Məhkəmə qərarları › İş №2(035)-615/2023

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-615/2023

05.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-615/2023 05.09.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin geri qaytarılması barədə) Zərdab Rayon Məhkəməsi X7 sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, X1 maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə 05 sentyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 maraqlı şəxs Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 17 avqust 2023-cü il tarixli “barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-24-cü maddəsinə əsasən ərizənin məzmununda mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Azərbaycan Respublikası MPM- 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, ərizə düzgün tərtib edilməmişdir. Belə ki, ərizədə X5 ərizəçi kimi deyil iddiaçı, Cavabdeh isə maraqlı şəxs kimi deyil cavabdeh olaraq göstərilmişdir. Bu səbəbdən X5 tərəfindən verilmiş ərizə geri qaytarılmalı həmçinin xx.xx.2023-cü il tarixli 19248 nömrəli qəbzə əsasən dövlət rüsumu olaraq ödənilmiş 50 manat məbləğində pul tam olaraq iddiaçı X4 qaytarılmalı və ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 151, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X3 Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə ərizəsi geri qaytarılsın. xx.xx.2023-cü il tarixli 19248 nömrəli qəbzə əsasən dövlət rüsumu olaraq ödənilmiş 50 manat məbləğində pul tam olaraq iddiaçı X4 qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərizə ilə məhkəməyə yenidən müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar