Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-535/2023 20.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ölüm faktının müəyyən olunması tələbi) X14 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1957-ci il tarixdə Lənkəran rayonunun Darquba kəndində anadan olmuş və 28 aprel 2020-ci il tarixdə Lənkəran rayonunun Darquba kəndində vəfat etmiş həyat yoldaşı X2 ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əslən Lənkəran rayonunun Darquba kəndindən olan X3 ilə xx.xx.1984-cü ildə ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. X12 Zərdab şəhərində qeydiyyatda olmuş, uzun sürən onkoloji xəstəlikdən sonra xx.xx.2020-ci il tarixdə Lənkaran rayonunun Darquba kəndində vəfat etmiş və Darquba kənd qəbristanlığında dəfn edilmişdir. X9 ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Çünki həmin şəhadətnamə ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiqləndikdə verilir. Bu barədə Maraqlı şəxs 01 avqust 2023-cü il tarixli, 348 nömrəli məktubunda qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.1984-cü il tarixdə X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Belə ki, Hüseynağa Fərzullayev əslən Lənkaran rayonunun Darquba kəndindən olmuş, təyinatla ünvan 1 ünvana qeydiyyata düşmüşdür. X8koloji xəstəlikdən əziyyət çəkmiş, xx.xx.2020-ci il tarixdə Lənkəran rayonunun Darquba kəndində vəfat etmiş və Darquba kənd qəbristanlığında dəfn edilmişdir. Bu günədək X9 ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda vərəsəlik hüququnun həyata keçirilməsi üçün X9 ölümü haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Ərinin ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də hazıkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, ərizəçinin mərhum əri X3 ilə birlikdə X18 İnkişaf Mərkəzində işləmişdir. X5 rayonunun Darquba kəndində vəfat etmiş və Darquba kənd qəbristanlığında dəfn edilsə də, ərizəçi mərhumun arvadı kimi ona yas mərasimi keçirmiş, o da Hüseynağa Fərzullayevin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində göstərmişdir ki, ərizəçinin mərhum əri X1 Dövlət Aqrar İnkişaf Mərkəzində işləmişdir. Özü həmin mərkəzdə mühafizəçi kimi işləmişdir. Hüseynağa Fərzullayev ərizəçinin əri olmuşdur. Ərizəçinin əri X4 rayonunun Darquba kəndində vəfat etməsi və Darquba kənd qəbristanlığında dəfn edilməsi barədə məlumatı olmuşdur. Ərizəçi mərhumun arvadı kimi ona yas mərasimi keçirmiş, o da Hüseynağa Fərzullayevin yas mərasimində iştirak etmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Lənkaran şəhər “Nikah evi” tərəfindən xx.xx.1984-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 ilə X11 arasında Lənkaran şəhər “Nikah evi”ndə xx.xx.1984-cü il tarixdə nikah akt qeydləri kitabında 02 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Fərzullayev, arvada Fərzullayeva soyadı verilmişdir. İşdə olan Zərdab rayon İcra Hakimiyyəti Zərdab şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zərdab şəhəri Azərbaycan küçəsi 7 saylı yaşayış evinin 10-cu mənzilində pasport qeydiyyatında olan X3 xx.xx.2020ci il tarixdə Lənkaran rayonunun Darquba kəndində vəfat etmişdir. Əsas Təcili və X10 Şöbəsinin 28.04.202-ci il tarixli xəbərdarlıq vərəqi göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 348 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün tibb müəssisəsinin sənədi olmadığından ölüm faktının müəyyən edilməsi haqqında məhkəmyə müraciət edilməsi bildirilmişdir. İşdə olan X2 qəbr daşınının foto şəkilindən görünür ki, qəbr daşında “xx.xx.1957- 2020.28.İV” sözləri yazılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Aərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 307.1.maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi faktları müəyyən edir. 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki,Ərizəçi xx.xx.1984-cü il tarixdə X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ərizəçinin X12 əslən Lənkəran rayonunun Darquba kəndindən olmuş, təyinatla ünvan 1 ünvana qeydiyyata düşmüşdür. Hüseynağa Fərzullayev onkoloji xəstəlikdən əziyyət çəkmiş, xx.xx.2020-ci il tarixdə Lənkəran rayonunun Darquba kəndində vəfat etmiş və Darquba kənd qəbristanlığında dəfn edilmişdir. Bu günədək Hüseynağa Fərzullayevin ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda ərizəçi vərəsəlik hüququnun həyata keçirilməsi üçün X9 ölümü haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Ərizəçi ərinin ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin əri xx.xx.1957-ci il təvəllüdlü X2 ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmadığından onun xx.xx.2020-ci il tarixdə Lənkəran rayonunun Darquba kəndində ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Lənkəran rayonunun Darquba kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-535/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-535/2023
20.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver