Məhkəmə qərarları › İş №2(035)-370/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-370/2024

29.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-370/2024 29.11.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər:Torpaq tələbi) Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması və cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 29 noyabr 2024-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon Aqrar İslahat Komissiyasının Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Qeydiyyat nömrəli ********** və xx.xx.2023-cü il Qeydiyyat tarixili Çıxarışa əsasən ona və onun ailə üzvlərinə verilmiş 1.7174 ha çöl pay torpaq sahəsindən Cavabdeh məcburi olaraq çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə müvafiq qurumlar tərəfindən yerindəcə ölçülər aparılmaqla 1.7174 ha çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmkıkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** Qeydiyyat nömrəli və xx.xx.2023-cü il Qeydiyyat tarixli Çıxarış verilmişdir. Torpaq sahəsi verildiyi vaxtdan bir ailə olaraq daima səmərəli şəkildə istifadə etməklə tərəfimizdən əkilib becərilmiş və torpaq keçən illər ərzində əkinə tam olaraq yararlı vəziyyətə gətirilmişdir. Lakin, rəsmi Çıxarışa əsasən ona və onun digər ailə üzvlərinə aid olan torpaq sahəsini qonşusu hazırki Cavabdeh tərəfindən zəbt edildiyi ehtimal edilmişdir. CPS-lə ölçü işləri aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişlər. CPS-lə ölçü işlərinin aparılması nəticəsində məlum olmuşdur ki, həqiqətən də, onlara məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. O, hesab edir ki, sözügedən torpaq sahəsini cavabdeh qanunsuz zəbt etmişdir. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Hal-hazırda cavabdeh onlara həmin torpaq sahəsindən istifadəsinə maneəçilik törədir. Ona görə də, iddiaçı məhkəməyə müraciət məcburiyyətində qalmışdır. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə iddiaçıya və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə müvafiq qurumlar tərəfindən yerindəcə ölçülər aparılmaqla 1.7174 ha çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** Qeydiyyat nömrəli və xx.xx.2023-cü il Qeydiyyat tarixli Çıxarış verilmişdir. Torpaq sahəsi verildiyi vaxtdan iddiaçı və onun ailə üzvüləri daima səmərəli şəkildə istifadə etməklə əkilib becərilmiş və torpaq keçən illər ərzində əkinə tam olaraq yararlı vəziyyətə gətirilmişdir. Lakin, rəsmi Çıxarışa əsasən iddiaçıya və onun digər ailə üzvlərinə aid olan torpaq sahəsini iddiaçının qonşusu hazırki Cavabdeh tərəfindən zəbt edilmişdir. CPS-lə ölçü işləri aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazinə müraciət etmişlər. CPS-lə ölçü işlərinin aparılması nəticəsində məlum olmuşdur ki, həqiqətən də, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. İddiaçı hesab edir ki, sözügedən torpaq sahəsini cavabdeh qanunsuz zəbt etmişdir. Hal-hazırda cavabdeh iddiaçıya və onun ailə üzvülərinə həmin torpaq sahəsindən istifadəsinə maneçilik törədir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisindən 2.71 ha çöl torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Lakin, ona və onun ailə üzvlərinə verimiş 2.71 ha çöl torpaq sahəsi faktiki 2.29 hektardır. Həmin torpaq sahəsində əlavə olaraq bələdiyyə torpaq sahəsidə vardır. Həmin torpaq sahəsinin iddiaçıya heç-bir aidiyyəti yoxdur. Hesab edir ki, sözü gedən mübahisəli torpaq sahəsi onlara məxsusdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında mütəxəssis qismində dəvət edilmiş X1 izahatında bildirmişdir ki, **********14 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışın verilməsinə əsasa olan JN-88 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə torpaq sahəsinin 1.7174 ha hissəsi idarənin elektron baza məlumatlarında xidməti istfadə üçün təqdim olunan Torpaqların elektron kadastrı uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) sənədi üzrə 1.72 ha, faktiki sahəsi 1.58 ha olaraq təsbit edilərək göstərilmişdir. TEKUİS məlumatlarında göstərilən sənəd üzrə 1.72 ha, faktiki sahəsi 1.58 ha olaraq göstərilən torpaq sahəsinin 0.45 ha hissəsi cavabdeh tərəfindən zəbt (istifadə) olunduğu müəyyən edilmişdir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, hazırkı İddiaçı və onun digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisindən 1.7174 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/1-10/6372 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-6/2024 nömrəli mütəxəssis rəyinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********14 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışla İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.7174 ha çöl pay torpaq sahəsi ilə bağlı kordinatlar əks olunan “Torpaq sahəsinin planı və ölçüsü sənədi” tərtib edilmədiyi üçün torpaq sahəsinin kordinatlarını müəyyən etmək mümkün olmadığı göstərilmişdir. **********14 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışın verilməsinə əsasa olan JN-88 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə torpaq sahəsinin 1.7174 ha hissəsi idarənin elektron baza məlumatlarında xidməti istfadə üçün təqdim olunan Torpaqların elektron kadastrı uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) sənədi üzrə 1.72 ha, faktiki sahəsi 1.58 ha olaraq təsbit edilərək göstərilmişdir. TEKUİS məlumatlarında göstərilən sənəd üzrə 1.72 ha, faktiki sahəsi 1.58 ha olaraq göstərilən torpaq sahəsinin 0.45 ha hissəsi cavabdeh tərəfindən istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edildiyi göstərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, kəndin kompleks yerqurluşu islahat lahiyyəsi ilə real məkan (yerdə torpaq sahələri) arasında konfiqurasiya, bucaq, sürüşmə və uyğunsuzluq olduğu üçün sözü gedən xəritəyə uyğun olaraq araşdırma aparılması mümkün olmadığı göstərilmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə mühəndis-texniki ekspertizasının dəyəri 100 manat təşkil edir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə iddiaçı və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə müvafiq qurumlar tərəfindən yerindəcə ölçülər aparılmaqla 1.7174 ha çöl pay torpaq sahəsi verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən həmin torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. İddiaçı dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının göstərdiyi dəlillər 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi ilə və məhkəmə mühəndis-tikinti ekspertizasının müvafiq ekspert rəyi ilə cavabdehin iddiaçıya məxsus 0.45 ha torpaq sahəsinin zəbt edildiyi bir daha öz təstiqini tapmışdır. Məhkəmə tərəflərin izahatlarını, məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli Çıxarışın və məhkəmə mühəndis-texniki ekspertizasının-16-16/1-10/6372 saylı, xx.xx.2024-cü il tarixli rəyinə, həmçinin işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərzəsində dövlət rüsumunu tələb etmədiyi üçün iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması və cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılma tələbi”nə dair iddia ərizəsi təmin edilsin. İddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar