Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-466/2023 04.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ölüm faktının müəyyən olunması tələbi) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu xx.xx.2022-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən həkim müayinəsindən gələrkən Hacıqabul şəhərinin ərazisində yolda avtomobildə gələrkən vəfat etmiş və Zərdab rayonunun Yuxarı Seyidlər kənd qəbirstanlığında dəfn edilmişdir. Üzürlü səbəblərdən oğlunun ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Mərhum oğlu X3 adı hal hazıra kimi Yuxarı Seyidlər kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında və sənədlərində qeyd olunmuşdur. Ona görə də oğlu Əli Xəlilovun ölməsinə dair ölüm haqqında şəhadətnaməyə zərurət yaranmışdır. Əlinin ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onun ölümün təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Qanuni nümayəndə ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, ərizəçinin oğlu xx.xx.2022-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən həkim müayinəsindən gələrkən Hacıqabul şəhərinin ərazisində yolda avtomobildə gələrkən vəfat etmiş və Zərdab rayonunun Yuxarı Seyidlər kənd qəbirstanlığında dəfn edilmişdir. Üzürlü səbəblərdən ərizəçinin oğlu Əli Xəlilovun ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Ərizəçinin oğlu X3 adı hal hazıra kimi Yuxarı Seyidlər kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında və sənədlərində qeyd olunmuşdur. Ona görə də Əli Xəlilovun ölməsinə dair ölüm haqqında şəhadətnaməyə zərurət yaranmışdır. Əlinin ölümü haqqında şəhadətnamənin alınması üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin onun ölümün təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, Zərdab rayon İHB-nin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Ərizəçi Yuxarı Seyidlər kənd sakinidir. Ərizəçinin oğlu xx.xx.2022-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, mərhum Əli Xəlilovun adı hazırki günədək Yuxarı Seyidlər kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkənlidirlər. Ərizəçinin xx.xx.2022-ci il təvəllüdlü oğlu X7 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Yuxarı Seyidlər kənd qəbirstanlığında dəfn edilmişdir. Mülki işdə olan sənədlər: İşdə olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X1 ilə X2 arasında xx.xx.2020-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 244 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 təvəllüdlü xx.xx.2022-ci il, ata qrafasında atası kimi X1, ana qrafasında anası kimi Ərizəçi yazılmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 311 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün tibb müəssisəsinin sənədi olmadığından ölüm faktının müəyyən edilməsi haqqında məhkəmyə müraciət edilməsi bildirilmişdir. İşdə olan X3 qəbr daşınının foto şəkilindən görünür ki, qəbr daşında “xx.xx.2022. xx.xx.2023” sözləri yazılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1.maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi faktları müəyyən edir. 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçinin oğlu xx.xx.2022-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən həkim müayinəsindən gələrkən Hacıqabul şəhərinin ərazisində yolda avtomobildə gələrkən vəfat etmiş və Zərdab rayonunun Yuxarı Seyidlər kənd qəbirstanlığında dəfn edilmişdir. Üzürlü səbəblərdən ərizəçinin oğlu Əli Xəlilovun ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Ərizəçinin oğlu X3 adı hal hazıra kimi Yuxarı Seyidlər kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında və sənədlərində qeyd olunmuşdur. Ona görə də Əli Xəlilovun ölməsinə dair ölüm haqqında şəhadətnaməyə zərurət yaranmışdır. Əlinin ölümü haqqında şəhadətnamənin alınması üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin onun ölümün təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin övladı xx.xx.2022-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə ölməsini təsdiq edən sənədi - ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün deyildir. Ona görə də xx.xx.2022-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Zərdab rayonunun Yuxarı Seyidlər kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-466/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-466/2023
04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver