Məhkəmə qərarları › İş №2(035)-500/2023

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-500/2023

24.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-500/2023 24.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin baxılmamış saxlanması barədə) Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı, Cavabdeh və onun nümayəndəsi-Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 24 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus cehiz və qızıl-zinət əşyalarının Cavabdeh alınaraq ona verilməsi haqqında qətnamə çıxarımasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nın 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nın 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nın 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyi üçün iddia ərizəsi Azərbaycan Respublikası MPM-nın 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı, Azərbaycan Respublikası MPM-nın 114.1.5-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən dövlət rüsumu olaraq ödənilmiş 50 manat məbləğində pul tam olaraq İddiaçı qaytarılmalı, həmçinin iddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilmələdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən dövlət rüsumu olaraq ödənilmiş 50 manat məbləğində pul tam olaraq İddiaçı qaytarılsın. İddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar