Məhkəmə qərarları › İş №2(035)-695/2023

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-695/2023

23.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-695/2023 23.11.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Ərizəçi X1 Maraqlı şəxs iştirakı ilə, Ərizəçi X1 Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə 23 noyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X3 Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış 17 avqust 2023-cü il tarixli “Barışıq sazişi” nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X3 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Maraqlı şəxs ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. Maraqlı şəxsla aralarında tez-tez söz-söhbət yaranmış, Maraqlı şəxs onu saymamışdır. Nikahları pozulmasa da, hazırda Maraqlı şəxsla ayrı yaşayırlar. Maraqlı şəxs könüllü olaraq uşaqlarına maddi köməklik etmir, özü isə uşaqlarını təkbaşına saxlamaqda çətinlik çəkir. Bununla əlaqədar Mediasiya təşkilatına müraciət etmiş, onlar mediasiya prosesindən keçərək aralarında xx.xx.2013-cü il tarixdə Zərdab rayonu, Seyidlər kənd icra nümayəndəliyinin akt qeydləri kitabında 03 № ilə qeyd edilmiş nikahın pozulmasına Maraqlı şəxs razı olduğunu, birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 onun himayəsində saxlanılmasına heç bir etirazı olmadığını və uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat aliment ödəməyə razı olduğunu bildirmiş və bu barədə mediator X5 tərəfindən təsdiq edilməklə aralarında xx.xx.2023-cü il tarixdə Barışıq Sazişi imzalamışlar. Nikahın ləğvi məsələsinin həlli mediatorun deyil, məhkəmənin səlahiyyətinə aid olduğundan həmin hissədə mediasiya prosesinə xitam verilmişdir. Barışıq sazişinin...2-ci bəndinə əsasən ikinci tərəf (burada Maraqlı şəxs) birinci tərəfə (burada X3) X9 və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin barışıq sazişinin 6-cı bəndində göstərilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, bağlandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin 8-ci bəndində göstərilmişdir ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, sazişə əsasən ödəməli olduğu alimenti ödəməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məvcburiyyətində qalmışdır. Məhkəmədən Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin alimentlə bağlı hissədə təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul edərək izahatında göstərmişdir ki, ərizəçi ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüş, imkanı olmadığından öhdəliyinə əməl etməmişdir. Hazırda ərizənin təmin edilməsinə etirazı yoxdur. İşdə olan hazırki ərizəçi X3 ilə hazırki Maraqlı şəxs arasında bağlanmış və mediator X5 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, sazişin ...2-ci bəndinə əsasən ikinci tərəf (burada Maraqlı şəxs) birinci tərəfə (burada X3) X9 və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Həmin Barışıq sazişinin 6-cı bəndində göstərilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, bağlandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Barışıq sazişinin 8-ci bəndində göstərilmişdir ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görəbu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatından, tədqiq edilən iş materiallarından, X3 ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X5 tərəfindən təsdiq edilmiş xx.xx.2023-ci il tarixli barışıq sazişinin məzmunundan müəyyən olunmuşdur ki, ərizəçi X3 Maraqlı şəxs ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. Tərəflərin nikahları pozulmasa da, hazırda tərəflər ayrı yaşayırlar. Maraqlı şəxs könüllü olaraq uşaqlarına maddi köməklik etmir, ərizəçi isə uşaqlarını təkbaşına saxlamaqda çətinlik çəkir. Bununla əlaqədar X4 təşkilatına müraciət etmiş, tərəflər mediasiya prosesindən keçərək aralarında mediator X5 tərəfindən təsdiq xx.xx.2023-cü il tarixdə Barışıq Sazişi bağlanmışdır. Barışıq sazişinin...2-ci bəndinə əsasən ikinci tərəf (burada Maraqlı şəxs) birinci tərəfə (burada X3) X9 və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs qanunla müəyyən olunmuş 10 gün müddətin keçməsinə baxmayaraq sazişi könüllü icra etməmişdir. Barışıq sazişi könüllü qaydada icra edilmədiyi üçün ərizəçi Mehriban Bəkirova barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası MPM-nin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 34.1-ci maddəsinəəsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cümaddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 355-26.1, 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişininın şərtləri bir-birindən ayrıla bilən şərtlər olduğundan və Maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən sözügedən barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini könüllü qaydada icra etmədiyi üçün barışıq sazişi onun öhdəliyinə dair (alimentə dair) hissədə təsdiq edilməli və Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat aliment tutularaq ərizəçi X2 verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərəəsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 355-25.3, 360-cımaddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X3 ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X5 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişi Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat aliment tutularaq ərizəçi X2 ödənilməsinə dair hissədə təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar