Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-425/2024 19.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 ilə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması və cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılması tələbinə dair” iddiası üzrə mülki işə 19 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu, Qoşaoba kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət və Reyestrindən verilmiş ********** Qeydiyyat nömrəli və xx.xx.2023-cü il Qeydiyyat tarixli Çıxarışa əsasən ona və onun digər ailə üzvlərinə verilmiş 2.85 ha çöl pay torpaq sahəsindən Cavabdeh məcburi olaraq çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli teleqram göndərərk iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlər əsasında hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından xx.xx.2024cü il tarixli, ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq ilkin iddia ərizəsi ilə müracət etmiş X1 qaytarılmalıdır. İddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması və cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq X1 qaytarılsın. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-425/2024
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-425/2024
19.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver