Məhkəmə qərarları › İş №2(035)-861/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-861/2024

18.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-861/2024 18.11.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi tələbi) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi və nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək maraqlı şəxs Gəlmə Bələdiyyəsi ilə aralarında bağlanmış və mediator X2 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, MŞİH-15330 saylı “Barışıq Sazişi” onun maraqlı şəxs Gəlmə Bələdiyyəsinə qarşı 2200 (iki min iki yüz) manat əmək haqqı tələbinə dair hissədə təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Zərdab rayonunun Gəlmə Bələdiyyəsində torpaq və vergi müfəttişi vəzifəsində işləmiş, xx.xx.2020-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuş, xx.xx.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı ilə ikinci Qarabağ müharibəsinə getmiş, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək heç bir əmək haqqı almamışdır. İşdən azad olunarkən Gəlmə bələdiyyəsində 2200 manat əmək haqqı qalmışdır. 8 ay müddətində verilməli olan 2200 manat əmək haqqının ödənilməsi və bu barədə mübahisənin həlli üçün Gəlmə bələdiyyəsinin ona əmək haqqı borcunun olması Zərdab Mediasiya təşkilatı tərəfindən bağlanmış xx.xx.2022-ci il tarixli, MŞİH-15330 saylı “Barişiq Sazişi” ilə təsdiqini tapmışdır. Hazırki günə kimi Gəlmə bələdiyyəsi tərəfindən 2200 manat əmək haqqı ödənilməmiş qalmışdır. Cavabdehdən əmək haqqına görə ona olan borcun ödənilməsini tələb etdikdə ona əmək haqqını ödəyəcəklərini vəd etsələrdə, vədlərinə əməl etməyərək ona olan əmək haqqı borcunun ödənilməsini təmin etməmişlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni qismən müdafiə edərək izahatında göstərmişdir ki, ərizəçi xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Zərdab rayonunun Gəlmə Bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləmiş, xx.xx.2020-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuş, xx.xx.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı ilə ikinci Qarabağ müharibəsinə getmişdir. xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək heç bir əmək haqqı almamışdır. İşdən azad olunarkən Gəlmə bələdiyyəsində 2200 manat əmək haqqı qalmışdır. Bununla əlaqədar olaraq mediasiya prosesindən keçərək ərizəçi və maraqlı şəxs arasında mediator X2 tərəfindən təsdiq edilməklə xx.xx.2022-ci il tarixdə MŞİH-15330 saylı Barışıq sazişi imzalanmış, Barışıq sazişinin 1 bəndinə əsasən ikinci tərəf (Maraqlı şəxs) birinci tərəfə (Ərizəçi) 2200 manat borc məbləğini ödəyəcəyinə dair, ikinci tərəf Maraqlı şəxs işçiləri əmək haqqı aldığı hər bir ayda birinci tərəfə borc məbləğindən 300 manatdan az olmayaraq ödəniş edəcəyinə dair, ikinci tərəf əmək haqqı vermədiyi ayların sonunda birinci tərəfə bu barədə yazılı məlumat verəcəyinə dair öhdəlik götürmüşdür. Gəlmə bələdiyyəsi barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda Maraqlı şəxs ərizəçiyə 1175 manat borcu qalmışdır. Ona görə də məhkəmədən Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X2 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, MŞİH-15330 saylı “Barışıq Sazişi”nin qismən təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə izahatına uyğun izahat verərək, məhkəmədən maraqlı şəxslə aralarında bağlanmış Barışıq sazişinin qismən təmin edilməsi, Gəlmə bələdiyyəsindən 1175 manat əmək haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Ərizəçi məxsus ******* saylı Əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 02.02.15-ci il tarixdən 01 № li əmrə əsasən Maraqlı şəxsnə vergi müfəttişi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə 03 № li əmrə əsasən öz ərizəsinə əsasən vəzifəsindən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş M/V 136504 nömrəli vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi Ərizəçi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan hazırki Ərizəçi ilə hazırki Maraqlı şəxs sədri X1 nümayəndəsi X4 arasında bağlanmış və mediator X2 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, MŞİH-15330 nömrəli barışıq sazişindən görünür ki, barışıq sazişinin 1 bəndinə əsasən ikinci tərəf Birinci tərəfə 2200 manat borc məbləğini ödəcəyinə, ikinci tərəf Maraqlı şəxs işçiləri əmək haqqı aldığı hər bir ayda borc məbləğindən 300 manatdan az olmayaraq ödəniş edəcəyinə, ikinci tərəf əmək haqqı verilmədiyi ayların sonunda birinci tərəfə bu barədə yazılı məlumat verəcəyinə dair öhdəlik götürmüşdür. Həmin barışıq sazişinin 2.4-cü bəndində göstərilmişdir ki, saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi tədqirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Həmin barışıq sazişinin 2.4-cü bəndində göstərilmişdir ki, əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. İşdə olan Ərizəçi tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş ərizədən görünür ki, o, ərizəsində Gəlmə bələdiyyəsindən 2200 manat tələb etsə də, hazırda 1175 manat tutulmasını xahiş etmişdir. İşdə olan Maraqlı şəxs sədri X3 tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilən ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixə saat 10:10-a təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası qanunun: 2-ci maddəsinə görə bələdiyyə qulluğu - yerli özünü idarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan vəödənişli əsaslarla xidmət göstərən şəxs hesab edilir. Həmin qanunun 10-cu maddəsinə görə bələdiyyə qulluqçularının iş vaxtı, məzuniyyəti, pensiyaların və başqa müavinətlərin təyin edilməsi və verilməsi qaydası və digər sosial təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Bələdiyyələrin maliyyə imkanları daxilində əlavə olaraq digər kompensasiyalar və ödənişlər, habelə müavinətlər verilə bilər. Bələdiyyələrin nizamnaməsi ilə bələdiyyə qulluqçularına digər imtiyaz və zəmanətlərin verilməsi nəzərdə tutula bilər. Həmin qanunun 11-ci maddəsinə görə bələdiyyə qulluqçularının əmək haqqı bələdiyyələrin büdcəsi hesabına, onun maliyyə imkanlarına uyğun olaraq bələdiyyə tərəfindən təsdiq edilmiş ştat cədvəli əsasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görəbu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş“mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatriadis Yunanıstana qarşı iş üzrə xx.xx.1999-cu il tarixli Qərar, n 31107/96, § 54). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanunu gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən əmək haqqının ödənilməsi mülkiyyətin ədə edilməsinin “qanuni gözləntisi”ni təşkil edir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçi xx.xx.2015-ci il tarixli, 01 saylı əmrlə Zərdab rayonunun Gəlmə Bələdiyyəsində vergi müfəttişi vəzifəsinə təyin edilmiş və xx.xx.2020-ci il tarixli, 03 saylı əmrlə öz ərizəsinə əsasən vəzifəsindən azad edilmişdir. xx.xx.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı ilə ikinci Qarabağ müharibəsinə getmiş, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək heç bir əmək haqqı almamışdır. İşdən azad olunarkən Gəlmə bələdiyyəsində 2200 manat əmək haqqı qalmışdır. Bununla əlaqədar olaraq ərizəçi mediasiya prosesindən keçərək, ərizəçi və maraqlı şəxs arasında mediator X2 tərəfindən təsdiq edilməklə xx.xx.2022-ci il tarixdə MŞİH-15330 saylı Barışıq sazişi imzalanmış, Barışıq sazişinin 1 bəndinə əsasən ikinci tərəf (Maraqlı şəxs) birinci tərəfə (Ərizəçi) 2200 manat borc məbləğini ödəyəcəyinə dair, ikinci tərəf Maraqlı şəxs işçiləri əmək haqqı aldığı hər bir ayda birinci tərəfə borc məbləğindən 300 manatdan az olmayaraq ödəniş edəcəyinə dair, ikinci tərəf əmək haqqı vermədiyi ayların sonunda birinci tərəfə bu barədə yazılı məlumat verəcəyinə dair öhdəlik götürmüşdür. Gəlmə bələdiyyəsi barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək hazırda Maraqlı şəxs ona 1175 manat əmək haqqı borcu olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞŞ/1/MT018/2023-02397 nömrəli barışıq sazişininın şərtləri birbirindən ayrıla bilən şərtlər olduğundan və Maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən sözügedən barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini könüllü qaydada icra etmədiyi üçün barışıq sazişi 2200 (iki min iki yüz) manat əmək haqqı tələbinə dair hissədə qismən təsdiq edilməli və Maraqlı şəxsndən əmək haqqı borcuna görə 1175 manat məbləğində pul tutularaq Ərizəçi verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 355-25.3, 360-cımaddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs Gəlmə Bələdiyyəsi ilə Ərizəçi arasında bağlanmış və mediator X2 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, MŞİH-15330 saylı “Barışıq Sazişi” 2200 (iki min iki yüz) manat əmək haqqı tələbinə dair hissədə qismən təsdiq edilsin. Maraqlı şəxsndən əmək haqqı borcuna görə 1175 manat məbləğində pul tutularaq Ərizəçi verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar