Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-5/2024 07.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Elburus oğluna qarşı torpaq sahəsindən çıxarılma və pul tələbinə dair mülki iş üzrə (Açar sözlər:Torpaq sahəsindən çıxarılma və pul tələbi) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Elburus oğluna qarşı “torpaq sahəsindən çıxarılma və pul tələbi”nə dair iddia ərizələri üzrə mülki işə 07 iyun 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Elburus oğlu və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon Aqrar İslahat Komissiyasının 25 mart 1999-cu il tarixli 04 saylı Qərarı ilə ona və digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Körpükən kənd ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 4.40 ha çöl pay torpaq sahəsinin 1.43 ha hissəsindən cavabdehlərin məcburi olaraq çıxarılması və ona yaranmış maneəyə görə 2000 manat pulun cavabdehlərdən tutularaq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 25 mart 1999-cu il tarixli 04 saylı Qərarı ilə ona və digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Körpükənd kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 4.40 ha çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində taxıl, arpa və yonca əkməklə bol məhsul götürmüşdür. Cavabdehlər Cavabdeh2 Elburus oğlu və Cavabdeh1 01 ildir ki, həmin torpaq sahəsinin 1.43 ha hissəsini zəbt etmişdir. Belə ki, onun pay torpaq sahəsi cavabdehlərin pay torpaq səhəsi ilə qonşuluqda yerləşir. Dəfələrlə cavabdehlərin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət emişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh2 Elburus oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı etiraz və ya mülahizələrini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 25 mart 1999-cu il tarixli 04 saylı Qərarı ilə ona və digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Körpükənd kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 4.40 ha çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində taxıl, arpa və yonca əkməklə bol məhsul götürmüşdür. Cavabdehlər Cavabdeh2 Elburus oğlu və Cavabdeh1 01 ildir ki, həmin torpaq sahəsinin 1.43 ha hissəsini zəbt etmişdir. Belə ki, onun pay torpaq sahəsi cavabdehlərin pay torpaq səhəsi ilə qonşuluqda yerləşir. Dəfələrlə cavabdehlərin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, onun istifadəsində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsi qonşudur. Hesab edir ki, onun istifadəsində olan torpaq sahəsi mülkiyyətində olmaqla heç-bir torpaq sahəsi zəbt edilməmişdir. Odur ki, tələbi əsassız və qanunsuz olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında mütəxəssis qismində dəvət edilmiş X1 izahatında bildirmişdir ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 4.4 ha torpaq sahəsinin 2.52 ha hissəsi Cavabdeh1 faktiki istifadə etdiyini bildirdiyi 2.82 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirərərk, cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsinin zəbt olunmadığını qeyd edir. Mülki işdə olan sənədlər: İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-0096 KOD 90500028 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 25 mart 1999-cu il tarixli 04 saylı qərarı ilə hazırkı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Körpükənd kəndi ərazisindən 4.40 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/2352 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 4.4 ha torpaq sahəsinin 2.52 ha hissəsi Cavabdeh1 faktiki istifadə etdiyini bildirdiyi 2.82 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyini və Cavabdeh1 faktiki istifadə etdiyini bildirdiyi 2.82 ha torpaq sahəsi arasında uyğunsuzluq, konfiqurasiya və bucaq fərqləri möcud olduğu üçün islahat lahiyəsinə uyğun araşdırma aparmaq mümkün olmadığı müəyyən olunmuşdur. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 04 saylı qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Körpükənd kəndi ərazisində 4.40 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-0096 Kod 90500028 olan Dövlət Aktı verilmişdir. İddiaçı hesab edir ki, cavabdehlər tərəfindən onun torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə iclasında iddiaçının göstərdiyi dəlillər 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi ilə və məhkəmə tikinti ekspertizasının müvafiq ekspert rəyi ilə təkzib edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, məhkəmə iclasında tədqiq edilən Torpağa Mülkiyyət Hüququna dair JN-0096 Kod 90500028 nömrəli Dövlət Aktına və məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/2352 saylı, xx.xx.2024-cü il tarixli rəyinə, həmçinin işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı iddianın əsaslı və qanuni olmasını məhkəmə iclasında sübüta yetirə bilməmiş və iddianın təmin edilməsi üçün məhkəməyə hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, habelə iddia məbləği 1000 manatdan çox olduğu üçün həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 40 manat dövlət rüsumu dövlət hesabına aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən İddiaçı tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Elburus oğluna qarşı “torpaq sahəsindən çıxarılma və pul tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan dövlət rüsumuna görə 40 manat pul dövlət hesabına aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-5/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-5/2024
07.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver