Məhkəmə qərarları › İş №2(036)-102/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-102/2025

20.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-102/2025 20.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta nəticəsində ona vurulmuş zərərə görə 1580 manat məbləğində pulun və ödənilmiş 36 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 aprel 2024-cü il tarixdə saat 14:15 radələrində İmişli rayonundan Qaradonlu kəndi istiqamətində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi “Qaz 3110” minik markalı **-MB-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olan zaman yol hərəkəti qaydasını pozmuş və nəticədə ona məxsus “Mersedes Benz 220” minik markalı **-DF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Qeyd edir ki, həmin hadisə nəticəsində onun avtomobilinə 1580 manat ziyan dəymişdir. Hadisə ilə bağlı İmişli RPŞ-nin təhqiqatçısı araşdırma apararaq, 28 iyun 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılmasını rədd edərək, Cavabdeh hərəkətində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 334.3-cü maddələrinin tərkibi olduğunu göstərmiş, ona ziyanın ödənilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası DİN-nin DYP-nin əməkdaşı tərəfindən tərtib edilmiş İXP ******* saylı protokolla cavabdehin Yol hərəkəti haqqında qanunun tələblərini pozduğu müəyyən edilmiş və buna görədə o, inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin hadisədə onun təqsiri olmamışdır. Hadisənin baş verməsinə cavabdehin yol hərəkəti qaydalarını pozması səbəb olmuşdur. Hadisə nəticəsində Maşınına 1580 manat məbləğində zərər dəyməsi RPŞ-nin qərarı, ziyan aktı və protokolla təsdiq olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, 15 aprel 2024-cü il tarixdə saat 14:15 radələrində İmişli rayonundan Qaradonlu kəndi istiqamətində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi “Qaz 3110” minik markalı **-MB-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olan zaman yol hərəkəti qaydasını pozmuş və nəticədə ona məxsus “Mersedes Benz 220” minik markalı **-DF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes Benz 220” markalı **-DF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdən İddiaçı mülkiyyətindədir. İşdə materiallarında olan xx.xx.2024-cü il tarixli 107 saylı zərər aktından görünür ki, İddiaçı idarə etdiyi “Mersedes Benz 220” markalı **-DF-*** dövlət nömrə nişanlı avtomobilə 1580 (bir min beş yüz səksən) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan İmişli rayon yol patrul xidməti inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:15-də törətdiyi əmələ görə “Qaz 3110” minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334.3-cü maddələri üzrə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İmişli RPİ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh əməlində Azərbaycan Respublikasının İXM-nin 327.1, 332.1 və 334.3-cü maddələrinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbiri görülməsi üçün qərarın surəti İmişli RPŞ-nin DYPB-ə göndərilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Mersedes Benz 220” markalı **- DF-*** Dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi əzilmişdir. İş materiallarında olan icbari sığorta bürosunun məktubundan görünür ki, büronun informasiya sistemində axtarış zamanı xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən rəsmləşdirilmiş “Mersedes Benz 220” markalı **-DF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə aid PQA********** nömrəli sığorta şəhadətnaməsinin qüvvədə olduğu aşkar edilmişdir. İş materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" Sığorta Şirkəti ASC-yə ünvanlanmış 26 sentyabr 2024-cü il tarixli, 2(036)-1935/2024 saylı müraciətə baxılmışdır. Məlumat üçün bildirilir ki, xx.xx.2024-cü il tarixində İddiaçı tərəfindən idarə edilmiş “Mercedes Benz 220” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh tərəfindən idarə edilmiş “QAZ-3110” minik markalı, **-MB-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı hər hansısa məlumat qeydə alınmamış, İddiaçı tərəflərindən sığorta ödənişi olunmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/O 36-657/2025 saylı ekspert rəyindən görünür ki, “Mercedes Benz 220” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan və təmir edilməli olan hissələri (detalları) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri 1305 (bir min üç yüz beş) manat təşkil edir. X1 Qiymətləndirmə Standartlarına (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İşə baxan məhkəmənin mövqeyi: İddiaçı hazırkı iş üzrə cavabdehin hərəkətləri nəticəsində ona maddi zərərin dəyməsinə istinad etmiş, ona dəyən zərərin əvəzində cavabdehdən pul vəsaiti tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilə yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində maddi ziyan dəymişdir. Məhkəmə iddia tələbinin cavabdehdən maddi zərərin tutulmasına dair hissəsinə qiymət verərək hesab edir ki, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş delikt törədən olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi avtomobili idarə edərkən İddiaçı idarə etdiyi avtomobilə ilə toqquşmuşdur. “Qaz 3110” minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Cavabdeh müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334.3-cü maddələri üzrə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Dəymiş ziyanın məbləğinə münasibətdə isə məhkəmə iş materiallarında olan müstəqil qiymətləndirici "xxxx" MMC-nin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli UNİ/O 36-657/2025 saylı rəyi mötəbər sübut kimi qiymətləndirərək, hesab edir ki, dəymiş ziyanın məbləği 1305 (bir min üç yüz beş) manat təşkil edir. Məhkəmə iddiaçıya dəymiş ziyanın həcmini müəyyən edərkən iş üzrə təqdim edilmiş "xxxx" MMC-nin aktını mötəbər sübut qismində qəbul edir və iddia tələbinin qismən həcmdə, yəni 1305 (bir min üç yüz beş) manat məbləğində təmin edilməsini qanuni hesab edir. Belə ki, həmin aktın mötəbərsizliyi ilə əlaqədar cavabdeh tərəfindən heç bir etiraz və sübut məhkəmə təqdim edilməmişdir. Məhkəmə formal həqiqəti müyyən edərkən iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin aktını mötəbər sübut hesab etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh təqsiri qanunla müəyyən edilmiş qaydada öz təsdiqini tapmışdır. Beləliklə, delikt törədən şəxsin Cavabdeh olması müəyyən olunur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə vurulmuş zərərə görə Cavabdeh məsuliyyət daşıyır. Məhkəmə qeyd olunanlar kontekstində hesab edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi vəzifəsi Cavabdeh öhdəsinə qoyulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 36 (otuz altı) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 29.73 (iyirmi doqquz manat yetmiş üç qəpik) manat hissəsi alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, ekspertiza xərcinə dair bildirişindən görünür ki, "xxxx" MMCnin ekspertizası tədqiqatının dəyəri 300 (üç yüz) manatdır. İddia tələbi qismən təmin edildiyi üçün ekspertizası tədqiqatının dəyəri olan 300 manatın 247.78 (iki yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat hissəsi Cavabdeh, qalan 52.22 manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh inzibati xəta nəticəsində vurulmuş maddi zərərə görə 1305 (bir min üç yüz beş) manat pulun və ödənilmiş 29.73 (iyirmi doqquz manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun hissəsi tutularaq İddiaçı ödənilsin. "xxxx" MMC tərəfindən aparılmış tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaitinin 247.78 (iki yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat hissəsi Cavabdeh, qalan 52.22 manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-yə (VÖEN:**********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC Bravo filialı, VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, flialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar