Məhkəmə qərarları › İş №2(035)-909/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-909/2025

13.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-909/2025 13.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbi”nə dair iddia ərizəsini 13 noyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı qız məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus olan 5005 manat dəyərində qızıl-zinət əşyalarının, iri buynuzlu inək və danaların və ya onların dəyəri olaraq 3000 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsini, Zərdab rayonu Məmmədqasımlı kəndində yerləşən mərhum qayınanası X4 məxsus olan iki mərtəbəli, altı otaqlı evdən istifadə hüququnun tanıdılmasını, onun və evladları xx.xx.2018ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 həmin evə köçürülməklə sözügedən evdən paylarına düşən hissəsinin onlara verilməsini və mərhum həyat yoldaşı X5 məxsus çöl pay və həyətyanı torpaq sahəsini cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsini tərtib edərkən iddia ərizəsinə cavabdehlərin şəxsiyyətini təstiq edən sənədin pin kodunu, seriyasını yazmamış və iddia ərizəsinə əlavə etdiyi sənədləri notarial qaydada təstiq etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı üçün onun məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1 və 152.1.2-ci maddələrinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə ərizə geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsində iddiaçı cavabdehlərin şəxsiyyətini təstiq edən sənətinin pin kodunu, seriyasını qeyd etmədiyi üçün və iddia ərizəsinə əlavə etdiyi sənədləri notarial qaydada təstiq etmədiyi üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar