Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-630/2024 07.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi tələbi) X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış və mediator M.E.Məmmədli tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, MŞŞ/1/03252 nömrəli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X7 doğulmuşdur. Mediasiya prosesindən keçərək xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 özünün himayəsində saxlanılmasına, Atabala və Sofianın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat alimentin hər ayın 10-na kimi onun adına olan **********591758 bank hesabına köçürülməsinə, Atabala və Sofianın atası Maraqlı şəxs ilə hər həftənin şənbə və bazar günləri saat 09:00 dan, saat 22:00-dək və yay günləri 07 gün olmaqla gecə qalmaq şərtilə Maraqlı şəxs ilə razılığa gəlmişlər və bu barədə mediator M.E.Məmmədli tərəfindən təsdiq edilməklə xx.xx.2022-ci il tarixli, MŞŞ/1/03252 nömrəli Barişiq Sazişi imzalamışlar. Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir, bu günə kimi alimentdən heç-bir ödəniş etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X7 doğulmuşdur. Mediasiya prosesindən keçərək xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021ci il təvəllüdlü X3 özünün himayəsində saxlanılmasına, Atabala və Sofianın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat alimentin hər ayın 10-na kimi onun adına olan **********591758 bank hesabına köçürülməsinə, Atabala və Sofianın atası Maraqlı şəxs ilə hər həftənin şənbə və bazar günləri saat 09:00 dan, saat 22:00-dək və yay günləri 07 gün olmaqla gecə qalmaq şərtilə Maraqlı şəxs ilə razılığa gəlmişlər və bu barədə mediator M.E.Məmmədli tərəfindən təsdiq edilməklə xx.xx.2022-ci il tarixli, MŞŞ/1/03252 nömrəli Barişiq Sazişi imzalamışlar. Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir, bu günə kimi alimentdən heç-bir ödəniş etməmişdir Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən Maraqlı şəxs ilə aralarında bağlanmış və mediator M.E.Məmmədli tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, MŞŞ/1/03252 nömrəli Barişiq Sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il və xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X7 doğulmuşdur. İşdə olan hazırki Ərizəçi ilə hazırki Maraqlı şəxs arasında bağlanmış və mediator X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/1/03252 saylı barışıq sazişindən görünür ki, sazişin ...2-ci bəndin 4-cü hissəsinə əsasən tərəflər birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün atası Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 200 manat, cəmi 400 manat alimentin Ərizəçi ödənilməsinə, alimentin hər ay 10-na kimi Ərizəçi adına olan **********591758 nömrəli hesaba köçürülməsinə razılaşmışlar. Həmin barışıq sazişinin 3-cü bəndin 3-cü hissəsində göstərilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin barışıq sazişinin 5-ci bəndində göstərilmişdir ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası MPM-nin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 34.1-ci maddəsinəəsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçi X8 Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X7 doğulmuşdur. Tərəflər mediasiya prosesindən keçərək xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 ərizəçinin (ananın) himayəsində saxlanılmasına, Atabala və Sofianın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat alimentin hər ayın 10-na kimi ərizəçinin adına olan **********591758 bank hesabına köçürülməsinə, Atabala və Sofianın atası Maraqlı şəxs ilə hər həftənin şənbə və bazar günləri saat 09:00 dan, saat 22:00-dək və yay günləri 07 gün olmaqla gecə qalmaq şərtilə razılığa gəlmişlər və bu barədə mediator M.E.Məmmədli tərəfindən təsdiq edilməklə xx.xx.2022-ci il tarixli, MŞŞ/1/03252 nömrəli Barişiq Sazişi imzalamışlar. Barışıq sazişinin 3-cü bəndin 3-cü hissəsində göstərilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin 5-ci bəndində göstərilmişdir ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Barışıq sazişi könüllü qaydada icra edilmədiyi üçün Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişininın şərtləri bir-birindən ayrıla bilən şərtlər olduğundan və Maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən sözügedən barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini könüllü qaydada icra etmədiyi üçün barışıq sazişi onun öhdəliyinə dair (alimentə dair) hissədə təsdiq edilməli və Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat aliment tutularaq Ərizəçi verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 355-25.3, 360-cımaddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişi Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat aliment tutularaq Ərizəçi ödənilməsinə dair hissədə təsdiq edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-630/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-630/2024
07.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver