Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-396/2025 21.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi tələbi) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə bağlanmış və mediator X1 tərəfindən təsdiq olunmuş MŞŞ/MT- 018/2024-00199 nömrəli barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ona müraciət edərək şəxsi məqsədləri üçün ona 10000 (on min) manat pul verməyi xahiş etmiş, buna əsasən Maraqlı şəxs 10000 manat pul vermiş və aralarında xx.xx.2025-ci il tarixdə mediator Vüsal Yusifov tərəfindən təsdiq edilərək Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 1-ci bəndinə əsasən o, (birinci tərəf) Maraqlı şəxs (ikinci tərəfə) bir ay müddətində qaytarmaq şərti ilə 10000 manat borc pul verməyə razılığa gəlmiş, 2-ci bəndinə əsasən borcun son ödənilmə tarixi xx.xx.2025-ci il müəyyən olunmuşdur. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozaraq əldə etdiyi borc pulu qaytarmaqdan imtina etmişdir. Bununla bağlı dəfələrlə maraqlı şəxsə müraciət etsə də maraqlı şəxs əsassız olaraq süründürməçiliyə yol vermiş və pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Maraqlı şəxs ondan xeyir iş üçün 10000 manat borc pul istəmiş, aralarında dostluq münasibətləri olduğundan sonuncuya 10000 manat borc pul vermiş və bununla əlaqədar aralarında xx.xx.2025-ci il tarixdə mediator Vüsal Yusifov tərəfindən təsdiq edilərək Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 1-ci bəndinə əsasən o, birinci tərəf olaraq ikinci tərəf olan Maraqlı şəxs bir ay müddətində qaytarmaq şərti ilə 10000 manat borc pul verməyə razılığa gəlmiş, həmin sazişin 2-ci bəndinə əsasən borcun son ödənilmə tarixi xx.xx.2025ci il müəyyən olunmuşdur. Lakin bu günə kimi Maraqlı şəxs hər dəfə yalan vədlər verərək, sözügedən Barışıq sazişinə əməl etməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərmişdir ki, ərizəçi ilə dostluq münasibətləri olmuş, övladına xeyir iş etmək məqsədi ilə ərizəçidən 10000 manat borc pul istmiş və ərizəçi ona 10000 manat borc pul vermişdir. Bununla əlaqədar aralarında mediasiyada Barışıq sazişi bağlanmışdır. Doğrudur hazırki günədək ərizəçiyə həmin borcu qaytarmamışdır. Belə ki, özü Mingəçevir şəhərində Yaşıllaşdırma idarəsində aqronom işləyir. Yeznəsinin Kapital bankdan götürdüyü kreditlə bağlı ona zamin durduğundan aldığı əmək haqqısı kredit borcuna görə tutulur. Ərziəçi ilə aralarında ona borclu olduğu 10000 manat borcu aldığı əmək haqqının 50%-ni ona ödəyəcəyinə razılığa gəlsələrdə, yeznəsinə zamin durduğundan və əmək haqqısı Bank tərəfindən tutulduğundan ərizəçiyə olan borcdan ödəniş edə bilmir. Ərizəçiyə borclu olduğu 10000 manatın əmək haqqısından hər ay 50 % tutulmasına etiraz etmir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş M.V 045995 nəmrəli vəsiqənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, vəsiqənin sahibi Ərizəçi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan hazırki Ərizəçi ilə hazırki Maraqlı şəxs arasında bağlanmış və mediator X1 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, MŞŞ/MT-018/2024-00199 nömrəli barışıq sazişindən görünür ki, barışıq sazişinin 1 bəndinə əsasən birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs bir ay müddətində qaytarmaq şərti ilə 10000 (on min) manat borc pul verməyə razılığa gəlmişlər. Həmin barışıq sazişinin 2 dəndinə əsasən tərəflər borcun son ödənilmə tarixi xx.xx.2025-ci il müəyyən olunmasına razılığa gəlmişlər. Həmin barışıq sazişinin 8-ci bəndində göstərilmişdir ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin barışıq sazişinin 9-cu bəndinə əsasən əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 184.2-ci maddəsinə görə hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş“mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatriadis Yunanıstana qarşı iş üzrə xx.xx.1999-cu il tarixli Qərar, n 31107/96, § 54). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanunu gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi Maraqlı şəxs ilə dostluq münasibətləri olmuş, Maraqlı şəxs övladının xeyir işi ilə əlaqədar Ərizəçi 10000 manat borc istəmiş və sonuncu Maraqlı şəxs 10000 manat borc vermişdir. Bununla əlaqədar tərəflərin arasında xx.xx.2025-ci il tarixdə mediator Vüsal Yusifov tərəfindən təsdiq edilərək Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 1-ci bəndinə əsasən Ərizəçi birinci tərəf olaraq ikinci tərəf olan Maraqlı şəxs bir ay müddətində qaytarmaq şərti ilə 10000 manat borc pul verməyə razılığa gəlmiş, həmin sazişin 2-ci bəndinə əsasən borcun son ödənilmə tarixi xx.xx.2025ci il müəyyən olunmuşdur. Lakin bu günə kimi Maraqlı şəxs sözügedən Barışıq sazişinə əməl etməmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs məhkəmə iclasında ərizəçiyə 10000 manat borclu olduğunu etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞŞ/MT-018/2024-00199 nömrəli barışıq sazişininın şərtləri birbirindən ayrıla bilən şərtlər olduğundan və Maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən sözügedən barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini könüllü qaydada icra etmədiyi üçün barışıq sazişi təsdiq edilməli və Maraqlı şəxs borca görə 10000 (on min) manat məbləğində pul tutularaq Ərizəçi verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 355-25.3, 360-cımaddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış və mediator X1 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, MŞŞ/MT-018/2024-00199 nömrəli “Barışıq Sazişi” təsdiq edilsin. Maraqlı şəxs borca görə 10000 (on min) manat məbləğində pul tutularaq Ərizəçi verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-396/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-396/2025
21.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver