Məhkəmə qərarları › İş №2(036)-104/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-104/2025

27.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-104/2025 27.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz istifadə etməklə dəymiş ziyan” tələbinə dair iddiası üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz istifadə etməklə dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə kənd təsərrüfatı təyinatı torpaqları üzrə ona məxsus İmişli rayonu, Hacırüstəmli kəndində yerləşən 0,7118 ha və 1,4236 ha torpaq sahələrinin Cavabdeh tərəfindən dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona qaytarılması, əlavə olaraq məhkəmə xərci olaraq ödədiyi 195 (yüz doxsan beş) manat dövlət rüsumunun və ona dəymiş 35 (otuz beş) min manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində İmişli rayonu, Hacırüstəmli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə 0,7118 ha sahəsi vardır. Bundan başqa qardaşı X2 ilə aralarında olan xx.xx.2024-cü il tarixdə AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi üzrə 1,4236 ha torpaq sahəsini 4000 (dörd min) manata alqı-satqı razılaşması əsasında satın almışdır. Həmin torpaq sahələrini Cavabdeh 2013-cü ildən 2024-cü ilədək istifadəsində olmaqla zəbt etmişdir. Dəfələrlə ona şifahi xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh buna məhəl qoymamış və etdiyi hərəkəti davam etdirmişdir. Müxtəlif orqanlara bu barədə rəsmi və ya şifahi bildirməyinə baxmayaraq ona bununla bağlı məhkəməyə mülki qaydada müraciət etməyi bildirilmişdir. O da cavabdehdə torpağın qalma müddətini və ona dəymiş ziyanı ölçmək üçün Bələdiyyə orqanlarına və Bitki Mühafizə idarəsinə ərizə ilə müraciət etdikdə ona 2013-cü ildən bu günə kimi hesablanmış ziyan cəmi 11 il ərzində 35000 min manat ziyan hesablanmışdır. Həmin ziyan məhkəmə əmtəəşünaslıq ekspertizası vasitəsilə qanuni şəkildə hesablanması zəruridir. Belə olan halda düşünür ki, məhkəmənin təşəbbüsü ilə haqqədalətin bərqərar olunması bunun ekspertiza vasitəsi ilə təmin edilməsi zəruridir. Bundan başqa vergi 2013-cü ildən 2024-cü ilə qədər vergi borcunu cavabdeh ödəməmiş və bu borc onun üzərinə yazılmışdır. Vergi olaraq borcun nə qədər olması müəyyən edilməmişdir. Bələdiyyənin arayışına görə 2013-cü ildən Cavabdeh həmin 2.14 ha torpaq sahəsini tək başına qanunsuz və qərəzli olaraq istifadə edir, bu da onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Hal-hazırda cavabdeh ona torpaq sahələrini qaytarmaqdan imtina edərək həmin torpaq sahələri üzərində sahiblik, istifadə və sərəncam vermə hüquqları pozur. O, da məcbur qalıb belə bir iddia tələbi ilə müaciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin torpaq sahəsini notarial qaydada deyil, adi qaydada pul ödəmiş və onlar da torpaq sahəni ona vermişlər. Yalnız onda torpaq aktı sənədi var. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Məhkəmə, ilk növbədə, nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, İmişli rayonu, Hacırüstəmli kəndində yerləşən 0.7118 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, İmişli rayonu, Hacırüstəmli kəndində yerləşən 1.4236 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal X1 xx.xx.2024-cü il tarixli, 77 nömrəli arayışından görünür ki, İddiaçı İmişli şəhəri, H.Əliyev prospekti, bina 43, mənzil 4 ünvanında qeydiyyatda olmaqla ünvan 1 İş materiallarında olan Hacırüstəmli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 54 nömrəli arayışından görünür ki, İddiaçı Hacırüstəmli kəndində islahat gedən zaman onların ailəsinə 2.14 ha torpaq payı verilmiş və 2013-cü ildən həmin torpaq sahəsini Hacırüstəmli kənd sakini Cavabdeh istifadə edir. İş materiallarında olan 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci tarixli rəyinin surətindən görünür ki, İddiaçı iddia etdiyi Cavabdeh tərəfindən əvvəl istifadə olunan İmişli rayonu, Hacırüstəmli kəndində yerləşən 2.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin konfiqurasiyası, koordinatları və faktiki naturada yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Qeyd: Ekspertiza keçirilən zamanı həmin torpaq sahəsində əkin işləri aparılmadığı üçün qeyd edilən 2.14 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilibedilməməsini müəyyən etmək mümkün olmadı. İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********89 reystr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İmişli rayonu Hacırüstəmli kəndində yerləşən 0.7118 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********27 reyestr nömrəsi ilə qeydiyyata alınmış İmişli rayonu Hacırüstəmli kəndində yerləşən 1.4236 ha kənd təsərrüfatı təyinatlı xüsusi mülkiyyətdə olan torpaq sahələrinin konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. İddiaçı iddia etdiyi Cavabdeh tərəfindən əvvəl istifadə edilən İmişli rayonu Hacırüstəmli kəndində yerləşən 2.14 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********89 reystr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İmişli rayonu Hacırüstəmli kəndində yerləşən 0.7118 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********27 reyestr nömrəsi ilə qeydiyyata alınmış İmişli rayonu Hacırüstəmli kəndində yerləşən 1.4236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bütünlüklə üstüstə düşür (Qeyd olunan torpaq sahələrinin yerləşdiyi ərazilər mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İmişli rayonu, Hacırüstəmli kəndində yerləşən 0.7118 ha və 1.4236 ha kənd təsərrüfatlı təyinatlı torpaqları kateqoriyasından olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq ********** nömrə ilə xx.xx.2018-ci il tarixdə, ********** nömrə ilə xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, onun tərəfindən məhkəməyə təqdim edilmiş ********** və ********** hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinə dair çıxarışlardan müəyyən edilmişdir ki, həmin torpaq sahəsi cavabdehə deyil, iddiaçıya məxsusdur. Həmin həmin torpaq sahəsi üzərindən mövcud olan hüquqların isə cavabdehə ötürülməsi və ya keçməsi barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, işdə olan 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci tarixli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı iddia etdiyi Cavabdeh tərəfindən əvvəl istifadə edilən İmişli rayonu Hacırüstəmli kəndində yerləşən 2.14 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********89 reystr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İmişli rayonu Hacırüstəmli kəndində yerləşən 0.7118 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********27 reyestr nömrəsi ilə qeydiyyata alınmış İmişli rayonu Hacırüstəmli kəndində yerləşən 1.4236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bütünlüklə üstüstə düşür. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi İddiaçı məxsus reyestr nömrəsi xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışa əsasən yeri təyin olunan İmişli rayonu, Hacırüstəmli kəndi ərazisində yerləşən 0.7118 ha və xx.xx.2024-cü il tarixli ********** nömrə çıxarışa əsasən yeri təyin olunan İmişli rayonu, Hacırüstəmli kəndi ərazisində yerləşən 1.4236 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh çıxarılması hissəsində iddia tələbi təmin edilməlidir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə maddi və mənəvi ziyan tələbi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı heç bir əsaslı sübutllar gətirmədiyindən iddia tələbi ona qarşı hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhz iddiaçının hüquqazidd əməli yəni, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizliyinin ona məhz 35000 manat məbləğində ziyan dəyməsinin səbəbli əlaqəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçının hazırki iddia tələbinin onunla əsaslandırmışdır ki, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) 35000 manat məbləğindədir. Lakin bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki, şəxsin hüquqlarının pozulması nəticəsində onun əldə edə biləcəyi gəlir real faktlara və əsaslara söykənməli, formal xarakter daşımamalıdır. Belə ki, iddiaçının iddia ərizəsində ona dəymiş ziyanın ehtimalı qiymətləndirilmişdir. Lakin iddiaçı tərəfindən həmin torpaq sahəsinin onun sahibliyində olduğu dövrdə orada və ya başqa torpaq sahəsində hər hansı sahibkarləq fəaliyyəti ilə məşğul olmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçının, ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının əldən çıxmış fayda ilə bağlı iddia tələbi şəxsi mülahizələrə əsaslanmaqla verildiyindən təmin edilə bilməz. Halbuki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; «X4rşı» işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh İddiaçı mülkiyyətində olan İmişli rayonu, Hacırüstəmli kəndi ərazisində yerləşən 0.7118 ha torpaq sahəsindən (reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi **********) və 1.4236 ha torpaq sahəsindən (reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi **********) çıxarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə İddiaçı dəymiş 35000 (otuz beş min) manat pulun Cavabdeh alınaraq ona verilməsi verilməsi barədə iddia tələbi təmin oluna bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 195 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən, yəni yalnız qiymətləndirilməyən iddia tələbi hissəsində təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 195 (bir yüz doxsan beş) manat dövlət rüsumunun 100 (bir yüz) manat məbləğində hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan İmişli rayonu, Hacırüstəmli kəndi ərazisində yerləşən yerləşən 0.7118 ha (reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi **********) və 1.4236 ha torpaq sahəsindən (reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi **********) çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 195 (bir yüz doxsan beş) manat dövlət rüsumunun 100 (bir yüz) manat məbləğində pul vəsaiti hissəsi Cavabdeh alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar