Məhkəmə qərarları › İş №2(036)-102/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-102/2024

23.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-102/2024 23.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, İddiaçı, cavabdeh X6 və X1nın iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh və X8 qarşı şəhərdaxili yola çıxışda qoyulan darvazanın sökülərək gediş-gəliş yolunun açılması və ərazinin bundan sonra tutulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər, Cavabdeh və X8 qarşı şəhərdaxili yola çıxışda qoyulan darvazanın sökülərək gediş-gəliş yolunun açılması və ərazinin bundan sonra tutulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia qaldıraraq ona məxsus olan İmişli şəhəri, İ.Əliyev küçəsində yerləşən yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsini eyni adlı küçə ilə birləşdirən keçid üzərində tikilmiş tövlə binasının və İmişl şəhəri, İ.Əliyev küçəsinə çıxışda qoyulan dəmir darvazanın sökülərək gediş -gəliş yolunun açılması və ərazinin bundan sonra tutulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddai tələbini müdafiıə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Cavabdeh məxsus olan İmişl şəhəri, İ.Əliyev küçəsi 27-də yerləşən fərdi yaşayış evində yaşamış və çəpər daxilində yerləşən həyətyanı torpaq sahəsində başqa fərdi yaşayış evi tikərək 2015-ci ildə həmin evə köçmüşdür. Ona məxsus olan evin yerləşdiyi 0,05-0,06 ha həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla torpaq islahatı keçirilərkən ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə bitişik yerləşir və onun tərəfindən hasarlanaraq Cavabdeh həyətyanı sahəsindən ayrılmışdır. Həmin torpaq sahəsini İmişl şəhəri, İ.Əliyev küçəsi illə birləşdirən yeganə keçid Cavabdeh həyətyanı sahəsindən keçir və ərazisi uzun müddətdən bəri istifadəsiz qalmış çiy kərpic materialından tikilmiş tövlə binası ilə tutularaq İmişl şəhəri, İ.Əliyev küçəsinə çıxışda dəmir darvaza qoyulmaqla bağlanmışdır. Ona məxsus olan həyətyanı torpaq sahəsini İmişl şəhəri, İ.Əliyev küçəsi ilə birləşdirən keçidin açılması barədə Cavabdeh ilə razılığa gəlsə də, X14 buna maneçilik törətmişdir. Zaur Həsənov uzun müddət öz ailə üzvləri ilə birlikdə başqa yerdə yaşamış və İmişli şəhəri, S.Əsədov küçəsində yerləşən evini satdıqdan sona onu ailə üzvləri ilə birlikdə valideynlərinə məxsus olan evdən çıxarıb yenidən İmişl şəhəri, İ.Əliyev küçəsi 27-də yerləşən fərdi yaşayış evinə köçərək onun əmlak hüquqlarını pozan hərəkətlər etməkdə davam etmişdir. Belə ki, X14 mal qara saxladığı yeri , çirkab suların toplandığı hopdurucu çalanı və su çənini ona məxsus olan evin yaxınlığına gətirmiş, o cümlədən onun həyətyanı torpaq sahəsini İmişl şəhəri, İ.Əliyev küçəsi ilə birləşdirən keçid üzərində tikilmiş tövlə binasını və İmişl şəhəri, İ.Əliyev küçəsinə çıxışda qoyulmuş dəmir darvazanı sökməyə qoymayaraq gediş-gəliş yolunu bağlı saxlamışdır. Ona görə də, özünə məxsus olan İmişli şəhəri, İ.Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsini eyni adlı küçə ilə birləşdirən keçid üzərində tikilmiş tövlə binasının və İmişl şəhəri, İ.Əliyev küçəsinə çıxışda qoyulan dəmir darvazanın sökülərək gediş -gəliş yolunun açılması və ərazinin bundan sonra tutulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması haqqında iddia qaldırmışdır. X1 İddiaçı göstərdiyi xüsusatları eyni ilə təsdiq edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X14 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə atası Cavabdeh məxsus olan İmişl şəhəri, İ.Əliyev küçəsi 27-də yerləşən fərdi yaşayış evində yaşayır və fərdi təsərrüfatla məşğul olaraq mal qara saxlayır.İddiaçı onunla eyni evdə yaşamış və çəpər daxilində yerləşən həyətyanı torpaq sahəsində başqa fərdi yaşayış evi tikərək 2015-ci ildə öz evinə köçmüşdür. İddiaçı məxsus olan evin yerləşdiyi həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla islahat zamanı Cavabdeh mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə bitişik yerləşir və hasara alınaraq ayrılmışdır. Həmin torpaq sahəsini İmişl şəhəri, İ.Əliyev küçəsinə birləşdirən yeganə keçid Cavabdeh həyətyanı sahəsindən keçir və ərazidən gediş gəliş yolu kimi istifadə edilməsinə heç vaxt məhdudiyyət qoyulmadığından üzərində çiy kərpic materialından tikilmiş tövlə binasının və İmişl şəhəri, İ.Əliyev küçəsinə çıxışda qoyulmuş dəmir darvazanın sökülməsinə zərurət yoxdur. Bundan başqa Cavabdeh mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin İmişl şəhəri, İ.Əliyev küçəsi boyunca yerləşən 0,03 ha hissəsini X9 verdiyi üçün həyətə başqa yerdən giriş imkanı yoxdur. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Məhkəmə tərəfindən yerində müayinə aparılarkən müəyyən edilmişdir ki, İddiaçı məxsus olan İmişl şəhəri, İ.Əliyev küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evinin təxminən 0,05-0,06 ha həyətyanı torpaq sahəsi vardır və hasara alınaraq Cavabdeh faktiki istifadısində olan təxminən 0,08-0,09 ha həyətyanı sahəsindən ayrılmışdır. Həmin torpaq sahəsini İmişl şəhəri, İ.Əliyev küçəsinə birləşdirən yeganə keçid Cavabdeh istifadəsində olan həyətyanı sahədən keçir və ərazisi uzun müddətdən bəri istifadəsiz qalmış çiy kərpic materialından tikilmiş tövlə binası ilə tutularaq İmişl şəhəri, İ.Əliyev küçəsinə çıxışda dəmir darvaza qoyulmaqla bağlanmışdır.Cavabdeh həyətyanı sahəsi mübahisəli ərazidə qonşuya (X7) məxsus həyətyanı torpaq sahəsi ilə həmsərhəddir. Həmin qonşuya məxsus fərdi yaşayış evi sərhəddən ( hasardan) təxminən 6,0 metr məsafədə yerləşir və həmin hissədən yol kimi istifadə olunaraq İmişl şəhəri, İ.Əliyev küçəsinə çıxışda dəmir darvaza qoyulmuşdur. İşdə olan Elektron mənbədən alınmış ortofotofotodan çıxarışa əsasən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsi İmişl şəhəri, İ.Əliyev küçəsindən Cavabdeh istifadəsində olan həyətyanı torpaq sahəsi ilə ayrılmışdır. İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsini İmişl şəhəri, İ.Əliyev küçəsinə birləşdirən mümkün ən qısa keçid Cavabdeh istifadəsində olan həyətyanı sahənin düzxətt boyunca yerləşən bir tərəfindən keçir və üzərində tikili (qeyri-yaşayış sahəsi) vardır. Cavabdeh istifadəsində olan həyətyanı torpaq sahəsinin həmin tərəfndən keçən sərhəddi ilə qonşu həyətyanı torpaq sahəsi üzərindəki fərdi yaşayış evi arasından həmin qoşunun həyətinə yol keçir və girişdə darvaza qoyulmuşdur. İşdə olan JN 564 A saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilən İmişli şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı, Cavabdeh, X5, X11, X3 və X2 ümumi mülkiyyətindədir. JN 564 A saylı Plana əsasən mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsi ilə İmişl şəhəri, İ.Əliyev küçəsində yerləşən mülkiyyətdə olan qonşu torpaq sahələri arasında bir tərəfdə 5,0 metr (miqyas:1000 x 5,0mm), digər tərəfdə isə 6,0 mert (miqyas:1000 x 6,0mm) enində gedişgəliş yeri vardır.Cavabdeh məxsus olan fərdi yaşayış evi (564AJ) və tikili (564AN) mülkiyyətdə olan torpaq sahəsinin hüdudlarından ( dönmə nöqtələrini birləşdirən xətlərdən) kənarda yerləşir.İddiaçı məxsus olan fərdi yaşayış evi bələdiyyə mülkiyyətində (521 3BB) olan torpaq sahəsində yerləşir. Cavabdeh məxsus olan fərdi yaşayış evinin bir hissəsi bir tərəfdə gediş-gəliş yolu üzərinə düşdüyündən həmin tərəfdə gediş-gəliş yolu 1,5 metr (miqyas:1000 x 1,5mm) eninə qədər daralmışdır. Digər tərəfdən keçən 5,0 metr enində gediş-gəliş yolu ilə həmsərhədd olan mülkiyyətdə olan qonşu həyətyanı torpaq sahəsinin sərhəddindən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinədək olan məsafə 5,0 metr( miqyas:1000 x 5,0mm) təşkil edir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan həyətyanı torpaq sahəsi( JN 564A) ilə mülkiyyətdə olan qonşu həyətyanı torpaq sahəsi arasında yerləşən bir tərəfdə 6,0 metr və digər tərəfdə 5,0metr enində gediş-gəliş yerləri Cavabdeh tərəfindən zəbt edilib mülkiyyətində olan həyətyanı torpaq sahəsinə birləşdirilərək İddiaçı məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən (521 3BB) İmişl şəhəri, İ.Əliyev küçəsinə keçid bağlanmışdır. Gediş-gəliş yolunun mübahisəli tərəfdə qonşu tərəfindən zəbt edilmədiyi ona məxsus olan fərdi yaşayış evinin mülkiyyətində olan həyətyanı torpaq sahəsinin həmin tərəfdən sərhəddindən (gediş-gəliş yerindən) plan üzrə olduğu kimi (5,0 metr) faktiki olaraq da təxminən eyni məsafədə (6,0 metr) yerşəşməsi ilə təsdiq olunur. AR Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. AR Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinə əsasən ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aiddir. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması( zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, mübahisəli ərazi ümumi istifadədə olan torpaqlara aid olmaqla bələdiyyə mülkiyyətinə daxil olduğundan Cavabdeh tərəfindən zəbt edilməsi qanunsuz olmuşdur. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə hesab edir ki, İmişl şəhəri, İ.Əliyev küçəsi 27-də yerləşən fərdi yaşayış evinə gediş gəliş yolu bağlandığından iddaçı İddiaçı əmlak hüquqları pozulmuşdur. Ona görə də, cavabdehlər, Cavabdeh və X14 İddiaçı məxsus olan İmişli şəhəri, İ.Əliyev küçəsi 27-də yerləşən birmərtəbəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsini eyni adlı küçə ilə birləşdirən keçid üzərində tikilmiş tövlə binasını və İmişl şəhəri, İ.Əliyev küçəsinə çıxışda qoyulan dəmir darvazanı sökərək həmin tərəfdə hasaradək 4,0 (5-1) metr enində ərazini azad etməli və ümumi istifadədə olan gediş-gəliş yolunun bundan sonra tutulmasına yönəlmiş mülkiyyətə qəsd edən qanunsuz hərəkətlərdən çəkinməlidirlər. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdehlər, Cavabdeh və X14 İddiaçı məxsus olan İmişli şəhəri, İ.Əliyev küçəsi 27-də yerləşən birmərtəbəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsini eyni adlı küçə ilə birləşdirən keçid üzərində tikilmiş tövlə binasını və İmişl şəhəri, İ.Əliyev küçəsinə çıxışda qoyulan dəmir darvazanı sökərək həmin tərəfdə hasaradək 4,0 metr enində ərazini azad etsinlər və həmin ərazidən gediş-gəliş yolu kimi istifadə edilməsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoysunlar. Qətnamədən 1(bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar