Məhkəmə qərarları › İş №2(035)-600/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-600/2024

26.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-600/2024 26.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ölüm faktının müəyyən olunması tələbi) X9 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək əri 1939-cu ildə doğulmuş X2 Zərdab rayonu Məlikli kəndində xx.xx.2016-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1939-cu il təvəllüdlü əri X1 Federasiyasında yaşamış, 2016-cı ildə Azərbaycana yaşadığı Zərdab rayonu, Məlikli kəndinə gələrək qəflətən halı pisləşmiş və ölmüşdür. X13 Məlikli kənd qəbristanlığında dəfn edilmişdir. Bu günədək X13un ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda vərəsəlik hüququnun həyata keçirilməsi üçün Əlövsət İsgəndərovun ölümü haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Ərinin ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Ona görə də hazıkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X6 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, ərizəçi X5 iləxx.xx.1969-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, X11 Federasiyasında yaşamış, 2016-cı ildə Zərdab rayonunun Məlikli kəndinə gəlmiş, xx.xx.2016-cı ildə ürək tutmasından həmin gün ölmüş və Məlikli kənd qəbirstanlığında dəfn edilmişdir. Bu günədək ərizəçinin X13un ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda vərəsəlik hüququnun həyata keçirilməsi üçün ərizəçinin X13un ölümü haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Ərizəçi ərinin ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də hazıkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi həmkəndlisi və qohumudur. Ərizəçinin əri Rusiya Federasiyasında yaşamış, 2016cı ildə Zərdab rayonunun Məlikli kəndinə qayıtmış və xx.xx.2016-cı il tarixdə ürək tutmasından ölmüş, kənd qəbirstanlığında dəfn edilmişdir. Özü də Xanoğlan Hüseynovun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi anasıdır. Ərizəçinin əri X5 doğma atası olmuşdur. Xanoğlan Hüseynov xx.xx.2016cı ildə Zərdab rayonunun Məlikli kəndində ölmüş və kənd qəbirstanlığında dəfn edilmişdir. Özü də Xanoğlan Hüseynovun dəfn və yas mərasimində iştirak etmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Məlikli kənd Söveti tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X4 arasında Məlikli kənd Sövetində xx.xx.1969-cu il tarixdə nikah akt qeydləri kitabında 13 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İşdə olan Zərdab rayon İHB-nin Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 130 saylı arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı X5 05 oktyabr 2016-cı il tarixdə vəfat etmiş və Məlikli kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 295 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün tibb müəssisəsinin sənədi olmadığından ölüm faktının müəyyən edilməsi haqqında məhkəmyə müraciət edilməsi bildirilmişdir. İşdə olan X2 qəbr daşının foto şəkilindən görünür ki, qəbr daşında “1939-2016.5.Xİ ”... sözləri yazılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Aərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 307.1.maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi faktları müəyyən edir. 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi xx.xx.1969-cu ildə X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ərizəçinin əri X11 Federasiyasında yaşamış, sonradan ailəsinin yaşadığı Zərdab rayonunun Məlikli kəndinə qayıtmış, xx.xx.2016-cı ildə ürək tutmasından ölmüş və Məlikli kənd qəbirstanlığında dəfn edilmişdir. Bu günədək Xanoğlan Hüseynovun ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda ərizəçinin vərəsəlik hüququnun həyata keçirilməsi üçün X13un ölümü haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Ərizəçi ərinin ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin əri 1939-cu il təvəllüdlü X2 ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmadığından onun xx.xx.2016-cı il tarixdə Zərdab rayonunun Məlikli kəndində ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il təvəllüdlü X2 xx.xx.2016-cı il tarixdə Zərdab rayonunun Məlikli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar