çatanadək (ananın) Maraqlı şəxs özünə görə 30 (otuz) manat, cəmi 180 manat aliment tutulması qət edilmişdir. Hazırda tərəflər ayrı yaşayırlar. X1 (ananın) yanında qalır. Mediasiya prosesində tərəflər razılığa gələrək yuxarıda adıçəkilən barışıq sazişini bağlamışlar. Barışıq sazişinin 1.3 bəndinə əsasən birinci tərəf (burada Ərizəçi) övladları xx.xx.2021-ci il təvəllüdlü X6 ilə həftənin istənilən günü, gecəni qalmamaq şərti il görüş və ünsiyyətə mane olmayacağı barədə ikinci tərəflə (burda Maraqlı şəxs) razılığa gəlmiş, ikinci tərəf Maraqlı şəxs övladları xx.xx.2021-ci il təvəllüdlü X6 ilə həftənin istənilən günü, gecəni qalmamaq şərti ilə birinci tərəf Ərizəçi ilə görüş və ünsiyyətinə mane olmayacağı barədə öhdəlik götürmüşdür. Lakin, Maraqlı şəxs qanunla müəyyən olunmuş 10 gün müddətin keçməsinə baxmayaraq sazişi könüllü icra etməmişdir. Barışıq sazişi könüllü qaydada icra edilmədiyi üçün Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞŞ/1/MT018/2023-02397 nömrəli barışıq sazişininın şərtləri birbirindən ayrıla bilən şərtlər olduğundan və Maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən sözügedən barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini könüllü qaydada icra etmədiyi üçün barışıq sazişi onun öhdəliyinə dair (görüş və ünsiyyətə dair) hissədə təsdiq edilməli və Məryam Xanaliyeva maraqlı şəxs Ərizəçi gecəni qalmamaq şərti ilə övladı xx.xx.2021-ci il təvəllüdlü X6 ilə həftənin istənilən günü görüş və ünsiyyətdə olmağına mane olmamalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 355-25.3, 360-cımaddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X7 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/1/MT018/2023-02397 saylı barışıq sazişi Maraqlı şəxs Ərizəçi gecəni qalmamaq şərti ilə övladı xx.xx.2021-ci il təvəllüdlü X6 ilə həftənin istənilən günü görüş və ünsiyyətdə olmağına mane olmamasına dair hissədə təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar