Məhkəmə qərarları › İş №2(035)-256/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-256/2025

14.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-256/2025 14.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi tələbi) X8 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə bağlanmış və mediator X6 tərəfindən təsdiq olunmuş MŞŞ/MT- 018/2024-01618 nömrəli Barışıq sazişinin uşağın ananın himayəsində saxlanılması və 170 manat aliment hissəsində təsdiq olunmasını və ərizə üçün tərəfindən ödənilən 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ona verilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Maraqlı şəxs ilə birgə yaşamaları mümkünsüz hala gəlmişdir. Aralarındakı nikahın pozulması ilə bağlı müvafiq prosedurlar başladılmış və iş artıq Zərdab Rayon Məhkəməsinin icraatındadır. Maraqlı şəxsla aralarında olan xx.xx.2024-cü il tarixli MŞŞ/MT-018/2024-01618 nömrəli Barışıq Sazişin 1-ci hissəsinə görə birgə nikahdan doğulan övladları xx.xx.2021-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmasına və uşağın saxlanılması üçün Maraqlı şəxs hər ay sabit pul məbləğində 170 manat aliment ödəməsinə razılığa gəlmişlər. Hüseynov X1 şərtlərinə yalnız bir ay riayət etməklə 170 manat aliment ödəmişdir. Hazırda Maraqlı şəxs Barışıq sazişinin şərtlərini kobud şəkildə pozaraq aliment öhdəliyindən imtina edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarında bir uşaqları-xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Maraqlı şəxsla münasibətləri alınmadığından hazırda ayrı yaşayırlar. İlkin olaraq ailə mübahisəsi ilə əlaqədar mediasiya təşkilatına müraciət edilmiş, Maraqlı şəxsla mediasiya prosesindən keçərək aralarında mediator X6 tərəfindən təsdiq edilməklə xx.xx.2024-cü il tarixdə MŞŞ/MT-018/2024-01618 nömrəli Barışıq sazişi imzalanmış, Barışıq sazişinin 1-ci bəndinə əsasən birgə nikahlarından doğulan xx.xx.2021-ci il təvəllüdlü X2 özünün himayəsində saxlanılmasına və Hidayətin saxlanılması üçün Maraqlı şəxs 170 manat aliment ödəməsinə birgə razılığa gəlmişlər. Maraqlı şəxs cəmi üç ay aliment ödəmiş, lakin sonradan öhdəliyinə əməl etməkdən yayınmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərmişdir ki, Barışıq Sazişində olan öhdəliyə əməl etmişdir, alimenti ödəməkdən yayınmamışdır. Hazırda da ərizəçi ilə aralarında imzalanmış Barışıq sazişinin təsdiq edilməsinə heç bir etirazı yoxdur. Mülki işdə olan sənədlər: İşdə olan 2 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və X7 arasında xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 234 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası AA5443768 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. İşdə olan hazırki Ərizəçi ilə hazırki Maraqlı şəxs arasında bağlanmış və mediator X6 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01618 nömrəli Barışıq Sazişindən görünür ki, sazişinin 1-ci bəndinə əsasən tərəflər birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 ikinci tərəf Ərizəçi himayəsində saxlanılmasına və onun saxlanılması məqsədilə birinci tərəf Maraqlı şəxs hər ay sabit pul məbləğində 170 manat aliment ödəməsinə razılığa gəlmişlər... Həmin barışıq sazişinin 6-cı bəndində göstərilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin barışıq sazişinin 8-ci bəndində göstərilmişdir ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. İşdə olan mədaxil qəbzdən görünür ki, Ərizəçi Zərdab Rayon Məhkəməsinə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat ödəniş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 22.1-ci maddəsinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2-ci maddəsinə görə bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda uşağın kimin yanında qalması, uşağın saxlanması üçün alimentim hansı valideyindən və hansı miqdarda tutulmasını müəyyən etmək və ərarvaddan birinin tələbi ilə onların birgə mülkiyyətində olan əmlakların bölgüsünə dair məsələlər məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası MPM-nin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 34.1-ci maddəsinəəsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cümaddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından bir uşaqlarıxx.xx.2021-ci il təvəllüdlü X3 doğlumuşdur. Tərəflərərin münasibətləri alınmadığından tərəflər hazırda ayrı yaşayırlar. Tərəflər ilkin olaraq mediasiya prosesindən keçərək aralarında mediator X6 tərəfindən təsdiq edilməklə xx.xx.2024-cü il tarixdə MŞŞ/MT- 018/2024-01618 nömrəli Barışıq sazişinin 1-ci bəndinə əsasən tərəflər birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 ikinci tərəf Ərizəçi himayəsində saxlanılmasına və onun saxlanılması məqsədilə birinci tərəf Maraqlı şəxs hər ay sabit pul məbləğində 170 manat aliment ödəməsinə razılığa gəlmişlər...Həmçinin barışıq sazişinin 6-cı bəndində göstərilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin 8-ci bəndində göstərilmişdir ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Barışıq sazişi könüllü qaydada icra edilmədiyi üçün Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişininın şərtləri bir-birindən ayrıla bilən şərtlər olduğundan və Maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən sözügedən barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini könüllü qaydada icra etmədiyi üçün, həmçinin məhkəmə iclasında Maraqlı şəxs ərizəçi ilə aralarında imzalanmış Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyindən Barışıq sazişi təsdiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 355-25.3, 360-cımaddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X6 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01618 nömrəli barışıq sazişi təsdiq edilsin. (xx.xx.2021-ci il təvəllüdlü X4 Ərizəçi himayəsində saxlanılsın, Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq Ərizəçi ödənilsin.) Ərizəçi tərəfindən Zərdab Rayon Məhkəməsinə ərizə ilə müraciət etməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar