Məhkəmə qərarları › İş №2(035)-833/2024

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-833/2024

17.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-833/2024 17.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X2 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin üzərində inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi və tələbi”nə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyü məsələsinə baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin üzərində inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi torpaq sahəsindən istifadəyə və ödənilməmiş vergi xərclərinə görə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçınə məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılması, torpaq sahəsinin üzərində inşa olunmuş tiklinin sökülməsi, torpaq sahəsindən təyinatı üzrə istifadə olunmadığı üçün 3000 manat pulun və 25 il müddətinə istifadəyə görə 1500 manat icarə haqqı olmaqla, cəmi 4500 manat pulun cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş matereallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsində iddiaçı ərizəyə öz tələbini əsaslandırdığı hallara dair sənədlərin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin tələbinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bu Məcəllənin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçınə izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin üzərində inşa olunmuş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsindın istifadəyə görə tələbi”nə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar