Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-426/2024 21.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ölüm faktının müəyyən olunması tələbi) X11 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək əri xx.xx.1942-ci ildə anadan olmuş X2 xx.xx.2015-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o,X3 ilə xx.xx.1970-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, əri Əlövsəd İsgəndərov xx.xx.2015-ci il tarixdə Krım vilayətində vəfat etmişdir. Onun cənazəsi Azərbaycan Respublikasına gətirilərək xx.xx.2015-ci il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kənd qəbirstanlığında dəfn edilmişdir. Bu günədək əri Əlövsət İsgəndərovun ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda vərəsəlik hüququnun həyata keçirilməsi üçün Əlövsət İsgəndərovun ölümü haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Ərinin ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Ona görə də hazıkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, X3 ilə xx.xx.1970-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, əri Əlövsəd İsgəndərov xx.xx.2015-ci il tarixdə Krım vilayətində vəfat etmişdir. Onun cənazəsi Azərbaycan Respublikasına gətirilərək xx.xx.2015-ci il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kənd qəbirstanlığında dəfn edilmişdir. Bu günədək əri Əlövsəd İsgəndərovun ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda vərəsəlik hüququnun həyata keçirilməsi üçün Əlövsəd İsgəndərovun ölümü haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Ərinin ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də hazıkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli və qonşudurlar. Ərizəçinin əri Əlövsət İsgəndərov 2015-ci ilin iyun ayında Krım vilayətində ölmüşdür. Əlövsəd İsgəndərovun cənazəsi Azərbaycan Respublikasına gətirilərək xx.xx.2015-ci il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kənd qəbirstanlığında dəfn edilmişdir. Özü də Əlövsəd İsgəndərovun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, ərizəçi qaynanasıdır. Ərizəçinin əri Əlövsəd İsgəndərov xx.xx.2015-ci il tarixdə Krım vilayətində vəfat etmiş, onun cənazəsi Azərbaycan Respublikasına gətirilərək xx.xx.2015-ci il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kənd qəbirstanlığında dəfn edilmişdir. Özü də qaynatası Əlövsət İsgəndərovun dəfn və yas mərasimində iştirak etmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş nikah haqqında çıxarışdan görünür ki, X7 ilə X4 arasında Zərdb rayon İHB-nin Məmmədqasımlı kənd icra nümayəndəliyində xx.xx.1970-ci il tarixdə nikah akt qeydləri kitabında 16 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə İsgəndərov, arvada İsgəndərova soyadı verilmişdir. İşdə olan Zərdab rayon İHB-nin Məmmədqasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 58 saylı arayışdan görünür ki, Zərdab rayonunun Məmmədqasımlı kənd sakini mrhum X7 xx.xx.2015-ci ildə Krım vilayətində vəfat etmiş, xx.xx.2015-ci ildə Məmmədqasımlı kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 100 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün tibb müəssisəsinin sənədi olmadığından ölüm faktının müəyyən edilməsi haqqında məhkəmyə müraciət edilməsi bildirilmişdir. İşdə olan X2 qəbr daşının foto şəkilindən görünür ki, qəbr daşında “25.İX.1942- 2015.11.Vİ”... sözləri yazılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Aərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 307.1.maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi faktları müəyyən edir. 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi xx.xx.1970-ci ildə X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ərizəçinin əri X7 xx.xx.2015-ci il tarixdə Krım vilayətində vəfat etmişdir. Onun cənazəsi Azərbaycan Respublikasına gətirilərək xx.xx.2015-ci il tarixdə Zərdab rayonunun Məmmədqasımlı kənd qəbirstanlığında dəfn edilmişdir. Bu günədək Əlövsəd İsgəndərovun ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda ərizəçi vərəsəlik hüququnun həyata keçirilməsi üçün əri Əlövsəd İsgəndərovun ölümü haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Ərizəçi ərinin ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin əri xx.xx.1942-ci il təvəllüdlü X2 ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmadığından onun xx.xx.2015-ci il tarixdə Krım vilayətində ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü X5 xx.xx.2015-ci il tarixdə Krım vilayətində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-426/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-426/2024
21.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver