Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-414/2023 08.12.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlak tələbi, həmçinin birgə nikah dövründə əldə olumuş əmlak və kreditin bərabər hissələrə bölünməsi tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Əmlak tələbi, həmçinin birgə nikah dövründə əldə olumuş əmlak və kreditin bərabər hissələrə bölünməsi tələbi) X4 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddaçı İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məmmədzaə Jalə Abdulhüseyn qızının Cavabdeh qarşı “əmlak tələbi, həmçinin birgə nikah dövründə əldə olumuş əmlak və kreditin bərabər hissələrə bölünməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 08 dekabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi tələbi ilə məhkəməyə müraciət edərək ona məxsus 1 ədəd mətbəx mebeli, 1 ədəd soyuducu, 1 ədəd vedrə və 1 ədəd qulplu tava cavabdehdən alınaraq ona qaytarılmasını, ünvan 1 ünvanda yerləşən 0,036 ha torpaq sahəsi tərəflər arasında ½ hissə ilə bərabər şəkildə bölünməsinə, bu mümkün olmadıqda həmin torpaq sahədəsində yarımçıq tikililərə xərclədiyi 10.000 manat pulun alınmasına və "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR4614639A146 saylı kredit müqaviləsinə əsasən aralarında olan nikahları pozulduqdan sonra qalıq qalmış 5127.09 manat məbləğində borcun Cavabdeh aralarında bərabər hissələrə bölünməsinə, onun tərəfindən dövlət mədaxilinə ödənilmiş 136 manat dövlət rüsumu Cavabdeh tutularaq mənə ödənilsinə dair qətnamə qəbul edəsiniz. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından bir uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdeh ailəyə lazımi qayğı göstərməmiş, ailədə mütamadi olaraq heç bir əsaslı səbəb olmadan söz-söhbət salmış, ailənin maddi tələbatının qarşılanmasında iştirak etməmişdir. Tərəflərin nikahları 10.4.2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin 2(035)-210/2023 saylı qətnaməsinə əsasən pozulmuş və həmin vaxtdan ayrılıqda yaşayırlar. Hazırda o, uşaqla birlikdə ata evində qalır. Nikahları pozulduqdan sonra bir sıra cehiz və toy hədiyyələri olaraq mətbəx mebeli, soyuducu, vedrə və qulplu tava cavabdehdə qalmışdır. Cavabdeh həmin əmlakları könüllü qaytarmaqdan imtina edir. Cavabdehlə birgə nikah müdətində ünvan 1 ünvanda 0,036 ha torpaq sahəsini satın alaraq 3600 manat məbləğində pul ödəmişdır. Onlar həmin torpaq sahəsində 10.000 manat xərc çəkərək tikintisi yarımçıq qalmış ev tikmişlər. Cavabdeh işləmədiyindən, müvəqqəti iş yerlərindən qazandığı gəlirləri də öz ev işləri üçün xərclədiyindən torpağın alınmasına və tikinti işlərinin aparılmasına heç bir xərc çəkməmişdir. Odur ki, o, bu məqsədlə banklardan dəfələrlə kredit götürməyə məcbur olmuşdur. Onların müraciətləri əsasında "xxxx" ASC tərəfindən iddiaçı Məmmədzaə Jalə Abdulhüseyn qızına kredit verilmişdir. Tərəflər arasında nikahları pozulduqdan sonra onların xx.xx.2023-cü il tarixinə "xxxx"ASC-nə 5 127.09 manat kredit borcu qalmışdir. Tərəflər birgə nikah dövründə əldə olunmuş krediti birgə məqsədlər üçün xərcləməli olsada lakin, cavabdeh bu pulu öz şəxsi mənafeyi üçün istifadə etmişdir. Tərəflər arasında olan nikah pozulduqdan sonra cavabdeh kredit ödənişlərinin edilməsində heç bir köməklik etməmişdir. Odur ki, iddiaçı hazırda iddia ilə məhkəməyə müraciət edərək cehiz əşyalarının ona qaytarılmasına və birgə nikah dövründə əldə olumuş əmlakın və kreditin bərabər hissələrə bölünməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Məmmədzaə Jalə Abdulhüseyn qızı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, onlar xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından bir uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdeh ailəyə lazımi qayğı göstərməmiş, ailədə mütamadi olaraq heç bir əsaslı səbəb olmadan söz-söhbət salmış, ailənin maddi tələbatının qarşılanmasında iştirak etməmişdir. Nikahları 10.4.2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin 2(035)-210/2023 saylı qətnaməsinə əsasən pozulmuş və həmin vaxtdan cavabdehlə ayrılıqda yaşayırlar. Hazırda özü uşaqla birlikdə ata evində qalır. Nikahları pozulduqdan sonra bir sıra cehiz və toy hədiyyələri olaraq mətbəx mebeli, soyuducu, vedrə və qulplu tava cavabdehdə qalmışdır ki, cavabdeh həmin əmlakları könüllü qaytarmaqdan imtina edir. Cavabdehlə birgə nikah müddətində ünvan 1 ünvanda 0,036 ha torpaq sahəsini satın alaraq 3600 manat məbləğində pul ödəmişdır. Həmin sahədə 10.000 manat xərc çəkərək tikintisi yarımçıq qalmış ev tikmişlər. Cavabdeh işləmədiyindən, müvəqqəti iş yerlərindən qazandığı gəlirləri də öz ev işləri üçün xərclədiyindən torpağın alınmasına və tikinti işlərinin aparılmasına heç bir xərc çəkməmişdir. Odur ki, o, banklardan dəfələrlə kredit götürməyə məcbur olmuşdur. Belə ki, onlar birgə nikahda olan zaman ailə işlərinin görülməsi üçün cavabdehlə məsləhətləşərək "xxxx" ASC-dən kredit götürmək üçün müraciət etmişlər və onların müraciətləri əsasında "xxxx" ASC tərəfindən onun adına kredit verilmiş və nikah pozulduqdan sonra onların "xxxx"ASC-nə 5 127.09 manat kredit borcu yaranmışdir. Odur ki, o, iddia ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə olumuş kreditin bərabər hissələrə bölünməsini xahiş etmişdir. Ona görə də, hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, tərəflər xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından bir uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Lakin, tərəflərin nikahları 10.4.2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin 2(035)- 210/2023 saylı qətnanəsinə əsasən pozulmuş və həmin vaxtan tərəflər ayrılıqda yaşayırlar. Tərəflər birgə nikah müddətində ünvan 1 ünvanda 0,036 ha torpaq sahəsini satın alaraq 3600 manat pul ödəmiş və birgə nikah dövründə tərəflərin müraciətləri əsasında "xxxx" ASC-dən iddiaçının adına kredit götürmüşlər. Lakin, yarımçıq qalmış tikililəri üçün çəkilmiş 10.000 manat xərcin cavabdeh tərəfindən tələb edilməsi hesab edir ki, əsassızıdır. Çünki, sözügedən tikililərin inşasında cavabdehində xərcləri olmuş və cavabdehdə də, birgə hikah dövründə faktiki olaraq fərdi əməklə məşğul olaraq qazanc əldə etmişdir. Bundan başqa hesab edir ki, yarımçıq tikililərin dəyəri mütəxəssis tərəfindən qiymətləndirilmədiyi üçün iddia həmin hissədə təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşdə olan 2 (035)-210/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı Məmmədzaə Jalə Abdulhüseyn qızı ilə Cavabdeh arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 171 № ilə qeyd edilmiş nikahları pozulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, GTKR4614639A146 saylı kredir müqaviləsinin Ödəniş qrafikinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixinə Məmmədzaə Jalə Abdulhüseyn qızının "xxxx" ASC-yə borcu 5127.09 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinin Zərdab Rayon Məhkəməsinə ünanlanmış arxiv məlumatların verilməsinə dair xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-4133/2023 saylı məktubundan görünür ki, Zərdab şəhəri, B.Allahverdiyev küçəsi-21A ünvanında yerləşən 0,036 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığı bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 136 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. 32.2.2-maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 41.2-maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin Nikahları 10.4.2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin 2(035)-210/2023 saylı qətnanəsinə əsasən pozulmuş və həmin vaxtdan tərəflər ayrılıqda yaşayırlar. Hazırda iddaçı uşaqla birlikdə ata evində qalır. Nikahları pozulduqdan sonra iddiaçının bir sıra əmlakları, cehiz əşyaları cavabdehdə qalmış və cavabdeh həmin əmlakları könüllü qaytarmaqdan imtina etmişdir. Tərəflər birgə nikah müddətində Zərdab şəhəri, B.Allahverdiyev küçəsi-21A ünvanda 0,036 ha torpaq sahəsini satın alaraq 3600 manat pul ödəmişlər. Tərəflər birgə nikahda olan zaman ailə işlərinin görülməsi üçün məsləhətləşərək "xxxx" ASC-dən kredit götürmək üçün müraciət etmişlər. Onların müraciətləri əsasında "xxxx" ASC tərəfindən İddiaçı adına kredit verilmiş və tərəflər arasında nikahları pozulduqdan sonra iddiaçının xx.xx.2023-cü il tarixinə "xxxx"ASC-nə 5 127.09 manat kredit borcu yaranmışdir. Tərəflər arasında olan nikah pozulduqdan sonra cavabdeh kredit ödənişlərinin edilməsində iddiaçıya heç bir köməklik etməmişdir. Tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, tərəflərin izahatlarına, qanunvericilik normalarına və işdə olan yuxarıda adı çəkilən yazılı sübutlara qarşılıqlı şəkildə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia cehiz əşyaları olaraq 1 ədəd mətbəx mebeli, 1 ədəd soyuducu, 1 ədəd vedrə və 1 ədəd qulplu tavanın alınaraq iddiaçıya verilməsinə, Zərdab şəhəri, B.Allahverdiyev küçəsi-21A ünvanda yerləşən 0,036 ha torpaq sahəsinin tərəflər arasında ½ hissə ilə bərabər şəkildə bölünməsinə və iddiaçının Kapital Bank” ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR4614639A146 saylı kredit müqaviləsinə əsasən nikah pozulduqdan sonra qalıq qalmış 5127.09 manat məbləğində borcun tərəflər arasında bərabər hissələrə bölünməsi hissəsində təmin edilməlidir. İddiaçı cavabdehlə birgə nikah dövründə Zərdab şəhəri, B.Allahverdiyev küçəsi-21A ünvanda 0,036 ha torpaq sahəsinə 3600 manat pul ödəməklə satın alaraq həmin torpaq sahəsində tikintisi yarımçıq qalmış tiklilər üçün 10000 manat pulun alınıb ona verilməsini, həqiqətən qaynanasının istifadəsində olan telefonun ona məxsus olmasını bildirsədə, məhkəmə iclasında iddiaçı Məmmədzaə Jalə Abdulhüseyn qızı izahat verməkdən savayı tikintiyə çəkilmiş xərclə bağlı iddianı əsaslandıra biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş 136 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus 1 ədəd mətbəx mebeli, 1 ədəd soyuducu, 1 ədəd vedrə və 1 ədəd qulplu tava Cavabdeh natura şəklində alınaraq İddiaçı qaytarılsın. Zərdab şəhəri, B.Allahverdiyev küçəsi-21A ünvanda yerləşən 0,036 ha torpaq sahəsi tərəflər arasında ½ hissə ilə bərabər şəkildə bölünsün. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR4614639A146 saylı kredit müqaviləsinə əsasən tərəflərin nikahları pozulduqdan sonra qalıq qalmış 5127.09 manat məbləğində borc İddiaçı ilə Cavabdeh arasında bərabər hissələrə bölünsün. İddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş 136 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-414/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-414/2023
08.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver