Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-784/2025 05.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ölüm faktının müəyyən olunması tələbi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Əhmədova Nəzrin Xasay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək 1927-ci ildə təvəllüdlü X4 xx.xx.1996-cı il tarixdə Zərdab şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası 1927-ci il təvəllüdlü X8 xx.xx.1996cı il tarixdə Zərdab şəhərində vəfat etmiş və Zərdab rayonunun Gəlmə kənd qəbiristanlığında dəfn edilmişdir. Üzürlü səbəblərdən anasının ölməsinə dair ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda bu şəhadətnaməyə vərəsəliklə bağlı zərurət yaranmışdır. Anasının ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ərizədən imtina edilmiş və ona məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də hazıki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məkəməyə xx.xx.2025-ci il tarixli ərizə göndərərək qeydiyyat şöbəsində iş yükünün ağır olması və işçi qüvvəsinin azlığı səbəbindən onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, anası X8 xx.xx.1996-cı il tarixdə Zərdab şəhərində vəfat etmiş və Zərdab rayonunun Gəlmə kənd qəbiristanlığında dəfn edilmişdir. Anasına bacısı baxmışdır, anası rəhmətə gedəndən bir neçə il sonra bacısı da rəhmətə getmişdir. Bu günədək üzürlü səbəblərdən anası X4 ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda anasından miras qalmış əmlaka dair vərəsəlik hüququnun həyata keçirilməsi üçün anası X4 ölümü haqqında şəhadətnaməyə zərurət yaranmışdır. Anasının ölümü haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də hazıki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, X8 ilə mehriban qonşu olmuşdurlar. Belə ki, 1975-ci ildə ailə həyatı quraraq hazırda qaldığı ünvana köçmüşdür və qonşusu olan X6 orada tanımışdır. X4 ölüm tarixini tam olaraq xatırlamır ancaq onun yas mərasimində şəxsən iştirak etmişdir. X1 rayonunun Gəlmə kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, 1995-ci ildə yaşadığı kənddən Zərdab şəhər Azərbaycan küçəsinə köçmüş və X6 ordada tanımış, onunla qonşu olmuşlar. X4 dəfn və yas mərasimində iştirak etmişdir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon İHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 413 saylı arayışdan görünür ki, Ərizəçi hal-hazırda ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 06 avqust 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1956-ci ildə Zərdab rayonunun Əlvənd kəndində anadan olmuş, atası kimi X5, anası kimi isə X13 göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnaməyə dair arayışdan görünür ki, X3 və X9 arasında Maraqlı şəxsndə xx.xx.1946-ci il tarixdə nikah akt qeydləri kitabında 06 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 340 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün tibb müəssisəsinin sənədi olmadığından ölüm faktının müəyyən edilməsi haqqında məhkəmyə müraciət edilməsi bildirilmişdir. İşdə olan Zərdab rayon İHB-nin Zərdab şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 533 saylı arayışdan görünür ki, Ərizəçi mərhum anası X8 xx.xx.1996-cı il tarixdə vəfat etmiş və Gəlmə kənd qəbiristanlığında dəfn edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 307.1.maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi faktları müəyyən edir. 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi anası 1927-ci il təvəllüdlü X8 xx.xx.1996-cı ildə ölmüş və Zərdab raynunun Gəlmə kənd qəbiristanlığında dəfn edilmişdir. Bu günədək X4 ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda ərizəçi vərəsəlik hüququnun həyata keçirilməsi üçün anası X4 ölümü haqqında şəhadətnamənin alınmasına zərurət yaranmışdır. Ərizəçi anasının ölümü haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölümü təsdiq edən həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin anası 1927-ci il təvəllüdlü X4 ölüm haqqında şəhadətnaməsinin başqa qaydada alınması mümkün olmadığından onun xx.xx.1996-cı il tarixdə Zərdab şəhərində ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 311 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 1927-ci il təvəllüdlü X4 xx.xx.1996-cı il tarixdə Zərdab şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cavid Abbasov
Məhkəmə qərarları › İş №2(035)-784/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-784/2025
05.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver